THOUSANDS OF FREE BLOGGER TEMPLATES

29 Aralık 2009 Salı

Mənim Uduzan Saatlarm



Saat 06:06....Sükutluq...1 anlıq bu günə kimi nə əzab çəkmişəm hamsını düşünürəm...........Mənə edilən alçaldıcı hər bir şeyi yadıma salıram...Mənə göstərilən hər bir cəzanı və təzyiqi yadıma salıram....Mənə edilən haqsızlıqları yadıma salıram....Artıq...Ağlayıram....Saat isə vaxtımın boş keçdiyini görür ama dayanmır...Axı uduzuram...Görəsən keçən hər bir saniyə kimə nə qazandırıb?nə qazandırır?nə qazandıracaq?...Maraqlıdı...Yaşları silirəm.Fikirləşirəm..və..Heçnə heçnə udmamışam...Dostumu,Mənə yaxın olanları uduza uduza qazandığmı gördüm bu haqsızlıqdı.Doğurdan haqsızlıqdı çünki saat hələ də 06:06.dı...Dimək boş boşuna yazdım..Yenə uduzdum.Qaytarın...Qaytarın mənim uduzan saatlarımı,geri çəkin...Zamanı çəkin arxaya...

20 Aralık 2009 Pazar

Hər Günümün Gündəliyi

Uf yenə ayıldım...Yenə Günəş gözlərini Yerin üzərindən çəkmir.Bu nədi axı sual verirəm Günəşə "Ağasısan?çıx get baxma bura..."Hər bir qarışqanın  hərəkətini öz gözləri ilə görür.Bir gündə durdum bu səfər Buludlar qarşıladı...Sevindim,bəlkə fərqli gün olar,axı başlanğıc fərqli idi,və bunu düşünməyə başlamışdım ki, həmişəki kimi evdən üstümə çığırdılar....Və "Emiiiiiin" bunu eşidəndə mimikam yenə dəyişdi öz-özmə dedimki qorxma gün hələ qabağdadır.Ama sonrası heçnə marşutda həmişəki kimi kitab oxuyurdum və yenə kimki yanımda oturur mənim kitab oxumağmı görəndə oxumağa nəsə axtarır.Yenə bu baş verdi...Öz-özmə dedim qorxma bir dəfə təkrar olar iki dəfə ama sonrası yaxşı gələr...Nəysə düşüb o biri marşuta mindim,həmişəki qız yenə baxırdı mənə,mənsə gözlərimi qaçırtmaqda yox ola bilməəz buda həmişəki hərəkətdi.Düşdüm və Uni...Onsuz nəzər baxışları bu  nəisə....Yenə mənə məllimin eyni sözləri"sənnən qorxuram Emin sən hansı təriqətlə məşğulsan?" ola bilməz bu sualıda həmişə mənə deib...Nəysə gəldim evə yenə yatdım uff buda həmişəki hərəkətim.Sonradan düşündümki istər günəş çıxsın istər bulud olsun tək onu blirəm Hər Günüm Eyni!

                            Adsız
Görəsən elə bir şey varmı onun adı yoxdu?
                      Dahi
Niyə dünyanın ən dahi insanları Allaha qarşı?
                       Mən
Görəsən məni bu düşüncələri düşünməyə vadar edən hansı güc?
                      Yoxsa
Xeirmi qalib gələcək yoxsa şər?
                       Siz
Sizlər niyə axı bu qədər kor doğulduz?
                       ?
Suallar suallar suallar suallar???

Çox yorğunam...


Çox yorğunam bağışla məni yazdıqlarımı oxuyanlar.Günlarim eyni saatlarım 1-1inin təkrarı,doğulan sabahlar eyni uff....Yenə hər günün söz söhbəti"Niyə beləsən?Sən şeytansan!Ona qulluq edirsən!"Bezmişəm bu sözləri dinləməkdən.Hər gün güc aldığım sms.dən isə artıq axarı yoxdu kəsilib,olur ama "mən yada salanda"olur.Bəlkə özünə sevgili tapıb?"Bəlkə mənlə getiyi yolun istiqamətini dəyişib?"Niyə yazmır axı,saatlarca ekranına baxdığım zibilə qalmış bu telefonun"diq-diq"səsinə bu qədər möhtac olacağmı bilmirdim.Budur gəldi.......yox o deil...Bəlkə, küçəyə çıxım fikirləşirəm axır qələmi kağızı görmüyüm uzaq olum yazmıyım.Düşdüm...Yenə eyni gözlər doymur mənə baxmaqdan,qaçım bəlkə?"Gözlər yenə arxamca danışmaqda.Mən başa düşmədiyim bu şeydi ki,Oğlanlar mənə baxandan sonra niyə sofətləri turşuyur və üst başlarına baxırlar,yada etiraz edirlər?Mənki heç bir fərq qoymuram.Nəysə telefonumu evdə qoymuşam gdirəm evə və yolda fikirləşirəm"Görəsən yazııb?"...Yox yenə yazmıyıb,yenə yadma düşdü o tanışları...İstəmirəm dostlarımla danışım daha bəsdi onlara dərd dedim axı onlara qulağı dərd dinləmək üçün vermiyiblər...1dəfədə xoş...Neyləyim çox yorğunam hər bir şeydən budu həmişəki qaranlıq otaq heçnəyi dəyişməyib,hər küncü eyni...Otaqda dərmanlar,çoxlu dərmanlar....Lənət sənə yox etmiyəcəm bunu....Bəlkə edəndən sonra yazdı?"Yox artıq gecdi çox keçmədi ayıldım...Uff tək bu deyil yorğunam bu sevgilərə qarşıda,gələn etiraflarada,Qapını döyən qonağıda geri qaytarıram..Bu gün istəmirəm heç kimi...Çünki çox yorğunam....

Sev Qaqam Sev!


"Bəlkə hələ də öz beynində fikirləşməkdədir görəsən doğurdanmı sevirəm??"Sevirsən qaqam sevirsən...və sevməkdə də davam etmkdəsən.Sevəndə işıqlı dünyaya çıxma çıxsan səni Günəşin şüaları kor edəcək sev ama qaranlıqda sev.Tərki dünyalığıvı,dərvişliyivi,anarxistliyivi sevgi dünyava qatma bunları mişkanın ikincisini bas sozdata qoy yeni papqa ac,bunları copy elə papqada isə vıstavit elə ora at bunları sevgi dünyanda göstərmə bunları qaranıqda burax ama"Abla"ya sıfırdan ol!Bəlkə bizi sevməkdə olan və ətəyimizdən yapışıb sürünən şeytan çox qısqanacaq səni ama sevsən və əl-ələ görsə səni bunu xəyanət kimi qəbul edib buraxacaq ətəyvi ama "Abla"ya bir şey etməsindən qorx.Məndən yapışıb qalsada olar təki sən sev qaqam!Mete dediyi kimi"dünyanı sevgi xilas edəcək səndə sev".Cır yaxavı(köynəyə yazığın gəlsin),sök hər şeyivi qışqır ucadan"....................." əks sədası yayılsın hər kor dünyaya.Ama məndən yan keçsin.Sonda isə mən sənə hər kəs kimi ilk xoşbəxtlik arzu etmirəm.Çünki xoşbəxtliyin sistemi sənin əlindədir necə istəsən elə idarə edə bilərsən...Sənə  yaşda yox ayda balaca olsamda bir məsləhət pislik ürəyvi formatla təmiz qəlbinlə sev axrı Sev Qaqam Sev!

6 Aralık 2009 Pazar

Pislik Dünyası


Hecne curumek basqa hecnedi gunler smestirde yaxinlashir oxuyuram oxuyuram ama menim oxuduglarim yalan hemishe bizi aldatmish sozlerle yazilan metinler sehifeler deildi axi  meger heyatda qabaga getmek ucun bunlar lazimdi?Cix lovheye ikidene uydurulanlardan sende danish bal al bu nedi?Bilmirem ya qovulasiyam ya soyulesiyem hec birini bilmirem/Bu gedishnen tarix mellimin bash aldadici sozleri ile ne qeder etsede bashimi firrada bilmediyini gorub belke Dekanliga shikayet etdi.Bu gunleri hecne ancaq evde oturmusham duzunu desem Tiwilight 2-ye baxdim sadece kino tertirdan cekilme idi deye o qederde maraqli gelmedi belke effektleri yaxshi deildi?sora hene bosh bosh oturmusham sadece fikirleshmishem goresen....?sorada indi blogma yaziram ama mene bir shey qeribe geldi bosh kecen gunlerimde bele suallarim olur heyata qarshi axi nie?gorduz sonunu getirmek istedim yene sual..........? bu ishare bir insan olsaydi onun sevgilisi !-ni ozunden sorushardilar axtarmazdilar....2 gun evvel hansisa axmagin biri yene meni sohbete cekmishdi menim  bashim cixmir hansi sebebneneee....Ama cavabim bele olduki"Bizimkiler geyilere fikir vermirik duzdu qesheng geyinirik ama bize gore esas olan Beyindi indi sen gor biz bele geyinirikse gor Beynimiz nedi" belke coxsu bu sozumu ozunden raziliq kmi beynine oturer yo esla onu deimki Her bir insan heyatinda bir defede olsun Bal yemek isteyer....Menim fikrim ise temiz bashqa cur idi o sozu ona dedimki eger onda bir azda olsa meneviyat varsa sindigini qebul etsin ve bir daha bizi sohbete cekmesin,,,,,,,,neyse her gun bosh her gun bosh saatlarim axri hara gedir bir Men blirem...

29 Kasım 2009 Pazar

Beynimin içindəkilər....


Yorğun halım yorğun vəziyyətim...Yazacam ama bu mənim yox beynimin fikirləridi.Özümü tanıya bilmirəm...Oxuyuram oxuyuram ama bilmirəm sonu hara gedir yəni görəsən bu qədər oxumağmın gələcəyi var?yoxsa boş boşunadı hamısı?Onsuz sonda məndə öləcəm fikri ilə bəlkə daha artıq oxumuyum?!...Buları düzünü desəm məndə fikirləşirəm ama buları mən yox beynim danışır..İstəyirəm çox şeyi öyrənim Hər şey haqda bəli Hər şey haqda öyrənmək istəyirəm və hər şeyi bilmək istəyirəm Məgər mən ALLAH olmaq istəyirəm???Kimlərəsə desəm yox özüm üçün bir şeydə var axı hər şeyi bilən 1 tək Allahdı deyəcəklər və mən həmin sözümü təkrar etmək istərdim"mən hiss etməsəmdə mən bu qədər çox şeyləri öyrənirəm və bilmək istəyirəm belə çıxır mən Allah olmaq istəyirəm."(EST.A)...Demək bu fikridə özümə dost bilib məndə öyrənməkdən əl çəkim?...Bəs onda görəsən Nitşe,Kafka,Dostayevski,Tolstoy,Yohanq,Huqo və.s bunlar niyə yazıb?Mənə deyəndə daha doğrusu eşidəndə "Ölkəmiz İnkişaf edir" bir şey maraqlı gəlir cəmiyyət arasında olmuyan bunu necə deyə bilər axı.Əslində düzdü Ölkə inkişafdadı məs:Metroya girəndə xaricdə çox demirəm yuxarıda saydıqlarım yazarların kitabları satılır ama bizdə "İysiz siqaret,mənası tapılmayan pozalı jurnallar,bu gün danşdıqlarının saba arxasında dura bilməyən siyasət qəzətləri"və.s satılır burda görəsən nə varki?Ölkə inkişaf edir axı bular təbii hall olmalıdıda...eşi nəysə....Woouuu qızla tanış olmalar dəhşət...Marşutda bultuz,metroda bultuz astanovkalarda bultuz,yaxınlaşma qız keçəndə söz atmalar....Özlərinə yox heç olmasa bulara fikir verib  o sözü desinlər...Mən bir nəfərlə danışıram və o insan mənə tək bir şeyi yox çooox şeyi verdi.Mən onla danışanda nə ağlıma kiminsə dalıyca düşmək,kiminsə bultuzunu eşmək yox ağlıma dərdlərimi deyəcəyim insan varlığını görürəm və o barədə heç kəs mən qədər xoşbəxt ola bilməz istəsədə bacarmaz.Yəni bu bir daha göstərir ki, həyat tək Sevməklə olmur.Dostumda var-adı blinir Angreifen....Sadəcə sözüm yoxdu istədiymi tam alıram.Bu mənim ölkəmdi sözün əsil mənasında demək olar iç ölkə inkişaf edir...Xəbər siyasi mövzular bilin nə qədə sizi maralqndırsada  o üz səhifədə yazılan sənin gözüvü qapamaq üçündü.Ama buunu burda yazı ilə deməklə olmur onları görəcəksiz vaxt gələndə.Mən demirəm mən idealam bəlkədə mənədə şüur altı təzyiqdəyəm ama onu bilirəm ayıldanda tez duracam yerimdən...... 

