THOUSANDS OF FREE BLOGGER TEMPLATES

8 Kasım 2009 Pazar

ÖLÜ DOĞULUR KÖRPƏLƏR!


Bu səfər göz yaşı yox əsəbim yazdırır,
Sinirlərim öldürüb torpağa, acizliyimi basdırır.
Nə qədər gedəcək bu dünyadan
Ancaq mənim yaşıdlarım
Müharibələrdən nəticə, dərs yox
Qalır bizə baş daşları
Qorxmaz olan Günəşidə
Güllələrin səsi qorxuzur.
Hər gün ac olan torpağın mədəsinidə
Uşaq meyidləri doyuzdurur.
Bu gün iş adı ilə guya ata
Xanımın dalıyca qaçır
Orda isə hər gün ata
Ölmüş oğluna qəbirlər qazır.
Sevmirəm, deyəndə mənə
Hərənin bir qisməti, bir taleyi
Burda sən kef, şiş iyləyirsən
Ordakılar yalnız mərhum iyi.
Qurban verməkdən bezmiş ana
Ölü doğuzdurur körpələrini.
Heç kəs, heç kim, Allah belə
Eşitmir onların bağırtı, nalələrini
Mənim Tanrım, Mənim Allahım
Hanı sənin qüdrətin?
Hanı sənin mərhəmətin?
Həəə?!
Ver mənə Yupiteri, ver mənə Kainatı,
İstəmirəm Yeri, istəmirəm Marsı
İstəmirəm həyatı olan zibilə qalmış bu dünyanı.
Arzumda da yoxdu hər bir oğlan kimi,
Hər dəfə bir qız sevib, bir qız öpmək.
Fikrimdədir Qarabağda yooox,
Fələstində, İraqda, Bağdadda Ölmək.
Çünki bizlərə 100 faizdə çox gəldi,
Nəyimizə lazımdı artıq qalıb,
Alın bu 20 faizi, 80 faizdə bizə kifayətdi.
Axmaq ayaq altılar
Özlərinin yox bizim belimizi tapdalatdılar.
Valideyinlərdə oğlunun başını oyuncaqla qatdılar,
Hər bir paltarını bir dollara satdılar.
Niyə axı hə niyə?
Niyə sevgivi bütöv bir oğlana verirsən?
Niyə sevgivin bir hissəsini bir qıza verirsən?
Heç kəsin fikrində bir yetim belə yoxdu
Ölən sevgilərə isə onların ehtiyacları çoxdu.
Atılmış körpələri, tənha yetimləri,
Bir kərədə olsun belə düşünmürlər,
Heç kəs onlara
İsti qucaq dolusu sevgidə vermirlər.
Mənim yaşıdlarımın, mənim tay-tuşlarımın,
Fikirlərində gününü necə keçirməkdi,
Yazıqlarınsa işi hər gün, ana yolunu gözləməkdi.
Deyirsiz bir oğlan bir qız olsaydı,
Onu necədə çox sevərdim
Yetimsə deyir"Atam olsaydı onun,
Üzündən yox, ayaqlarından öpərdim".
Oxuyursuz hər dəfə mənə qiymət verirsiz,
Əladı, halaldı Emin düz fikirdi deyirsiz.
Axı nə olsun?hə?
Onsuz bu sözlərimin hamısını,
Beş gündən sonra yenə yaddan silirsiz.
Bezmədim söyüş yeyib kimlərisə alçaltmaqdan,
Bezmədim ölüb yenidən dirilməkdən,
Bezmədim heç vaxt,
Angreifenin tərəfini saxlamaqdan.
Bezdim çoban olub qoyunları otarmaqdan,
Bezdim müəllim olub insan dərsi keçməkdən.
Mən fəlsəfə, Angreifen həyat dərsi deməkdən
İndi isə üzümə duran şagirdlərim,
Ağam olublar guya mənim.
Qarınlarını piy basmış axmaq Ayılar
Çıxın mağaradan,
Qalxın qış yuxusundan,
Enin dağ başından.
Bəsdirin qudurduz,quduzlaşan it kimi
Arxamdan ayaqlarımı qazırsız
Yaltaq ermənilər kimi.
Bu yaşda İşə güclərinə bax sən
Hər saniyədə bir uşaq öldükcə
13 canımdan Allah birini alır,
Dünyada uşaqlar azad olmadıqca,
Başımın üstündə qara buludlar qalır.
Eşidilmir artıq qışqırığ, nəriltilər
Çünki bilin
Ölü Doğulur Körpələr...!!!



Bundan sonra yazacaqlarımı ancaq bu adla yazacam və mənidə bu adla çağırsaz yaxşı olardı



Muamma...!

0 yorum: