THOUSANDS OF FREE BLOGGER TEMPLATES

17 Nisan 2011 Pazar

www.hamibiryerde.blogspot.com

26 Mart 2011 Cumartesi

Gözlərin kor olsun gərək!


Sən ey qayanayan ruhun düşkünü,
Şüurlu məməli heyvan
Verdiyin qiymətdən,hörmətdən
Daxilə pay düşdümü görəsən?
Hardan düşsün ki?!
Hardan biləsən ki?!
Qoluvun altında boynu oynaşan məşuqənin,
Zahirindən başqa nəyi var ki?!
Həyatında keçsin gözüvün önündən,
Cildə istədiyini verdiyin an,
Ayılıb,bilib görəsən gərək.
Görməmək üçün etdiyin hər naxələflik,
Gözlərin kor olsun gərək!

Ancaq para xülyasıyla yaşayar o,
Ancaq ətir qoxusuna gələr o,
Bir kağıza,bir gecəyə tanımaz səni o.
Budurmu alacağın ondakı həzz?
Budurmu sənə aldanan qəlblərin fəthi?
“Ah”lardan lərzəyə gələn qulağların,
Ona verdiyin,oğluvun xərci,
Neçə il ala bilmədiyin ayaqqabının,
Üzününü nuraniləşdirən karuselin,
Qarnını doyuzduran pulu olsun gərək.
Görməmək üçün etdiyin hər naxələflik,
Gözlərin kor olsun gərək!

Sizə sıx gələn,səni sürüyüb daxmava çatdıran,
Tanımadığın yol insaflıları.
Oğluvu səndən məhrum etdiyin sən,
Qadınıva dərd verən mimikanla,
Hansı cildlə bir yastığa baş qoya bilirsən?!
Üzünü divara tutduğu an,
Vulqarla axır gözlərindəki yaş.
Sabah dözmür,elə yerindəcə,
Bir əlində çanta,bir əlində bəlası,
Ata evinə getməməyə səbəi olsun gərək.
Görməmək üçün etdiyin hər naxələflik,
Gözlərin kor olsun gərək!

Qal tək başına sən,
Qal dörd divarın ovucunda sən,
Peşmana üst tutub
Qapılara,xatirələrə qonaq gedin.
Marağsızlaşan axrıncı yataq hərəkəti həsrəti,
Rədd edib sürün dizin-dizin.
Yoxluq alçaldıb,yerə soxsun səni,
Bəlkə də,intihara sövq etsin səni,
Az eşitdiyin,doya bilmədiyin,
Gəlmiyən uşağıvın səsi gərək.
Görməmək üçün etdiyin hər naxələflik,
Gözlərin kor olsun gərək!