21 Kasım 2009 Cumartesi

Muammalı Angreifen-3

Baş hərrənir,gic olur.Burakı cəhənnəmə yaxın olan cənnətdi?!Bu nədi hamı qızıl gülə dönüb hardadı insanlar?Niyə taxılan maskaları yoxdu?Bu nədi mənim qanadlarım var?!

Uçuram...Bu qızılgülləri görməkdən bezmişəm axı bu nədi?!Heçnə hiss etmirəm,dözmürəm dözmürəm yenə-nə qədər istəyirsiz,nəyimi istəyirsiz verərəm ama onnan yenə bir dənə-verin o zibilə qalmış şənləndirici dənəsini..Beyin çönür, ellər bilmir gah başı gahda dizləri qucaqlayır,əsmə tutub gözlər qırmızıya çevrilir şeytanlaşma gedir.Nazir balası indi bir zibildən aslı halda qalıb.Milyonlarımı verərəm unutdur mənliyimi.Muamma doğururdu hardandı Angreifen?!Yenə tutdular onu zibil üstündə,hər səfərində batırdığı isə soyadı idi..Nə qədər olar, ərköyün böyüt böyüt axırda uzun mənasız yola çıx...Bu yol ki, yollar qırağında Muammalı oxlar qoyublar bunlarlamı Angreifen?!Yenə ələ verilən əl çirkabı, burax onsuz sabah yenə burdadı.Qaç qaç ilk ora qaç, tələb edir səni yox qoluvu istəyir.Evləndir qoluvu iynəylə ayrı qala bilmirlər onsuz.Qaç ora Muammalı cığırla qaç,zəifləmiş sinir toklarını qoş sora başla əsəb əsəb bundan sora Angreifene hazırlaş.Əsmədən sonra cır yaxavı cır qol hissəvi sox ora bunla rahatlaş....Bu nədi qovun başımın üstündəki bayquşları,yarasaları,qarğaları axı bunlar cəhənnəm quşlarıdı,qanadları isə ürəyimə girir.Yenə kimsə hürür çöldə axşam yenə ulaşma...Yox yenə tutdular onu.O cür milyader balası.Artıq qol qaşına-qaşına park skamekalarında yer tapıb bu cür aciz vəziyyətdə,kim tanıyar onu bu vəziyyətdəki bu o həmin nazirin oğludu?!İndi onun Günəşi başının üstündəki işıq dirəyləri.Ona baxanda dilənçi halına yanıb ona pul uzadır bədbəxt...Damarlarını kəsməmiş damarları öz özünə kəsilir,yenə evləndir qolunu.Boşa təzdən enıəndir axı hara qədər iynə üstünə çəkilən Angreifen.Atası dölətin zibil işləri ilə baş sındırarkən oğlu dilənçinin dərviş kökündə.Yox diəsən yığa bilmədi lazım olanı ala bilmiir.İndi iflic kor vəziyyətdə,artıq hər şeyi yoxa çıxanda görür kor olmuş gözləri.Hanı-hanı əvvəl onu Allahdan uca sayan dostları?Hardadılar?Heç kəs, heç kim yoxdu o indi artıq başa düşür ki, onun ölmünü danışanda o yox olsada onun ruhu utanacaq.İndi dərk edir, oda hər kəs kimi edəndə yox nəsə olanda peşman bu ki həmişəki sünilik peşmançılığıdı.Ortada susqunluq.Artıq söndümü görəsən?...Mənidə çağırdı yanına, sirat körpüsü üzərində gözləyən budumu o ağ xalatdakı?Odumu insanları sorğuya çəkən axı mən nə deyəcəm indi ona?Diəsən bərzəxdə də ayılmamışam əlində iynə ,vursun qarşımdakı ağ Mələk....Yenəə evləndi qol....13 dəqiqə sakitçilik.Yox bu odu yanındakı da çox tanışdı.Gəlmiyin üstümə ..
Bu həmin həkimdi yanındakı isə onun dostu."Həkim onun vəzyəti niyə  yenə ağırlaşdı?".."Bu Dəli Bu Gün özünü Narkaman hesab edir"


20 Kasım 2009 Cuma

Getdi 3 günü qalmışdı hər günü sayırdım saatların dəqiqələrin ki bəlkə vaxt tez gəlməz ama getdiii zibilə qalsın ağırlıq verən ürəyi xəstə idi əməliyyat üçün getdi məni burda qoya qoya özdə mənə dedi ki, mən addı adamı insanı həmişəlik yaddan çıxart arada sevgi deildi sevilməkdə yox idi ama zəncir və gedərkən məndən ikinci xahişi bu idi Pessimistliyə qapılma sən hər səfərində pis olanda məndə pis olacam yaşamaq üçün gedirəm ama istəmirəm əməliyyat yaşadacaq ona görə çox çox uzaqlara gedirəm və getdi dünən :-(((((((((((((((((((((((((((((

17 Kasım 2009 Salı

       Muammalı Areifenin 2-ci hissəsini oxumaq istəsəniz bura daxil olun       hə birdə öz yazdığım Muammalı Angreifende də düzəliş etmişəm

www.agreifen.blogspot.com      

        çox sağolun!

8 Kasım 2009 Pazar

ÖLÜ DOĞULUR KÖRPƏLƏR!


Bu səfər göz yaşı yox əsəbim yazdırır,
Sinirlərim öldürüb torpağa, acizliyimi basdırır.
Nə qədər gedəcək bu dünyadan
Ancaq mənim yaşıdlarım
Müharibələrdən nəticə, dərs yox
Qalır bizə baş daşları
Qorxmaz olan Günəşidə
Güllələrin səsi qorxuzur.
Hər gün ac olan torpağın mədəsinidə
Uşaq meyidləri doyuzdurur.
Bu gün iş adı ilə guya ata
Xanımın dalıyca qaçır
Orda isə hər gün ata
Ölmüş oğluna qəbirlər qazır.
Sevmirəm, deyəndə mənə
Hərənin bir qisməti, bir taleyi
Burda sən kef, şiş iyləyirsən
Ordakılar yalnız mərhum iyi.
Qurban verməkdən bezmiş ana
Ölü doğuzdurur körpələrini.
Heç kəs, heç kim, Allah belə
Eşitmir onların bağırtı, nalələrini
Mənim Tanrım, Mənim Allahım
Hanı sənin qüdrətin?
Hanı sənin mərhəmətin?
Həəə?!
Ver mənə Yupiteri, ver mənə Kainatı,
İstəmirəm Yeri, istəmirəm Marsı
İstəmirəm həyatı olan zibilə qalmış bu dünyanı.
Arzumda da yoxdu hər bir oğlan kimi,
Hər dəfə bir qız sevib, bir qız öpmək.
Fikrimdədir Qarabağda yooox,
Fələstində, İraqda, Bağdadda Ölmək.
Çünki bizlərə 100 faizdə çox gəldi,
Nəyimizə lazımdı artıq qalıb,
Alın bu 20 faizi, 80 faizdə bizə kifayətdi.
Axmaq ayaq altılar
Özlərinin yox bizim belimizi tapdalatdılar.
Valideyinlərdə oğlunun başını oyuncaqla qatdılar,
Hər bir paltarını bir dollara satdılar.
Niyə axı hə niyə?
Niyə sevgivi bütöv bir oğlana verirsən?
Niyə sevgivin bir hissəsini bir qıza verirsən?
Heç kəsin fikrində bir yetim belə yoxdu
Ölən sevgilərə isə onların ehtiyacları çoxdu.
Atılmış körpələri, tənha yetimləri,
Bir kərədə olsun belə düşünmürlər,
Heç kəs onlara
İsti qucaq dolusu sevgidə vermirlər.
Mənim yaşıdlarımın, mənim tay-tuşlarımın,
Fikirlərində gününü necə keçirməkdi,
Yazıqlarınsa işi hər gün, ana yolunu gözləməkdi.
Deyirsiz bir oğlan bir qız olsaydı,
Onu necədə çox sevərdim
Yetimsə deyir"Atam olsaydı onun,
Üzündən yox, ayaqlarından öpərdim".
Oxuyursuz hər dəfə mənə qiymət verirsiz,
Əladı, halaldı Emin düz fikirdi deyirsiz.
Axı nə olsun?hə?
Onsuz bu sözlərimin hamısını,
Beş gündən sonra yenə yaddan silirsiz.
Bezmədim söyüş yeyib kimlərisə alçaltmaqdan,
Bezmədim ölüb yenidən dirilməkdən,
Bezmədim heç vaxt,
Angreifenin tərəfini saxlamaqdan.
Bezdim çoban olub qoyunları otarmaqdan,
Bezdim müəllim olub insan dərsi keçməkdən.
Mən fəlsəfə, Angreifen həyat dərsi deməkdən
İndi isə üzümə duran şagirdlərim,
Ağam olublar guya mənim.
Qarınlarını piy basmış axmaq Ayılar
Çıxın mağaradan,
Qalxın qış yuxusundan,
Enin dağ başından.
Bəsdirin qudurduz,quduzlaşan it kimi
Arxamdan ayaqlarımı qazırsız
Yaltaq ermənilər kimi.
Bu yaşda İşə güclərinə bax sən
Hər saniyədə bir uşaq öldükcə
13 canımdan Allah birini alır,
Dünyada uşaqlar azad olmadıqca,
Başımın üstündə qara buludlar qalır.
Eşidilmir artıq qışqırığ, nəriltilər
Çünki bilin
Ölü Doğulur Körpələr...!!!



Bundan sonra yazacaqlarımı ancaq bu adla yazacam və mənidə bu adla çağırsaz yaxşı olardı



Muamma...!

2 Kasım 2009 Pazartesi

TƏK QALMIŞAM!

1 Noyabr

Dünen saat 11:50 də Ziya zəng elədi ki, bəs konsertə getməyin vaxtıdı.Məndə bəxtimdən elə o vaxt durmuşdum nəysə görüşdük ama tək biz bir getmədik bizimlə brabər 4 uşaqda qəsəbədən konsertə getdik.Hələ avtobusa minməmişdən artıq sual gəldi Könüldən" indi gedirsiz konsertə?" məndə kontur yox idi ona görə Ziyanın telefonundan cavab verdim ki, "hə gedirik" neysə sora Könül tezdən Ziyanın telefonuna cavab yazıb Ziyada elə bilib həmişəki kimi onun rus padruqalarıdı.Götürüb qıza yəni Könülə yazıb ki,"uçda burdan zibil" Könüldə elə bilib ki, mən yazmışam,axı Zikonun telefonundan cavab yazanda demişdim mənəm Emin.nəysə axır axşam inandırmışam ki, mən deyildim.Hə konsertə getdik yəni hər şey tam ürəimcə olmadı nə mənada deyirəm.Birincisi başımızın üstündə duran adamların  durmağından artıq orda ayrı seçkilik var idi nə qədə "burdakılar Hostculardı" desələrdə.Mete deyendə ki, bir dənə Hostcular əlivizi qaldırın görək hamı qaldırdı mənnən başqa özüdə gördü əlimi qaldırmayanda.Sora bir söhbət eşidirdim düz qabağımdakı qız oğlana deirdi ki, səndə Enigmanın birinci versiyası var? oğlan dediki yox ne olub? qızda  fəxirnən deyir ki, mənə o versiya lazımdı orda söyüş söyüllər :)).Gülmək tutdu məni.qıza söyüş lazım imiş, mahnı yox.Hə konseret getsədə düzünü deyim mənim fikrim orda deyildi mənə yaxınlar bilir nəyi nəzərdə tuturam.Sora qız  qabağımızda duran qızı gördü buraxmışdı təmiz özünü Team-in uşaqları ilə əlaqqəyə girmək üçün özünü həlak elədi.Mahnılarda bir şey başa düşmədim ki, Aid oxuya oxuya hamı niyə oxuyur?!Ən zor xəbər Atamın gəlməsi xəbəri oldu.Konsertdə ən çox görmək istədiyim bir Ümidim var idi birinci qızları içəri salanda gördüm özüm heçnə dimədim sora çıxanda görüşdük diəndəki məni yola verdi getdi sora bir söhbət oldu onu özünə dedim.Sora getdik şaurmaya oranında hesabını verdik gəldik evə yorğun idim zəng elədilərki gəl filan yere  ayda getdim oa sora  bir yerə axırda evə praməoy yatağa yatdım vsyo günüm qurtardı

31 Ekim 2009 Cumartesi

QUDUZLAŞMIŞ FAĞIR!