22 Mart 2011 Salı

Insan Mövqeyi

FORMALAŞMIŞ İNSAN NÖVLƏRİ VAR, BUNLARI BİLSƏZ DƏ, BİLMƏSƏZ DƏ YAZACAM: BİRİNCİ"ATA, ANASINI SEVƏN ANCAQ ÖZ AVARAÇILIĞI İLƏ ONLARI POLİS AYAĞINA SALANLAR, AFTORİTET DŞÜNCƏSİ İLƏ YAŞIYANLAR,XARİCDƏKİ İNKİŞAFI ONLARA QARŞI OLDUĞUNU DÜŞÜNƏNLƏR, ALLAHI SEVƏN, ANCAQ İÇKİYLƏ MƏŞĞUL OLANLAR, ALLAHI SEVƏNLƏR,ONA BAĞLI OLUB BAŞQA DİNLƏRƏ QARŞI OLANLAR,DƏRS KİTABLARINDAN BAŞQA ƏLAVƏ KİTABLAR OXUMUYANLAR, SERİAL XƏSTƏLƏRİ,QIZ FIRLATMAQ XƏSTƏLƏRİ, SÖZDƏ BÖYÜK DANIŞAN,AMMA MARŞUTDA BÖYÜKLƏRƏ YOL VERMİYƏNLƏR,YAXUD VERƏNLƏR,KƏNDİN İZTİRABLARINDAN BEZİB ORALARDAN QAÇANLAR,O İZTİRABLARI ÇKMƏYİB,ONLARIN KƏNDDƏN QAÇMAĞLARINI QINIYANLAR,ƏQLİ İNKİŞAFDAN GERİ QALANLAR,VƏTƏN DÜŞKÜNÜ OLANLAR,QƏHRAM OLMAQ ARZUSU İLƏ YAŞIYANLAR, VARLILAR,KASIBLAR,GƏLƏCƏKDƏ YÜKSƏK YER TUTMASI ÜÇÜN DÖVLƏT TƏŞKİLATLARINA QOŞULANLAR,MÜXALİFƏTÇİLƏR,İQTİDARÇILAR,VAHABİLƏR,SÜNİLƏR,ŞİƏLƏR,ORTA CİNSLİLƏR, YÜNGÜL QIZLAR,YOLDA MİNİ GEYƏN QIZ GÖRƏNDƏ HAQQINDA HƏR CÜR FİKİRLƏŞƏN OĞLANLAR,ĞZÜNÜ SEVƏN OĞLAN VƏ QIZLAR, ANCAQ ÖZÜNÜ TƏRİFLƏYƏN ADAMLAR,EFİRLƏRDƏ YALTAQ YÖNLÜLƏR,AD ALMAQ ÜÇÜN PREZİDENTƏ HƏR CÜR TƏRİF YAĞDIRANLAR,ÜZ QARASILAR,GLAMURLAR,BREND XƏSTƏLƏRİ,RAYON TOY DİŞOVKALARI,ŞƏHƏR TOY SƏVİYYƏSİZLƏRİ,BİNANIN KÜNC XƏSTƏLƏRİ,NARKOMANLAR,SƏRXOŞLAR,KİTAB OXUYANLAR,MAŞIN XƏSTƏLƏRİ,BANKA BORCU OLANLAR,İNSİTİTUTDA OXUYAN SAVADLI TƏLƏBƏLƏR VƏ ELƏ-BELƏ DƏRSƏ GEDƏN TƏLƏBƏLƏR,METRODA QIZ TUTANLAR,MİNİ GEYİB QIÇLARININ ÜSTÜNƏ HEÇ KİM GÖRMƏSİN DEYƏ SUMKALARINI QOYANLAR,MİNİSTERLƏR,DİKTATORİSTLƏR,PESSİMİSTLƏR,POZİTİVLƏR,NEGATİVLƏR,KÖVRƏKLƏR,BALIQ TUTANLAR,KAPİTANLAR,HƏRBİ ÇASTIN İÇƏRİSİNDƏKİLƏR,HƏKİMLƏR,RUHİ XƏSTƏLƏR,XƏRÇƏNG XƏSTƏLƏRİ,DƏLİLƏR,ŞÜURSUZLAR,GƏZMƏK XƏSTƏLƏRİ,GÜNDƏ QƏZET OXUYANLAR,SƏYAHƏTÇİLƏR,EVLƏNƏNLƏR,FAYİŞƏLƏR,MƏKTƏBLİLƏR,RAPERLƏR,ROCKERLƏR,ROCK VƏ RAP QRUPLARI,XAOSÇULAR,FANATLAR,ROMANTİKLƏR,AĞILLILAR,ÖZÜNÜ DƏRK ETMİŞLƏR,PROFESORLAR,RÜŞVƏTXORLAR,REKTORLAR,SATICILAR,SATQINLAR....HANSINDANSIZ?

20 Mart 2011 Pazar

Nə Bayram e?