Noyabırın 23-cü.Çöldə göy üzündə qarğanın qara buludları.Bu gün onun qaranlıq dar dünyadan işıqlı dünyaya gəlişindən 13 il keçirdi.Bu gün hamıdan çox o, özü Aynur sevinirdi.Yenə hamı hər il olduğu kimi bu ildə onlara gələcəkdilər.Hələdə uşaq düşüncəsindən tam çıxmayan Aynura fikrində bu dəqiqələrdə qapıdan içəri girənlərin üzünü, simasını yox nə gətirəcəkləri maraqlı idi.Onun fikrində ilk böyük və bəyənəcəyi hədiyyəni ilk kim verəcək...Və budur gözlədiyi və fikrində tutduğunu həmişəki kimi atası verdi.13 yaşı olmasına baxmayaraq o aşağdakı yaşıdlarının arasında yox onlara pəcərədən baxırdı.Həyətə düşməyə isə çox çəkinirdi,həm də atası icazə vermirdi.Standart!Qabaqcadan cızılmış xətdə kənara çıxanda cəza olaraq onu evə çağırırdılar.Artıq onun ovuc içindən çıxmasının bünövrəsi qoyulmalı idi amma Aynur evdə kim hansı musiqiyə qulaq asırsa ona qulaq asmalı, kim televizorda nəyə baxırdısa ona baxmalıydı.Əli ilə çəkilən həyatına nəsə əlavə edə bilməzdi, çünki bu həyat onun yox valideyinlərinin əlində idi onlarda necə istəyirdilərsə oyuncaq kimi oynayırdılar.Buna baxmayaraq o özü bunu başa düşmür və çox xoşbəxt idi.Aynur çox savadlı qız idi onun 5 yaşından məktəbə başlaması bunun sübutu idi.O məktəbdə ən savadlı şagirdlər siyahısına başçılıq edirdi.Onun həyatı isə əvvəlcədən yazılmış və iki sözlədə anlamı mümkün olan "Məktəbdən-evə, evdən məktəbə"ilə ifadəsi kimi idi.Onun üçün bu cürsə çox maraqlı gəlirdi.

...Və bu cür yaşam tərzi ilə o məktəbi qurtardı, çoxdan gözlədiyi arzusu isə yaxınlaşırdı.İnstitut imtahanları artıq yaxınlaşmışdı...Evdə böyük həyəcan.Bu gün Aynurun yığdığı bal məlum olmalıydı.Gözlənildiyi kimi o bacardı 613 balla BDU.ya daxil oldu.Evdə böyük təsüratlar, hamıdan çox özü sevinirdi.Onun bir idealogiyası var idi o insanların onu  kimi saf olduğuna inanırdı.Artıq sentyabrın 15-i o Ali məktəbə başladı.Odoğurdanda saf olduğundan hər onla danışanla iltifata keçirdi.Ama qəribə 1-ci dəfə eşitdiyi musiqilərə qulaq asanda qulaqlarını tutur, Dünya Ədabyatından kitablar görəndə isə gözlərini yumurdu.Axı valideyinləri ona belə şeylərinin baş aldatmaq üçün olduğunu deyirdilər və bəlkədə düz deyirdilər.Aynur çox yaxşı başa düşürdü ki, İnsatitut həyatıda artıq həyat cizgisini özü çəkməli idi.Başlamalı idi və başladıda.Cizginin ilk xətdini isə institutun kitabxanasından başladı ona bura  qəribə yer deildi sadəcə bu səfər oxuduğu dərslik kitabları yox Dünya Ədəbiyyatının ;Fəlsəfə İnciləri" kitablarıydı.Onun atasıın ona 11-ci sinifin axrına kimi başqa kitablar aldatmaq çündü sözləri artıq ölmüşdü.Cinayətkar isə onun marağı idi.Oxuduğu başa düşmədiyi cümlələri təhlil etmək onun çox xoşuna gəlirdi.Çünki bunları 1-ci dəfə görüb oxuyurdu.Əlbət ki, həyat və insanlar haqda deyilən fəlsəfi sözlərlə razılaşmırdı.Ona görə həyat işıqlı,aydınlı sabahlar içərisi isə gülərüz insanlar dolu Kürə idi.2-ci dəyişik yaşamı isə bir oğlanla tanış olmağıyla başladı.Oğlanla belə tanış olmuşdu.

Aynur hər dəfə dərsdən sonra İnstitutun qabağında salınmış parkda oturub kitab oxumağı çox sevirdi.Amma onu bura gətirən başqa şeydə var idi.O, hər dəfə onun qarşında oturan zil qara geymiş kapşonkalı oğlana baxırdı.O, oğlnın baxışlarında nifrət duyğularının gizləndiyini görürdü.Oğlanın insanlara qaş-qabağlı baxışları ona çox qəribə gəlirdi.Hər dəfə oğlanın yanında adam oturanda isə ordan qaçan kimi tez yoxa çıxırdı.Aynura onun bu hərəkətləri qəribə gəlməklə yanaşı,onu oğlanla danışmağa vadar edirdi.Amma bu o qədər də asant deildi.Ortada böyük bir qala dururdu.Bu qalanın adı isə FƏRQ qalası idi.Bu Fərq qalası isə "Həyata baxış nöqtələri" daşlarından ibarət idi.Aynur insanlara gülərüz sima ilə oğlan isə qaş qabağıyla baxırdı.Oğlanın Aynura gözü ilişəndə ona fağır hissi ilə baxırdı.Bu gün Aynur ona yaxınlaşmağı özünə söz vermişdi.Yaxınlaşdı.Onu sevindirən şey oğlanın Anurun onun yanında oturanda yerindən durub qaçmaması idi.İlk tanışlıq söhbətlərindən sonra isə oğlan ona adını dedi.Onun adı Fariz idi.Bu söhbətlərdən sonra Aynur ondan niyə insanlardan qaçdığını, onlara nifrətlə baxdığını soruşdu Fariz isə közərmiş odunun üfləyib birdən yanan kimi yerindən durub tez yoxa çıxdı.Sabahsı gün eyni hadisə yenə baş verdi.Artıq 3-cü gün bunun təkrar baş vermiyəcəyini özünə söz verdi.Onların tanışlığından 1həftə 6 gün keçişdi.Bu səfər ki, gün Aynur üçün fərqli oldu, çünki Fariz niyə onun insanlara nifrətlə baxmağını danışdı.Edilən hər bir söhbətlərdə Aynur dəhşətə gəlirdi.Farizin ailəsini öldürmüşdülər.Bu oğruların evə girib soyanda atasının və anasının onlara qızlı vermiyəndə almış olduğu 13 bıcaq zərbəsindən olmuşdu.Evdə qışqırıq səslərinə oyanan Fariz təəcüblə otağa girəndə otağ polunun qanla dolduğunu və pəncərərnin sındığını gördü.Qana bulaşan tək paltar yox Farizin hönkürtü ilə tökdüyü göz yaşlarıda varıydı.O, bu dəhşətli mənzərədən sonra insanlara nifrət etməyə, onlardan qaçmağa başladı.Danışanda sonra isə Aynur ondan üzr istədi.O, bilirdi ki, Fariz öz yarasını açdı buna görə o pis olmuşdu.Ayrılandan sonra Aynur Farizin ona dediyi axrıcı sözləri fikirləşirdi" İnsanlara çox ümid bəsləmə, onlara 1 metrdən yox 50metrdən bax,onlar 1 kağıza görə sənin ayaq tozun və 1kağıza görə sənin cəlladın olarlar" sözləri onu gecə yatızdırmadı.Ama o belə düşünmürdü.Yox, bu ola bilməz axı insanların hamısı belə deil,axı onlar çox yaxşıdır.Sabah açılanda Aynur ilk Farizlə görüşməyə can atırdı artıq görüş saatı idi ama Fariz gəlməmişdi....Çox gözlədi ama gəlmədi o pis əhval ruhiyə ilə evə qayıtdı.Sabahsı gün yenə Farizin gəlmədiyini görən Aynur onlara getməyə məcbur qaldı.Qapını nə qədər döydüsə açan olmadı artıq o çox pis olmuşdu o fikirləşirdi ki, Fariz ondan qaçıb.Qapının tam bağlanmadığını görən Aynur içəri girdi.İçərdə isə çox pis mənzərə ilə qarşılaşdı.O, Farizin qanın içində uzandığını görüb dəhşət içində özünü itirdi.Ayılanda isə Farizin kəsilmiş damarlarını və qana bulaşmış kağızı gördü.Kağızı əlində tutan Aynur iki gün bundan qabaq Farizin ona dediyi sözləri yadına salırdı"Özümdə güc tapmırdım ailəm ölən gün tamsaydım sənlə indi söhbət etməzdim" sözünü Aynur indi başa düşürdü ki, Fariz bunu intihar barədə demişdi.Kağızda isə bunlar yazılmışdı:Aynur!Sən bunları oxuyanda mən artıq sənə yuxarıdan baxacam ama çoxdan istədiyim yerdə ailəmin yanında olacam.Sən çox yaxşı insansan ama çox fağırsa, nə qədər fağır olsan onlar səni əzəcəklər.Bu səndə olmasada çalış çalış ki, özündə onlara nifrət hissivi oyadasan.Artıq onlara əvvəl ki, gözlə yox başqa gözlə bax onda onların içini görəcəksən.Sonda isə demək istəyirəmki Aynur Mən sə.......və burda qan izdəri.Aynur başa düşdüki Fariz bunu artıq damarlarını kəsəndən sonra yazıb.

Farizin ölümüdən 1 ay  keçmişdi ama bir dəfə də olsun Aynur o parka ayaq basmadı.Bundan sonra o fikirləşirdi doğurdamı insanlar belədir?doğurdanmı onlar əclafdı?Əks fikirləşəndə o artıq bunları öz həyatında görürdü.Əvvəl avtobusda ona yer verməyi xoşlayan Aynur indi başa düşürdüki bunu  içdən gələn niyyətlə yox sadəcə səvəb niyyəti ilə verillər çoxsu isə verəndən sonrə içdə söyürlər,əvvəl sevginin qüvvətinə inan Ayur artıq indi bilirdi oğlanlar qızlara hansı niyyətlə yaxınlaşırlar bu ona yaxınlaşan oğlanların əməllərində görünürdü,əvvəl heç bir insanlarda fərq qoymuyan Aynur onun geyminə başqalarının gülməyində fərqi hiss edirdi, artıq o, satıcıların gözləri görmüyən qocaları aldatmağını görürdü. onun bu dəqiqə fikirləşdiyi şeylər isə uşağlığı idi.Beynində fikirləşdiyi sözlər" çaş çaş ki, böyümüyəydim, əvvəl İnstituta griməyi istəyimi indi bilirəm çox axmaq fikirlərdi.Hamı elə bilir ki, KÖRPA QARANLIQ DÜNYADAN İŞIQLI, GÜNƏŞİ OLAN DÜNYAYA İLK QƏDƏMLƏRİNİ BASIR , AMA HEÇ KİM BİLMİRKİ KÖRPƏLƏR QARANLIQ DÜNYADAN BAŞQA BİR QARANLIQ DÜNYAYA GƏLİRLƏR!NƏ OLSUN Kİ, BURDA GÜNƏŞ VAR VAR,AMA GÜNƏŞ QARA ŞÜALAR SAÇIR ƏSLİNDƏ AMA İNSANLARIN GÖZ RƏNGLƏRİ DƏYİŞİB,GÜNƏŞ QARADI BİZ ONU SARI GÖRÜRÜK".Hər zaman divarlarında çoxlu şəkillər olan Aynurun indi otağı bom-boş idi.Otağda 3-şey var idi.Aynur, boğazında kəndir və yerə aşmış stul.

18 Ekim 2009 Pazar

MUAMMALI AGREİFEN


Səhv edirəm.Haqq tapdalandı.Niyə məhz mən bunu hədəf aldım?Niyə silahımın nişangahı buna istiqamətləndi?sözlərin sonunda otağa gizli girdiyim məlumdu lakin otağ sahibinin məni açıq gözlə qarşılamasına özü durmayıb,kasıb halıma yananda isə özünü yuxuluğa vurması məndə həyat eşqi oyadacaqmı görəsən?Evi soymağıma göz yumubsa bunların sonunda xoşbəxt olacammı görəsən....?!Olacam ama olmuyacam.Qürur.İmkan vermir əlcək taxıb onunla boğur məni iz qoymasın,məndən sonra gələnlər isə qıraqdan izləyib tənbəlləşəcəkdi yaxşısı boğdu məni.Ancaq işlək sözümüz var:Böyük nə zibil edirsə kiçikdə ondan dərs alır,eşidəndə maraqlı gəldi işlədim kitablara əl atdım mənasını tapmadım var idi aça bilmədim kor idim o zamanlar dəyişən bir şey oldu mənim gözlərim açıldı ama mənası yandırılmışdı.Bəli hər səfərində yalan tariximizdən danışan tarix müəllimim,yox ortada səhv gedir nəsə- yaltaq müəllimim -bax beləsi yaxşı alındı- döyüşlərin sonunda bizi qalib xalq edib alimlərimizi yox sadəcə taxta yığıncağımızı,yazarlarımızı yox həqiqət üstündə oturanları gözümə soxan SADƏ və DÜŞÜNCƏLİ millətdən bu cür tərifə layiq kinyəli cümlələrdi bu dövrü yaşadan.Maraqlı gəlirdi  hər dəfə uduzuruq şans olmasada tariximiz  məllimin əlindədi onsuz indi bizə yuxu dərmanı ilə yatızdırıb sonunda Bununlada Azərbaycan böyük dəstə ilə ANGREİFENLƏ qalib gəldi cümləsinə məndən aslı olmadan dilimi içdə saxlıyan orqanım öz özünə açıldı.Yəni bu qədərmi qüdrətli olmuşuq ki, yaltaqlardan da indi aciz vəziyyətdəyik?,baxışlarımızda da solğun təbəssüm təzahüründən doğulan Ay parçasına dönüb.Hiss etmədim.Nə zaman,harda necə və kiminlə?Hiss etmədim yenə toxunan əllər isə kobudluqla əvəz olunub qarşısındakının üzünə əl gəzdirirdi,çünki ixtiyarım var!Mənə maraqlı gəldi bu qədər danışılan anti həqiqətdən sonra Dünyanın ən ali ən qiymətli varlığı insan seçildi sevincliyə  qərq olunanda isə Günəş utancağından üzünü örtdü,çünki Dünyanın ən manqurt ən qiymətsizidə insanın özü seçildi.Bununla hiss etdim ki,Muamma doğuran Angreifen öz növbəsini başqasına vermək istəmirdi,suyun altı ilə yox artıq suyun üzündə üzürdü üzdüyünü bildirmək üçün.Çünki artıq şeirlərdə "Göz yaşlarımda boğuluram,Qaranlıq otaq bir də mən"sözləri ilə özünü düşüncəli bəzəndə məntiqli söz sahibi aparan məməli heyvanların fərqli növü çoxalmışdı.Tək qardaşı bu deildi.Əməlində Pessimist orqanlarına müraciət edəndə,dərdini tikəsinə qatıb lakin uda bilmiyənidə Mefistofelə qulluq edən sayırdılar.Axı,hekayələr,baş aldadan rəvayətlər Mefistofelin dərdi olmuyub yazıblar axı o həmişə kef məclislərinin ən xüsusi qonağı olub həmişə,yooooox yenə aldatdılar məni...Ola Bilməz!!!Məni aldatdılar ona görə üzdə bildirmiyib Muammalı Angreifen etmək lazım idi.İlk dəfə yazanda isə Mələklər mövzusuna bağlandı.Sözü işlədəndə  dəyərin salmaq adi hala salmaq 10 dəqiqəlik iş oldu ama heç bir insan sözün etimalogiyasına qaça bilmirdi sadəcə işlətmək və eşitməklə vəzifədə məqsədə yox elə vəzifəsin qaldırmaq idi.Yolun ortasında isə çox atıldı düşdü yazdıqlarının fəlsəfi sonluğunda isə yoldan çəkilməsi oldu.Yenə Angreifen gərək idi,bu səfər isə otagım gözünün önündə təmiz səliqəli görsənsə də otağımın künclərini toz basmışdı,hissiyatı isə ölmüşdü.Başqa şeydə var idi.Fərq.Düşüncəli yazılan sözləri oxumaqla üstündən tullanırdılar ama MƏN İSƏ SÖZLƏRİ OXUMURDUM MƏN ONLARI GÖRÜRDÜM.Bunu deyəndə isə qarşımdakının sarı təbəqə ilə örtülmüş dişlərini ağartmağı çox şeydən xəbər verirdi.Günlərimdə isıqlı solğun sifət görsənsədə üz döndərən olmadı buna görə Angreifen lazım idi.Ümidim kəsilmirdi havada rəqs edən yarpaqlar isə havada saralıb yer üzü görürdülər və birdən qəflətən qorxuzanda isə 5 yaşının olması mənə pis təsir etsədə 1 məqsəd yönlüyümün olmasına çox kömək etdi buna görə MUAMMALI ANGREİFEN lazım idi ama ovucunda saxlamaq  sahibinə üzünü göstərdi.Və oturub onunla fikirləşəndə sona yaxınlaşanda  pərdə asılmış gözlər hər şeyi tanıdı HAMINI TANIDI,KİM KİMDİ HƏR KƏSİ HƏR KƏSİ TANIDI buna görə MUAMMALI ANGREİFEN lazım idi Ağcaqandlara qarşı!!!!!

Yenə kimsə gəlir otağa ona elə gəlirki bu bu gün olduğu Fəlsəfi Şairinin oxucularıdı sevinirdi lakin ağ xalatda ola bilməz bu yenə odu?!Yanındakı adam isə ona çox tanış gəlir.Bu ki, onun dostudu.Dostu yazıq sifətlə aynasına baxanda həkim ona "Bu gün "Fəlsəfi Şair"-ə oxşadır özün...

Yenə bir gün........2-ci hissəsi   www.angreifen.blogspot.com

3 Ekim 2009 Cumartesi

ÖLSÜN İNSANLAR!!!


Ölsün Aylı və Aysız gecələr

Pərdəm dalğanın qaçmasını,gözlərim yaş istəyir

Ölsün gülləli sabahlar

Axıdılan qanlar damarlarda qurumaq istəyir

Ölsün olmuyan günahlar

Fəzilətə son verirəm,özünə düzgün insan istəyir

Ölsün verilən əzablar

Körpələrim dünyaya yeni nəfəs vermək istəyir

Ölsün səmavi göylər

Buludlarım dolub burax ağlamaq istəyir

Ölsün işıqlı günlər

Yarımçıq dayanıb həyata son qoymaq istəyir

Ölsün eşidilən səslər 

Qulaqlarım daha dözmür gözlərdən kömək istəyir

Ölsün qızarmış üfüqlər 

Günəşdə tək qalıb Ayla barışmaq istəyir

Ölsün bütün Dünyalar

Təkrarlarda təkrarlanır kürə durmaq istəyir

Ölsün bütün İnsanlar

Əcəldən qaçmıyın qəbirlər dolmaq istəyir

Öllüüüüüüüüüüüüüüüüüüünnnnnnn!!!

27 Eylül 2009 Pazar

Mələklərin Qarğışı


Zamanı doladıb intiqam hissi ilə qayıtdı 

Neçə ölüləri sağlığında ağlatdı

Gülməli gəldi qolları yatağa bağlatdı

Qaçanların dalıyca qaçmaqla saxlatdı

Qanmaz vaxtı onu neçə insan aldatdı

Dağlarda tutulub təpələr üstdə dağlatdı

Ürəyini Səni qoruyur,səni saxlayır

Mələklər bu yaşda günahlarıvı yazmayır

Arxayın dərsi keçib

İstəsəndə beynində bunun heç birini pozmaır

Dedilər hiss yoxdu onda səni kimi torpağa gömdü

Tağrutda Mələk idi, 1 Gündə necə çöndü?

Acığa gəldi, günaha getdi

Arxasıyca toxum min sifət səpdi

Gecələrdə doğuldu gündüzləri közərtdi

Qarğaların qocası təzədən qanad açdı 

Sevənlərin qorxusuyla dünyaları qaraldı

Çəkilmiş cizgilər sonda insana bənzəsin

Özünü tapmaq üçün günahları səsləsin

Məni görmək üçün öz dilini dişləsin

Danışa bilməsin

Acanları aclığıyla bəsləsin

Yer tapsın altımızda, Qəbir əzabını gözləsin

Düşünürəm məni bu vəziyyətə kim saldı?

Artıq oda aramızda qanadlarını bezib atdı

Düşüb dilənci vəziyyətə gözləri isə qan çəkir

Yenisi də gecikir qırılmalıdı bu nəsil

Başlıqlarla gəlibdi çırpılmır cəhənnəmin dalğası

Saldı zindana məhbus kimi Mələklərin Qarğışı

Tutdu məni, sevdi məni buraxmaq istəmədi

Dözmədi, kəsilmiş damarlarla qollarını bəzədi

Onsz əl çatmıyacaq qaranlqdı dünyalar 

Sevilmir İnsanlar

Mələk Qarğışı ilə doğuldu günahlar!!!

12 Eylül 2009 Cumartesi

Bu gün AY!!!!Və üzsüzlər!



Çox pis olmağıma yenə ümid verdim çünki onsuz bacarmadım fikir verirəm bir şeyə bu sözü açığı heç kəsdən eşitməmişəm bu mənim olsun Artıq dərdlərdə təzələnmir onlarda təkrarlanır bilin niyə mənlə ünsiyyətə girəndə"Hamı eynidiye fikir verməmisən?A kimin nə olmağı kimin nə vecinə"sözlərdə şablondu o haqda danışılanda maraqlı gəlmir mənə taxta insanlar deyəndə də maraqlı gəlmir.Heçnə maraqlı gəlmir dünənə üfürülmüş şamların bu gün öz özün yanması belə.Gözlərdəki yaşlarımı tökəndə belə torpağa dəyməmiş mənə son yalvarışla baxdıqlarını və torpaq dadmaqdan bezdiklərini özlərində tökdükləri göz yaşlarında göstərdilər.Tənha gəzmək sevimsiz ilk baxışlardan ama Allah oda bu əsirə qədər tənha olub.Özüvü ona bərabər tutmaq istəyirsən?Sən bilirsən bunla nə edirsən?........Nə danışırsan fikirləşəndə belə fikirləşki sora bu söz haqda nə fikirləşərlər!Bəlkə mən pis demədim qonşuma sərf etmədi pis kimi poster çıxartdı.Yapışdırdı öz otağına saatlarla düşünürdüki Emin burda nə demək istədi sonda həmişəki kimi yenə başa düşmədi yənə çığırdıki o Allaha inanmır.İnanmağım ya yox o kimə bel bağlıyır dərdli düşüncə olsada mənidə maraqlandırmır.Boş küçələrdə tək oturanda gələn suallar əslində yanımda biri var ama yoxdu heç kim verir dalbadal  bəlkə dayanmaq istəyir ama ağzına ləzzət edir o dayanmır selsi isə çox güclü olduğu üçün başı fırlanır fırlanır yox düşünmüyün yıxılacaq o vəzyətdə belə axra qədər dirənir ama beldəndə vuranı gəldi çox pis hətdan artıq çox pis oldu blirsiz yıxılanda nə dedi xırıltılı səslə NOLAR MƏNƏ KÖMƏK EDİN!!!!!!!!Bəli ilk dəfə olmaasada bu sözü eşitməyim ama birdən onun başa düşmədiyim dilə keçməsi doğurdan qəribə oldu qəribənin qəribəsi isə onun ağlamaması idi mən görmüşəm axı əvvəldən belə uşağa istədiyi şeyi almason ağlasın ama bu belə olmadı o istədiyi oyuncağı görmüyəndə üzündəki təbəssüm artırdı sizcə DƏLİ olub?Mənədə ilk təsüratlardan belə çıxırdı ama bir şeydə var əgər o istədiyini görmüyəcəkdisə niyə özünü həlak etməliydi?Axır bilirki o buna nail ola bilməyəcək boş-boşuna  üzündəki damcıları göstərmək mənasız olardı qıraqdan keçən bunu görsəydi o başqa cür adlandıracaqdı kifayət edər hər kəsin onu dəli adlandırması biridə söyləmədiki yox o dəli deyil əslində o çox ağıllıdı kimi sözlərə baxson ağızdan bunu çıxartmağa nə varkı ama çıxmıyacaqdı onun gündən günə solması vampirin necə həvəslə qan içməsi kimi əvəz olunmaz idi.Uzun gedirdi kəsilməmişdi hələ ama qıraqdan musiqi səslər gəirdi ayrılmaz bir hissə yavaş getdikcə isə qırıldı sakitçilik çökdü dar küçələr isə ensiz boğazlara oxşayırdı danışıram gülün siz ama ona çəkilən ilk sima belə idi həqiqətən.Çatanda isə əlindəki iz qoyan qəribə bir əşya gördü otağında hardan gəldi bu?6 saata yaxın düşüncənin cavabı isə bir adda idi sən demə bunun istedadını güdən var imiş arxasıyca onca günlər qət edib yorulmuyub bunu əlinə almalı idi gördükləri heyvandan qorxan yox özü tək görürdü gördüyü heyvandan qorxanda gücü çatmıyacağını bilib söyə bilmirdi  ama oda insan ondada qisas hissiyatı oyanmışdı və iz qoyan əşya ilə vərəqləri söyməyə başladı söyüşlərdən bezəndə isə arada fasilə verdi öz özündən yaranırdı yeni tərifə laiq sözlər ama bu səfər söyəndə boş listlər qutardı =( Aydaaaaaaaa vaxt tapdın?Mən  indi hansı üzə yazım dəftərin üzündəki sadəcə baş aldatmaq üçün yapışdırılan şəkillərdə dolmuşdu söyüşlərlə ama öyrəşdi 13-cü günün sonunda artıq tərif sanırdı hərifləri belədə qala bilməzdi hər bir çizilənə bir məna tapdı baş qatmaq üçün idi ama soradan fövqəlada hadisəyə çevrildi beləsi olmamışdı!Yazdım fikirləşdim qəhramanım olsun yox onun qəhrəmanı mən olum özü istədi açılan hər qapıda bir yeni üz gözləyirdi onu vecə deyildi baş itirmək üçün verilən ətirlərdə istiotlu çıxdı asqırmaq olmazdı qonaq getmişəm.Maraqlı gəlirdi bu nə vid fason idi qonaq gedirsən ev yiyəsi sənin gəlməyivi  istəmirdi əlindəki sumkalarla geyinilən paltara baxır çirkab!Kimi sözlərdə evdə məni bezdirdi xəstəxanaya gedirsənsə saç standart daranmalı idi sora deyər bu kəndən gəlib  salacaqdı son növbəsinə ağlakı otur ağla 1 ay növbəsində iyrənib artıq skamekalarda,siz bilmirsiz onda da canlılıq nəsə gördüm mən ondanda başqa yerdə saldılar düşündüm bəlkə özü yeriyib gecəylə yox yoldaşları idi.Valideyinlərdə fikirlərdində sovet düşüncəsizliyi yeni boş kitabla təzələmə əvəz etmək istədim edirəmdə ÇALIŞIN SİZDƏ EDİN!

9 Eylül 2009 Çarşamba

8-9 Avqust

Hmm dünən və bu gün.Dünən səhər duran kimi zəng gəldi alo kimdi Ziya.Səhərin gözü açılmamış şəhərə getdik Banka qapıdan oyda bir gün  olar məndə burda işləyərəm prinsipi ilə girdim=).Sora evə gələndə kitab oxudum  axşamacan isə yenə səfeh kimi gəzdim axşam zəng gəldi gedək Məscidə getdik.Gülməlisi hamı dua edir biz rockdan danışırıq=)).Sora dedim yığışdıraq Allah şimşək çaxdıracaq başımıza=) və ordada söz atmaqdan yan ötüşmədi dua edirik qayıdıb arxadan biri a Hostcular nə gic millətiy.sora yenə biri mən dostlarımdan aralaşanda başladı mənə  söz atmağa rockerlerin nə işi var burda qayıdıb onu sındırmaq istəyəndə xalam oğlu çağırdı hə bu arada bir dpstumlada zəng edib danışdıq oda yatmadı.Bu gün hələ gedib Rolikin qiymətin öyrənəcəm axşamda futbol.

7 Eylül 2009 Pazartesi

6 Sentyabr

Mən açığı bü gün heçnə ilə yadda qalmadım nəsə Ziyadan sonra özümü çox tənha hiss edirəm gün ərzində etdiyim sğfeh kimi dolaşmaqdı.Kitabda oxuya bilmirəm götürdüyüm kitab bu səfər maraqsız çıxdı.Nəysə gedim yatmağa görüm yuxuda kimi görürəm =)))))

Oxucu Reytinqi

  Bunu  nəsə nəzərdə tutub yazmıram sadəcə sizə görə yazıram məncə hekayələrmi oxumaqla  oxucu adlanırsız və mən belə qərara gəldim ki, Oxucuların adını yazım  və onlardan ilk 1 i haqda öz fikirlərimi yazım.Ardıcıl yazdığlarım isə ilk yerin sahibi  ikinci yerin sahibi və s.1-ci yerdə ən yaxşı yazdığlarımı oxuyandı.

  1-ci  yerdə ZEYNƏB

  2-ci yerdə Aynur(kankam)

  3-cü yerdə Leyla

  4-cü yerdə Abuş(türk dostum)

  5-ci yerdə Nergiz

  6-cı yerdə Vüqar

  7-ci yerdə Ziya(məndə onun oxucusuyam)

  8-ci yerdə Mako

  9-cu yerdə Günel

  10-cu yerdə Günay.B

  11-ci yerdə Asif

  12-ci yerdə Narmina

Zeynəb-    Bu qız mənim qonşumdu.Düzü deyim mən Zeynəbi əvvəllər görəndə         tamam başqa cür idi.Ama soradan xəbərim oldu ki, o da Rocka, Hosta qulaq asır.Onun digrlərindən fərqi insanı görəndə salam verməsidi.Açığı özüm salam verməyi xoşlamıram ama qıraqdakılarda bu xasiyyət xoşuma gəlir.Mənfi isə özünə demişəm vaxtını çoxsunu boş-boşuna keçirməsidi.

     Onuda deyim REYTİNQ dəyişədə bilər ama bu sizdən aslıdı!!!!i

4 Eylül 2009 Cuma

Qarşımda Əyilmiş Aciz Mələk


Bu mövzu haqda bəlkə ağın çıxardıblar ama yalan deyə bilmərəm o Mələk mənədə rast gəlib və onunla mənimdə söhbətim olub!

Musici Centrdə sevdiyim rock qrupunun 10 YEARSİN  Beautiful mahnısı gedir ama oturduğum otağı işıq sistemi Günəşdən qaçmış Ay idi.Sadəcə düşünürdüm:"Mənə niyə deyillər ondan özüvü qoru?ondan nə qədər qaçson o qədər yaxşı,ona inanma,ona aldanma.İlk vaxtlardan onun haqda söhbət açılanda ilk fikirləşdiyim şey isə haqqında danışılanın bir insan olduğunu fikirləşirdim.Ama sonralar əvvəldə fikirləşdiyim kimi yanıldığımı bilirdim.Təsəvvür edin sanki Amerikada bir zənci ailəsinə bir Azərbaycanlı düşmüş kimi onun haqda danışılanda ağzı açıq 10 dəqiqə beynimdə ona edilən söhbətlərin müzakirəsi gedirdi.Arada yorğunluq beynimə fasilə verirdim və ona edilən animasiya isə ela idi.Ama hər dəfə animasiyanı danışan müəllif sonda özüdə əsirdi.Onun söhbətlərini hər insandan elavə valideynlərimdə danışırdı.Qəribə olan isə animasiyanın hər fasiləsində "Lənət" sözünün işlənməsi idi.Və yenə musiqili bir gecə.Bu səfər onla üzləşməyimə özümə söz vermişdim,içimdə qorxu yox idi sadəcə maraq məni öldürürdü.

Mən- Hardasan?(söhbətə başladım)

M- Cavab verdə...Ya eşidirsən danışmaq istəmirsən yada ki,məni saymırsan sadəcə söhbət edəcəm bilirəm burdasan qorxma işığı söndürmüşəm gəl!

Daha sonra anam qapını açıb mənə gec olduğunu dedi,mən yatmağa getdim,çünki çox yorğun idim.Və təzəcə yuxuya getmişdim birdən...

Ş- Ha ha ha...

M- Bu nə səsdi?Kim var qabağımda?

Ş- Cılız insan mənlə üz-üzə gəlməyə qorxmursan?

M- Kimsən sən?Niyə üzüvü tük basıb?Niyə sənin buynuzun var?

Ş- İstəyirsən səndə də lsun onsuz insanlar buynuz çıxardıb.Gəl səndə çıxart.

M- Demək sən insan deyilsən?Milyard nifrət qazanmış o Sənsən?

Ş- Sən bilmirsən mənə o qədər nifrət edən var ama bilməsələrdə çoxsu mənə qulluq edir əməlləri ilə

M- Sən belə çox şey edən nə əcəb mənlə danışmaq istədin?

Ş- Mən məni çox istiyənə rast gəlirəm

M- Yox-yox dayan nə istəmək mən səni istəmirəm sadəcə söhbət eləmək istəyirəm niyə belə tez şişirtdin?

Ş-Mənim foks bacarığım var mən bundan çox şöhrət qazanmışam ama ən çox istdiyim şey isə assentlərimin İnsanlar olmasıdı.

M- 1 dəqiqə niyə tək İnsanlar?Heyvanlarda canlıdı onlarda sənin köməkçin ola bilər.

Bu vaxt ona sanki elə gəldi ki, ələ salınır.Və öz hirsini tökməyə başladı.

Ş- Ey əcaib məxluq diyəsən sən öz işivi bilmirsən burnuvu öz işlərivə salsan yaxşı olar necə və etməyim sənə qalmıyıb!

Mənə onun birdən əsəbi olmağı çatmadı sanki əlini qapı arasında qalmış kimi üstümə qışqırmağa başladı

M- Mənə deyirsən o əcaib məxluq sənsən.Mən hamı kimiyəm ama sənsən başqa üzə sahib bir özüvə bax sonra üstümə qışqır.

Ş- Sən hələ çox şeyi başa düşmək üçün çox balacasan mən gedim.

M- Yo dayan itdən qormuş pişik kimi hara qaçırsan?Mənim söhbətim indi başlıyır qaçmaSən bunu bilirsən sən doğurdan qorxaqsan?

Ş- Yox bilmirdim niyə axı qorxağam?(üzü güldü bilinirdiki sualı lağ mənasında verdi)

M- Ona görə ki üzdə gəzə bilmirsən qorxaq ancaq insanların yuxusuna qəlbinə zəif yerini tapırsan,heç vaxt güclülərlə işin olmur,Məscid görəndə girməyə yer tapmıyıb qılblərə qaçırsan.Ama mənə bir şeydə çox maraqlədə düz mərkəzdə olan qəlblərə necə yol tapırsan axı?

Ş- Mən qəlblərə yol tapmıram onlar məni  Tanrınızdan qorumaq üçün öz əlləri ilə qəlblərndə gizlədirlər.Kimsə özünün 4-cü villasını istəyir,kimsə oğlunun 7-ci maşını almaq istəyir buna görədə məni istəyir.

M- Səni ancaq buna görə öz yanlarında görmək istəyərlər niyə özüvə yazığın gəlmir?Sən məni nə sanırsan?Guya bu söhbətlərinlə öz varlığıvı gözümə soxmaq istəyirsən?Bunları etsəndə mən bilmirəm sən Tənhasan?!Niyə üzə ağ oldun?Bəlkə bunları etməsəydin indi eyilmiş aciz Mələk deyildin.Bunları etməsəydin indi sənin yerində Cəbrayıl olmazdı.

Dediyim kimi onu görən hər hansı bir insan necə aciz Mələk olduğunu gözləri ilə görərdi.Özünü yazığ cildinə salmışdı çox keçmədi mən sözlərimə davam elədim.

M- Axmaqsan sən axmaq!Hər dəfə paxıllıq,hər dəfə üsyan,boş-boş gülmək,hər dəfə ev əxlaqsız yuvalar.Blirsən nə vaxta qədər sən bunlardan əl çəkməsən düzəlməyindəndə əl çək!Həmişə paxıllıq,nifrət,yalan Tanrısı sən oldun.Sənə inananlarda səni kimi.Elə-belədən deyilmiyib tay tayın tapar axmaq!Paxıllıq yox idi Yer üzündə sən Adəmə paxıllıq edəndən sonra yarandı,Nifrətdə yox idi Yer üzündə sən Adəmin gəlişi ilə Nifrətdə yaratdın,Yalanda yox idi Yer üzündə sən Adəmi meyvə ilə aldadanda yarandı,Küsməkdə yox idi Yer üzündə sənin qaranlığa getmək istəyində yarandı.Görürsən bunlar hamısı sənin üzündən yarandı o isə Allah gör nələr yaratdı.Sevgi yaratmaq üçün,tənhalıqdan çıxmaq üçün Həvvanı göndərdi,Dünyanın bu günü üçün onlara uşaq qismət elədi,Xoşbəxtlıik onların bir-birni dəlicəsinə sevməsində,mehribanlıqda yarandı.Ama indiki insanlar 5 mərtəbə tikməklə nəsə yaratdıqlarını düşünürlər halbuki üfürsən tez bir zamanda yox olar!Daha bəsdi yazıq görkımində qarşımda durdun rədd ol yuxumdan!

Və söhbətə son.Mənə çatmıyan bir şey isə niyə insanlar onunla üz-üzə gəlməkdən qorxur?İnanın çox qorxaqdı ona rast gələndə dərsini verin qaçmıyın.Mən yuxumdan qovdum ama narahat olmağımın tək səbəbi isə özünü bılkə mənim qabağımda cildə salır?Bəlkə bu qədər söhbətin onun üçün mənası yoxdu?Narahat olduğum qorxmaq deyil məni aldada bilər axı o Şeytandı!

   

        Sizlərdən xahiş yorum yazın əgər profil istəyirsə googledən qeydiyatdan keçib yorum yaza bilərsiz!Sizdən ona görə xahiş edirəmki fikriniz mənim üçün önəmlidi!

2 Eylül 2009 Çarşamba

H.O.S.T (Söhbət)


                 H.O.S.T-la ilk tanışlığım

And içirəm bilmiyənlər üçün yox bilənlərə görə bəlkə təkrar sayılacaq ama mən bu haqda çoxdan yazmışdım yerləşdirmək qalmışdı.

Başlanğıc söhbət İstəmirəm mahnısının sayta qoyulduğu gündən 5-6gün sora olub.Blokda özün üçün oturmuşdum birdən Xaker dediyim bir oğlan gəldi hal-əhval soruşulandan sonra telefonunu çıxardıb mahnı qoydu.Sakit danışırdıq tel.dən isə İstəmirəm,İstəmirəm deyə səs gəlirdi(Qaraqanın oxuduğu yerlər idi).Xakerdən telini mənə verməyini xahiş elədim ki,o mahnıya versin qulaq asım sağ olsun verdi də hətda neçə dəfə təzədən qulaq asmağıma belə icazə verdi.Çox ləzzət etmişdi mahnı,çoxdan gözlədiyim vulkan püskürmüşdü sanki,axşam olduğu üçün evə gedəndə ilk hərəkətim əlimə qələm dəftər götürmək idi.Təzə başlamışdım yazmağa ama Qaraqanın etdiyi kimi bir sözlə təkrar alınırdı,nə qədər etsəmdə alınmadı indiki kimi ağıllı yazmaq.Daha sonra yeni-yeni  mahnıları sadəcə super idi.Bu H.O.S.T həvəsini tək içimdə saxlamaq istəmədim bunu iki snif yoldaşımlada bölüdüm və onların ilk reaksiyası isə "Oydaa Super" sözündən yəqin başa düşdüz.Artıq Emin həminki Emin deyildi.Müsbətə doğru çox dəyişmişdim.H.O.S.T-dan qabaq bilmək istəyirsizsə nəyə qulaq asırdım bir az Rocka,bir az Cezaya,bir azda Sagopa Kajmerə.Məktəbdə oxumaqdan sonra dəcəlliyi ilə tanınan Emin  artıq susmuşdu,indi isə müəllimlər məndən onlara söz  atmağımı xahiş edər kimi abu-hava yaranmışdı.

            H.O.S.T-un düzləri və səhvləri

2009-cu ilin Qış aylarından biri Fevral idi.İlk dəfə H.OS.T-un köynək paylanma görüşünə getdim sinif yoldaşımla Kankamda ora gələcəkdi və gəldidə mənim fikrim ona baxmaq idi az qala köynəklər qutarsın.Ordan dağılışandan sonra pis olduğum şey isə Kankama yaxınlaşa bilməməyim idi.Hər nə isə mən köynəyi 3dəfədən artıq geymədim bu vaxtlarda kitabda var idi məşhur "A" kitabı.Ama inanmıyassız bəlkə mən o kitabın bir vərəqini belə çevirmədim,çünki bilirdim Qaraqan beynimdə fikirləşdiyim mövzuları yazacaq.Oxumasamda uşaqların,Kankamın mənə danışdıqlarından belə idi.Əlbətki bu aralarda tık bunla deyildi məktəbdə mənə qarşı təzyiq böyük idi.Və bir gün mən H.O.S.T-u satdım.Satdım ona görə ki, Az-dilində bilmiyən ruslar H.o.s.T- a qulaq asırdı,satdım çünki HOST-u Allahlaşdırmışdılar.satdım ona görə ki,HOST-çu özünü sayanlar HOST-la bağlı dava söhbətlərində aradan qaçırdılar,hətda məktəbdə Polislər HOST-çuları tutanda parta altına soxulan HOST-çu kimdi verilən suala mən olmasamda adını batırmamaq üçün mən qalxırdım.Satdım ona görə ki,HOST-çu sayılanlar özləri olmasada Qaraqan dediyinə görə Sevgi Yoxdur mahnsına gğrə guya sevgiyə nifrət edirdilər,halbuki beyinlərdə qızları dolamaq idi,qızlarda isə oğlanları seçmək idi.Satdım ona görə ki, dünən HOST-u söyənlər bu gün artıq HOST-çu idi.Mən heç vaxt özümə HOST-çu deməmişəm demiyəcəmdə ama bu onlarla bağlı sərgüzəştlər idi.Artıq HOST özüdə dəyişib mənə onların kef çağların göstərəndə  ürək ağrısı ilə baxıram başlıqlarda düşünürdüm axı onlarda buna layiqdilər heyatın bunlar qanunudu ama sonra  bir şeydə varki axı Masson maskasınn altındakıda insandı onlarda da sevgi yoxdu demək dərdlərlədə yaşamaq olar(demirəm HOST Massonlarladı sadəcə başa düşənlər bildi mən nə demık istəyirəm).HOST-a görə özünü həlak edənlər bilsin artıq onlarda Fərqsizlərdən Fərqlənmir buna əmin ola bilərsiz!

29 Ağustos 2009 Cumartesi

Kağıza düşən qan damlası!


Başlıq sətirlərə fəlsəfə yazmaqdı gücüm,

Çəx istədiyim arzuların içində yoxdu dözüm.

Alçaldıqca başa düşürəm ki, bağlanır gözüm,

Balaca dünyalarda isə artıq keçmir sözüm.

Özündə hiss dəyişib,günahı başqasına atır,

Ağılsız mətinləri yazıb insanlıqdan batır.

Nökər şahı olmağa mənliyini pula satır,

Kağıza düşən qan damlasını göz yaşına 1 qatır.

Eh yenəəəəəəə

Mənası bağlı sözlərə yenə səhivə açır,

Gücsüz insanlar bax yenəəəəəəə

Öləndən sonra özünü başqa dünyada tapır.

Cismi ilə sağollaşmaq artıq çox gec oldu,

Sağol deyəndə ruh dünyası ağırlıqla doldu.

Balıqların göz yaşı ilə göldən dənizdə boldu,

Gümrah görsənən qızım Günəşdə saralıb-soldu.

Ağlamaq istəyəndə buludlar tək qoymadı,

Dünən qurtaran günahım bu gün yenə başladı.

Qocalıq etmək üçün otaqda işıqda qalmadı

Əsirlər illərcə illərin nazıyla oynadı

Kifayət etmir boşu boşuna günlərini saysada

Əcəldən qaçanda rahat gün tapmadı.

Yazıram gücümün qaynağı hardan bilmirəm

Şeytan azdırır,Allah vergi verib bilmirəm.

Gecənin aysız qaranlığında yenə qələm əldə olacaq,

Söz olmuyanda göz yaşlarım yox özü yazacaq.

Qutarmış vərəqlərdə boş səhivə tapacaq

O qutaranda doğulmuş növbə mənə çatacaq.

Gözəl sözlərimdə isə əlimdə sakit yatacaq.

Düşünürəm məndən bəlkə insaf istəyir,

Tək durub yol ortasında gedənləri səsliyir.

Ay Allah qışqırığım boşa çıxır

Sözlərim sahiblərini tapmır

Harda itib batıblar artıq

Günəşdə qara geyib sarı şüalarını saçmır.

Xoşbəxtlər çoxaldıqca bədbəxtlərə növbə çatmır

Uydurulmuş lətifələrə səbəbsiz gülməyim 

Heç biri ağlımın dərinliyinə batmır.

27 Ağustos 2009 Perşembe

İlk Haram Axıdılmış Göz Yaşı!!!

                                                              Birinci Hissə

Evə gec gəlişlər özü düşünürdü bu söz sohbətləri özü yaradır.Lakin hər səfərində həyat yoldaşından bezməyini diyə bilməsədə öz dostları ilə çox vaxt keçirməyi,qazandığı pulları evinə yox dağıtmağı üstünlük verməyi hər şeyi bildirirdi.Səbəbi var idi.Ancaq həyat yoldaşının hamilə olması sadəcə onun hər naz ilə oynamasına səbəb idi.Artıq Piter(oğlanın adı)öz dolmuş kasalı dünyasında nə etdiyini bilmirdi.Ona belə gəlirdi ki,Marina(Piterin həyat yoldaşı) hamiləliyi ilə ondan istifədə edir,sadəcə fikirləşirdi,ama bu həqiqətən belə idi.Marina əlində olan şeylərin qiymətini olanda vemirdi,nə vaxt oyuncaq əlindən düşüb qırılardısa qırılandan sonra üzülərdi.Bu səfər ki,oyuncağı Piter özü idi.Və bir gün Piterin çoxdan düşündüyü şeyi eləmək qərarına gəldi.O evdəki hamilə olan Marinanı gedəcəyi həyat yolunda tək buraxdı.O başqa bir ölkəyə qaçdı.Marinanın 17 yaşı var idi.19 yaşlı Piter onun gözəlliynə aldanıb onunla həyatını çürütməyə razı idi.Ama bu buraya qədər idi.Marina ağlamadı,çünki səbəbi özü olduğunu yaxşı başa düşürdü.Ona qalan tək şey divarlardan asılmış Piterle birlikdə çəkdirdikləri şəkillər idi.Piterin onu atmağından sonra özündə daşıdığı bir canı məhv etmək qərarı isə baş tutmadı.Vaxtsız doğum.Ama doğulan bədbəxt körpə isə sağlam idi.Marin doğulan körpəni görəndə,onun ilk gülümsəməyini eşidəndə hətda özünü ən xoşbəxt adam saydığı vaxtlarda oldu.Elavə vaxtlarında onu düşündürən şey isə körpəni necə dolandırmağı idi.Doğulmuş körpənin adınI Marina Anna qoydu.Bu onun vəfat etmiş və çox sevdiyi nənəsinin adı idi.Ona görə həyatının əksinə gedən günlər yavaş-yavaş ötüb keçirdi.O, iş kimi evlərə təmizlikçi kimi gedirdi.Fikrində hər kəsə əyilmək yox sadəcə Annanı vaxtında yedizdirə bilmək idi.Qazandığı bir-iki tikə çörəklə bunu etmək çox çətin olsada ama özünün də ac qaldığı vaxtlarıda nəzərdən keçirtsək bunu edə bilirdi.Doğulmuş günündən anasını hər gün bir evdə görməsi hamısı Annaıda təzyiq altına salmıya bilməzdi.O, elə düşünürdükü insanlar yalnız bu işlə məşqul olur və Anna özüdə 5 yaşından anasının yanında kömək edirdi.O 5 yaşdı körpələr kimi əlində hər addımda gördüyü və aldırmaq istədiyi oyuncaq yox yaş əskilər idi.Artıq onu başqa dünyaya addım atmaq vaxtı gəlirdi Anna məktəbə başlamalı idi.

                                                             İkinci Hissə

Ətrafa qəribə qəribə baxışlar,ona bir gündə bu qədər uşaq görməsi qəribə gəlirdi.Ona görə yaxşı olan şeylərdə biri isə anasının onu almağa çox tər tökdüyü forma idi.Hamı eyni formada idi,lakin Annanın uşaqlara göz altında baxışı onun necə həyat sürdüyü  diqqət yetirən insana bəlli olurdu.Anna məktəbdə o qədərdə yaxşı oxumurdu.Kitabları oxuyacaq başı var idi sadəcə şəraitsizlik ona nəsə etməyə imkan vermirdi.

26 Ağustos 2009 Çarşamba

26 Auqust

Dünən yenə oruc tutdum saat 1e qalmış durmuşam.Sora net daha sonra təzdən yatmaq  xalam oğlu gəldi mən orucam smiçka verdi az qala yeyirdim ama yemədim axşama yaxın Ziya ilə görüşdüm getdik evimizin arxasında kitab oxuduq daha sonra getdik  orucu acdıq.Nənəmgilədə getdim orda oyun var idi super onu oynamaqdan gpzlərim xarab oldu!daha sonra ev sorada yatdım!

Gecə Doğulan Nifrətim


Gecə qaranlıq nifrətlər doğuldu,

Dünənlərim yoxdu.

Gözlərim yaşla boğuldu.

İlk anda gözlərimi açmaq yerinə ölməyi seçdim,

Sadəcə nifrətlərimdi bilmirəm,

İnsanlıqdan çıxıram,sanki ölürəm.

Şeirlərdə yazsam,həyatləarda görsəm,insanları tanımaq bəs etməz.

1 ömrə özümü yuxarıdan ölməkdi məqsədim

,Dünənlərə baxıb ağlamır gözlərim!!!

 Getmək istəyirəm  ama necə və niyə?

Hara baxıram görürəm səni gizlicə.

İnsanların nifrətində doğulmuşam,

Dünənə baxıb ağlamaqdan yorulmuşam.

Gecədi sadəcə qaranlıqdı,

Nifrətlərdi həyatıma ağalıqdı,

Gözlərimdə var yalnız nirət və kədər

Səhər doğulan Günəşdə yox oldum

1993 də cəhənnəmdə doğuldum.

Qışqırmağmı?yox ağlamaqmı?yox

Bu sadəcə həyatdımı?oda yox

Suallarda versəm onada cavablar yox

Dünyanın sonu varmı səncə?

Suallarıma cavab yox!!!

  Bu şeiri özünə hörmət etdiyim və çox istədiyim insandan biri yazıb!

        

25 Ağustos 2009 Salı

24 AVQUST

Düzünü desəm mən belə şey yazan deyiləm ama yazıram!Dünən  neçə gündü tuta bilmədiyim oruc tutdum.Ziyadan xahiş etmişdim duranda mənidə durquzsun ama durquzmadı.hər nə isə sora yatdım saat 12-yəcən.Sora kompyüterdə dil məsələsində qırışdım.Sonra blogumda oxuduğuvuz Kafir Namaz Üstündə hekayesin yazdım.Bilmiyənlərdə bilsinlər ki,o mənim həyatıma məxsusdu.Daha sonra bu arada deim təzə telefon almışam reklam olsada Ziyaya verdim ki,Uzi ilə mahnı yazsın ama istədiyim mahnıların çoxsunu yazmıyıb.Sora hecnə etmədim ev,kitab və yatmaq!

Seçilmiş Əsərlər!!!!!!!


                              Yazığım Gəlir

Özümə yazığım gəlir,hər kəsə yazığım gəlir,alçalmış insanlara,özündən razı olanlara yazığım gəlir.

Cinayətkarlara,onların qurbanlarına yazığım gəlir,bədbəxtlərə,xoşbəxt insanlara yazığım gəlir,bədbəxtləri görüb xoşbəxtlərə daha çox yazığım gəlir.

Təbiətə,onda olan hər bir şeyə yazığım gəlir,

İndi isə mən paxıllıq etmək istədim və budur edirəmdə.Paxıllığım tutur-Daşlara

                        Sabah!!!!!!!!

Həyatda belə bir şey olmasaydı bəlkə bunu indi oxumurdun.O həmişə irəlidə olur,qısqanan isə dünən olur.Ona baxıb niyə yaşamaq istəyimi bildim.Mənə qazandığı səbir idi.Onda hər şey var,bəlkə bilmədiyin çox şey.Getikcə o qabağı qaçır qaşdıqca isə bizi daha çox-Təəccübləndirir!!!!!

                                                 Dua!!!!!!!!!!

Hər bir insan,Rahiblərdən başqa bəlkə onlarda dini bayramda kilsə qapısını açanda etdikləri dua sonunda isə özünə arzu edir.Sizcə budurmu dua?!Dua bilmirsiz necə olur.2 vur 2 ay Allah elə elə ki, 4 molmasın cavabda.Bax budur dua!İnsan dediyin sürtülmüş,yonulmuş Allahlardan ne istiyə bilər ki?Yox istısin dua etsin özü kimi olan,özünə dua etsin diləyini diləsin ama ağıl yoxdu bunu özü kimidən istəyirsə onu özüdə edə bilər!

24 Ağustos 2009 Pazartesi

Kafir Namaz Üstündə


Nə qədər istəsəmdə ki, bu alovun tüstüsü içəridə olsun ama hər səfərində soyuq vaxtı axıtdığım tər içimdə alovun olduğunu bildirirdi.Artıq qışqırmalı idim,çünki yüksək tonlu səsim mənim alçalmağımı istəmiyən,sadəcə 1 dəfədən dəliyə çevirən  güc qaynağım  oturub rahat yerində  məndən əmri gözlüyə bilməzdi.Düşünürdüm,bəlkə Ağlamaq!Mənə çıxış yolu axtarıb tək qalmağıma göz yumar,tənhalığımda isə mənim divara etdiyim söhbətləri qulağıma eşitdirərək sayıldığım Allahsız dünyamda Allahımı tapmağa kömək edər.Dəfələrcə inadkar istəyim  özünü mənə göstərmək prinsipi ilə çırpınırdı.Ama hər dəfəsində istəyimə bunun nə qədər mümkünsüzlüyünü anlatmaq,sübut etmək istəsəmdə istəyimin arxasında durmuş böyük bir qüvvə mənidə özünə çəkib təkrar axtarmağıma səbəb olurdu.Axı istəyimin arxasında duran,ona kömək edən inadkar idi.Indiki zamanənin beynində bitmiş bir ağacı kökündən kəsmək olmurdu.Bəli,mən Rocka qulaq asırdım.Bu o musiqidi ki,kiminsə haqqı sənə xoş deyilsə və ya kiminsə haqqı sənin haqqından dəyərlidisə o haqqın sahibi rocka qulaq asırsa bu fəlsəfə yox işivi asant etmək üçün çox yaxşıdı.Ama bu səfər fərqli idi.Haqqımın onlara gələn elçiyə yox deməsi ilə sındırmış olduğu elçilərin qisası  isə belə idi.KAFİRSƏN SƏN!DİNSİZ İMANSIZ!ALLAHA İNAN!ŞETAN İÇLİ ,SİMASI MƏLƏK!Doğurdanda fərqli idi.Bu sözləri mənliyini bilmək istəmədiyim,küçədə qabağında dörd qız getdiyini görüb güclərini sözlərinə salıb yanlarında bizə ilişməklə,hər dəfəsində sonda düz çixmıyan adamlar yox bu səfər mənim Valideyilərim idi.Dinə bilmirdim.Açılan dini dükan atamın,3il qabağ başladığı namaz isə anamın gələcəyi fikirləşmiyən özlərinin dəstəy obyekti idi.Çox sıxırdılar.Evdə məndən başqa qardaşım və bacımda var idi ama hər dəfə mənə verilən sualları cavabsız qomağım,üzlərini görməmək istəyimi açıq bildirib otağımın qapısını örtməyim,məktəbdə isə təzyiq altında qalmış bir insan kimi susmağım istəmədiyim Satanist şübhəsini qara ulud kimi üstümə çəkib qar yağdırırdı.Artıq deyilən sözlərlə varlığına inandığıma,elçilərini və onların əhli-beytini tanıdığlarımı inanıram ya yox  içimdə olan hər şeyi itirməyə başlayırdım.İtirməyimin isə bilməyimə qalib gəlməsinə imkan verə bilməzdim.Buna görə xeyirlə şərin müharibəsində sərhədlərimi bağladım.Ama tək ölkə olmaq içdə qıtlıq yaradırdı.Və 1 gün sərhədimi açmaq qərarına gəldim açılan sərhəd isə xeyirin idi.Ona doğru bağlı heç nəyim olmadı(bu 2007-ci ilin İyulun 17-sin də oldu).Mən bilmərəkdən namaz qıldım.Mənə ilk Allah qəbul etsin sözündən sonra  içimə  məkanını bilmədiyim bir qorxu düşdü.Hərəkətsiz qalmışdım.Allah özü məni tapdı.Yoooxxx ola bilməzdi o qədər vuruşmadan sonra dogurdanmı Allah özü məni tapdı?-fikirlərim və özümə verdiyim suallar isə qorxumun səbəbi idi.Çünki tapılmaq yox tapmaq istəyən məniydim.Ama yenə 1 şey oldu.Ehtiyacını duymadığım,onun tərəfə bir dəfədə olsun baxmadığım şərin sərhədi  açıldı.İnaın mən açmadım.Çox keçməmişdi sərhədi açan məlum oldu.Bu əsirlər boyu özünü dindar sayanların üstündə qırışdığları Əməl açmışdı sərhədi.Öz əməlinin müsbət varlığı olmuyanın məndə mənfi əməlləri sanki səhnədə pis çıxış etmişəm üzümə pomidor yaxan kimi  sifətimə çırpırdı.Buna səbəb isə inamım ilə namazın birlikdə topladığı gcün yetərincə olmaması idi.Öyrəndiyim şeylərdən biri isə bu idi ki, onlar 9ayında doğulan körpanin 6aylığında dünyaya gəlməsi qorxusu yaşıyırdılar.Buna görə sadəcə beynimdən aslı olan ortada vasitəçi rolu oynuyan gözümün hər şeyi görməsini istəmirdilər.Bacara bilmədilər.Lakin 1 həqiqət mənim hələdə Tənhalığım idi!!!!!!!

23 Ağustos 2009 Pazar

NİYƏ????

20 Август 2009 г.

Yuxudan Qalxmış Əzrail



( Haqqında danışılan Fidora Menih )

İçəri zəng vuruldu.Dərs proqramının qutarmasına 2 dərs qalmışdı.Yenə səsli küylü keçən dərslərdən biri,hamı bilən və bilməyəndə müəllimin verdiyi suallara əl qaldırsada orta partada oturan bir şagird isə tamam fərqli hərəkət edirdi.Dərs nə olduğunu bilməyən ətrafında oturan şagirdlərə qəribə baxışlar.Bu 13 yaşlı Fidora Menihdi.Hamı bu oğlanı yaxşı tanıyırdı.Atası 3 il bundan qabaq hər hansı bir qızın ətəyinə yapışıb yoxa çıxan,anası isə xərçəng xəstəsi olan bədbəxt bir uşaq.O, oxumaqdan çox işləməyə üstünlük verirdi.Evlərindən aralı olan meyvə dükanında köməkçi kimi işləyirdi.Onun kimi çarəsiz uşaqlar çox idi.Ama oğurluq bilməyən,haram çörək dadmıyan qazandığı 5-6manatla 1otaqda olan xəstə amasını dolandırmaq ona çox çətin və yorucu idi.Məktəbi ata bilməzdi,çünki vrilən qanuna əsasən ölkədəki bütün uşaqlar təhsil almalı idi.Menih üçün bu günlərdə tətilin başlaması ona yaxşı oldu.Ama nə qədər çox işləsədə dəyişmiyən bir şey maaşı idi.Küçədə kənar gözlərlə alçalmış,söyülmüş,dilənçi geymində olan Menih evə girəndə çöldəki mimikadan əsər-əlamət yox olurdu.Bu başa düşülən idi.Çünki evdə anası var idi.Anasına nə qədərdə xoşbəxt olmasını,sanki özü belə həyatı istəməsini göstərsədə 1şeydə var idi,anasının gözündən heçnə qaçmırdı,yalancı mimikalar,yalancı jestlər,süni üzdü gülüşlər.Anasının qorxduğu tək şey isə oğlunu bu həyatla tək savaşmasına icazə verib həyatdan köçməsi idi.Şərin pis şey olan kimi görsənməsi burdada oldu.1 ay bundan qabaq həkimin anasına qoyduğu 1 ay müddət dolmuşdu.Bunu Menihdə bilirdi buna görə o anasını son bir ayda dünyanın ən xoşbəxt insanı kimi yaşatmağa özünə söz versədə alınmadı.Artıq anasının ölümündən ay yarım keçmişdi ama evdə hər yeri iyi ilə bürüyən meyid həminki yerdə idi.Bu 13 yaşlı uşağın evdə tək olmasının qorxusu idi.Otaqdakı anasının meyidinə isə öz fikrində"onsuz ruhu burda deyil tərpənmiyən cisminin nəyindən qorxum,həmdə bu mənim anamdı burda duranda elədiyim hərəkətləri ona danışıram ama basdıranda bunu edə bilməyəcəm" fikirləri ağıla batmıyan ama inanılmaz idi.O hər günün gəlin öz anasına danışırdı,onun üçün pis olan verdiyi suallarının cavabsız qalamsı idi.Gecə yarıdan keçirdi.Təzəcə yuxuya getmiş Menihin yerində dayanmadan 13 iyul deyə-deyə fırlanması isə qəribə idi.Gördüyü yuxudan yerindən tez qalxan Menih sübhə qədər yatmadı.Görsənir onu nəsə qorxuzurdu.Artıq işə getməyin vaxtı gəlmişdi,o dükanı səhərlər açırdı.Yolda hər gün salam verdiyi insanlara bu gün qəribə baxışlar əvəz edirdi.Birdən zəng gəldi bu dükan sahibinin mobil zəngi idi.2 dəqiqədən sonra sevinci yerə göyə siğmıyan sahibin övladı dünyaya gəlmişdi.bu gəliş isə Menihin maaşının 2 qat artmasına gətirib çıxartdı.Sevinirdi ama öz sevinci deyildi.Axşam.Yenə evdə Menih və ölmüş anasınn sümükləri.Öz gününü danışandan sora yatmağa getdi.....Gecə gün ərzində özünü aydın göstərən havadan hal qalmamışdı..Göydəki buludların bilə bilə bir birlərinə dəyməsi Menihi yatığı yerdən yıxdı.Bu anasız gördüyü ilk şimşəkli axşam idi.Çox qəribədi...Artıq yıxıldığı yerdən 1 saat idi durmamışdı....Çox qəribədi.Bu Menihin gördüyü yuxu idi.Menih ölmüşdü...Gördüyü yuxu isə tufanlı havada onu arxadan kiminsə itələməsi nəticəsində dünyasını dəyişir.Bəlkə onu kimsə itələdi???Qəribə bir şeydə var idi öldüyü gün iyul ayının 13-ü idi.

Bu hekayəmi 2004-cü ildə N.Nərimanovda yaşıyan və gördüyü yuxu nəticəsində ölən 13 yaşlı Vüsala həsr olunub.

Ярлыки:

18 Август 2009 г.

1 Suala 1 Ölüm

Yenə evdə qışqırığ səsləri.Neynirəm pulu,neynirəm aldığın maşını?Sənin fikrində ancaq evi dolandırmaqdı.Ama ona çörəkdən yeməkdən önəmli şeylərdə var.Bir dəfə də olsun onunla maraqlanmamısan.Fikir vermirsən ama oğlun gündən günə zəifliyir çəkib qırağa soruşmursan ki, danış görüm nəyin var niyə beləsən?nə fikirləşirsən?Soruşsam guya nə olacaq ki hə?Onda nəsə dəyişəcək?Onda qabağı atacaq addım olsaydı bu sualı ona 3 il 4 il bundan qabaq verərdim.Ama o yenə eyni zibildi.

Burda isə danışan Mənəm.Mənə görə başladı həmişəki söhbət.Yenə məni həmişəki kimi danlayırdılar.Mən isə həmişəki kimi Günəşi qısqanclığından üzünü göstərmiyən bulud kimi pəncərəni mənə göstərmiyən qara pərdəli qaranlıq otağıma qaçıb, 4 küncdən birini seçib əllərimi qulağıma aparırdım.Pərdə qara deyildi sadəcə həyat mənim gözümdə qara idi,qara görsənirdi.Hər dedikləri cümlələr də qulağımın pərdəsini deşən sözlərə tap gətirmiyb özümü dəniz qırağına atırdım.Hər kəsin burda kimin sevgilisindən ayrıldığını,kimin söyüldüyünü görüb ordan da qaçırdım bu səfər isə başqa yerə.Çünki gedəcəyim yerdə tək olmuyacağımı bilirdim və məni gözlüyən olduğunu da bilirdim.Bu nə sevgilim nə də qardaşım idi.Ordakı mənim dostum idi.O dost ki, dost sözündə ki, 4 hərifədə əməl edən insan.Biz ikimizdə eyni insan idik.Fərqimiz isə fərqli ailədə doğulmağımız idi.Bəlkə də belə olmağı daha da yaxşıydı.Çünki eyni ailədə olsaydıq qardaş sayılardıq.Bunu isə təsəvvür etmək istəmirdim.Bizi dost tanışlıq yox dərdlərimiz elədi.Fərqimiz ailə ilə tək deyil hamıdan da idi.Biz hər dost kimi yeri tapılmayan zarafat etmirdik,sadəcə adını bildiyimiz ata adını ortalığa qoyub gülüş obyektinə çevirmirdik.Özümdə tapılmayan suallara cavab tapmaq üçün ona verirdim.O da mənə.Bununla da biz saymasaqda etdiyimiz söhbətlər günlərimizi sayırdı.Yenə həmişəki eyni günlərdən biri ama fərqli olan suallar idi.Bir gün dostuma verdiyim suallardan biri"Dostum sənə həyatda ən yaxın kimdi?"və sonuncusuydu.Nəyə görə sonuncu?Çünki yenə hər günüm eyni idi və eyni olan başqa bir şeydə varıydı.Bu özümə verdiyim suallarıydı.Artıq görüşdüyümüz yerdə tək olurdum.Bəlkə özünə başqa bir yer tapıb? fikirləşirdim.Fikirlər isə məni öldürürdü.Mənimsə heç ağlıma gəlməzdi ki,axrıncı verdiyim sual ona belə pis təsir edəcək və onun yolu yaşıl işıqda keçməsinə və heç vaxt da düşünmək istəmədiyim dostumun ölümünə gətirib çıxardacaq.Ağlamadım.Və sonda bir şey.Bilmiyə-bilmiyə sualın cavabını orta sətirlərdə yazmışam.Üstündən 2 ildə keçməsinə baxmayaraq cavabı indi tapdım.Ama artıq cavabı tapmağım GEC İDİ...

Ярлыки:

16 Август 2009 г.

NİYƏ????


Niyə salam? Hələ insanam onu göstərmək üçün

niyə sağol? Bir insanın o birinden bezməməsi üçün

niyə ev? Gecə küçələrin boş qalması üçün

niyə küçə,niyə məhlə? Panyatqasızlığımızı göstərmək üçün

niyə marşut? Telefonumun yeni zəngini göstərmək üçün

niyə metro? Bluetoothumun işləməsini yoxlamaq üçün

niyə MƏSCİD? Peyğəmbərimiz Məhəmməddi(s.ə.s)sübut üçün

niyə Dəstəmaz? Onsuz mundarsan bildirmək üçün

niyə xarici maşın? Pulumu ölçmək üçün

niyə 3 mərtəbə villa? Qarnımın yekəliyini göstərmək üçün

niyə polis? Havaya pulumu atmaq üçün

niyə bar? Arada tərbiyəmizi pozmaq üçün

niyə kafe? Evdə çay dəmlənmiyib bildirmək üçün

niyə restoran? Pulum aşıb daşır zibil qabıda yer olmadığı üçün

niyə hər marşutda 1 nömrə? Adamların azması üçün

niyə kənd? Qohum neynirəm pulsuz istirahətim üçün

niyə qohum? Sənə hədiyə alan olması üçün

niyə dəniz? Protein atmışam qızlara sübut üçün

niyə gəmi? Gələcəyimizi mənimsəmək üçün

niyə mahnı? 13 günlük konsert yola vermək üçün

niyə RAP,niyə ROCK? Cəmiyyəti gecə yarısı yuxudan durquzmaq üçün

niyə H.O.S.T? Dərsimizin boş keçməməsi üçün

Niyə Sagopa Kajmer? Düşüncəsizliyivi sübut etmək üçün

Niyə Sagom? Sadece atam olduğu üçün

Niyə host? Söz atanların boş oturmaması üçün

Niyə əsgərlik? Onsuz səni kişi saymirlar utanmağın üçün(vaaaaay :)

Niyə bayraq? Olmuyan mütəqilliyimizi gözümüzə soxmaq üçün(vay gözüm çıxdı :)

Niyə M.Rəsulzadə? S.Vurğunun 1 medalı çatmır onu söyməsi üçün

Niyə Prezident? Yaltaqları saymaq üçün

niyə Milli Məclis? Uşağımda 07 di dəyişdirmək üçün

niyə qanunlar? Nazirlərin döyülməməsi üçün

Niyə cinayət? Səbir kasası dolduğu üçün

niyə Tv-lər? Gözümüzün üstündə oturmaq üçün

Niyə jurnalist?1-inin mənə əl atması üçün

Niyə kanallar? Oxuyanlar xalqa dava öyrətməsi üçün

Niyə tüpürcək? Padoşların ona ehtiyac duyması üçün

Niyə Partiyalar? Seçkilərdə polislərə gücümüzü göstərmək üçün

Niyə qəzet? Aranı qızışdırmaq üçün

Niyə qonşular? Binada tək yaşamamaq üçün

Niyə KANKAM? Eminin iki canı var sübut üçün

Niyə Aynur niyə Emin? Hər kəsdən fərqləndiyimiz üçün

Niyə Ziya? Ziyalı sözünnən"lı"nı atdığım üçün

Niyə uzun saç? Qısa saçların güc obyekti olduğu üçün

Niyə qumar? Şeytanın varlığını göstərmək üçün

Niyə Gamelər? Gözlərimin açki ilə dostluğu üçün

Niyə sürət? Polisin uşağına paltar alması üçün

Niyə qəpiklər? Cinayətə səbəb olması üçün

Niyə spirtli içkilər? Uşaq dərdi olmaması üçün

Niyə siqaret? Kəşf edənin oğlu ölüb,qalanlardan qisas alması üçün

Niyə Enşteyn? 1 kəşfdə ömrü boyu söyüş qazanması üçün

Niyə gothiclər? Sadecə mən olduğum üçün

Niyə sevgi? Göndərdiyim sms.in obyekti olması üçün

Niyə ağlamaq? Göz yaşlarıvın hava alması üçün

Niyə geyimlər? Dilənciyə forsuvu göstərmək üçün

Niyə şəhərlər? 1 kəndçiyə yuxardan baxmaq üçün

Niyə insanlar? Olmadığın şeyi öyrənmən üçün

Niyə Mən kimilər? Sizlərə ağıl vermək üçün

Niyə hər şey? 2 sözlə dünyada nə varsa qutarmaq üçün

Niyə və.s-lər? Yaza bilərəm ama dayanmağım üçün