NOVRUZ GƏLDİSƏ DEMƏK AZTV DÜŞDÜ ORTALIĞA, "XALQIMIZ MİLLİ ADƏT-ƏNƏNƏLƏRİNİ YAŞADIR, BUNUN ÜÇÜN UCAR, GÖYGÖL RAYONUNDA BAYRAMLA BAĞLI TƏDBİRLƏR KEÇİRİLİR VƏ RAYONUN, ŞƏHƏRİN İCRA HAKİMİ BU GÜN MİLLİTERASİTLİYİN QORUNMASINDA ÖZ ÖLKƏ BAŞÇISINA BÖYÜK TƏŞƏKKÜR EDİR VƏ ÖLKƏ BAŞÇISIN UĞURLU SİYASƏTİ NƏTİCƏSİNDƏ XALQIMIZ BU GÜN FİRƏVAN HƏYAT SÜRÜR", HƏLƏ BELƏ GÖZ BAĞLAYICI SÖZ ÇOX EŞİDƏSSİZ,HƏLƏ ATILIB-DÜŞÜLƏNLƏRİN "İNŞALLAH GƏLƏN İL BU BAYRAMI QARABAĞDA KEÇİRƏRİK" CÜMLƏLƏRİNDƏ ÇOX DİNLİYƏCƏKSİZ,KANALLARDA ASTARLARI ÇOX GÖRƏCƏKSİZ VƏ İYRƏNƏCƏKSİZ.SONRA DEYİLLƏR NƏYƏ VƏ NİYƏ DEYİNİRSƏN?BAYRAM GƏLDİSƏ CİBƏGİRLƏRİN İŞİ YAXŞI GEDƏCƏK,BAYRAM GƏLDİSƏ YALAN VƏDLƏR ARTACAQ, BAYRAM GƏLDİSƏ SƏNİ SAYMIYAM QOHUMLARIN XALA-XƏTRİ QALMASIN DEYƏ BAYRAMIVI TƏBRİK ETMƏLƏRİ GƏLDİ,EFRİMİZİ SOLDURAN MÜĞƏNNİLƏRİN ŞİT, BAYAĞI MAHNILARI GƏLDİ, YAZIRAM BUNLARI VƏ BİLİRƏM Kİ, DEDİKLƏRİMİDƏ BİLİRSİZ,AMMA GÖSTƏRDİYİVİZ TƏƏSSÜRATLARIN ONLARINKINDAN FƏRQİ YOXDU.YOX BİR BAYRAM NƏ BAYRAM E?

10 Mart 2011 Perşembe

5-inci Sevgilimə!


"DƏRDİM VAR İDİ, GƏLDİN HAKİM OLDUN,
HƏM MƏNƏ, HƏM DƏ RUHUMA,
DƏRDİM VAR İDİ, GƏLDİN HAKİM OLDUN,
HƏM SAHİLİMƏ, HƏM DƏ DALĞAMA.
DƏRDİM VAR İDİ, GƏLDİN MƏLƏK OLDUN,
SAHİBSİZ QALMIŞ QANADLARIMA"
SÖZLƏRİMLƏ İNANDIRSAMDA SƏNİ ÖZÜMƏ,
PULUVU YEYİB BAXMADIM SÖZÜVƏ.
HEÇNƏ ƏVVƏL Kİ, KİMİ DEYİL,
BƏLKƏ MƏN KÖHNƏLDİM?
BƏLKƏ DƏ, SƏN TƏZƏLƏNDİN?!
HƏR ŞEYİ ÖYRƏTDİM SƏNƏ
BİLƏNDƏN SONRA İYRƏNDİN MƏNDƏN
SIXILIRDIN İNDİ İLK AĞLADIĞIN
ŞEİRLƏRİMİ BİR DAHA OXUYANDA
MARAQSLIZ İDİ İNDİ SƏNƏ
HƏVƏSLƏ ÇƏKDİRDİYİMİZ ŞƏKİLLƏRƏ BAXANDA
TƏLƏSMİRİK ƏVVƏL Kİ, TƏK İNDİ
SƏHƏR İLK KİM SMS YAZACAQ
BURAXDIQ ÖZ BAŞINA BİR-BİRİMİZİ
FİKİRDƏYİK AYRILIQ ADDIMINI KİM ATACAQ
TUTDUN MƏNİ RƏFQƏNLƏ DANIŞANDA
MUNDARLIĞIMI BİLDİN
BACINLA SEVGİDƏ DANIŞANDA
GÖZLƏR YORULUB SEVGİDƏN
QÜRURLA QURULMUŞ MÜCƏRRƏDDƏN
AĞRI VERMİR DAHA SƏNSİZLİK MƏNƏ
6-ıncı SEVGİLİMLƏ QURDUĞUM MÜNASİBƏTDƏ.
QISQANMA ONSUZ
ONDA DA ÇOX QALAN DEYİLƏM
BU OLACAQ SONSUZ
ÜRƏYİMİ HEÇ KƏSƏ VERMƏRƏM
BEZSƏM SÖZ SƏNƏ
DÖNÜB BAXMIYACAM GERİ
QALXACAM YEDDİNCİSİNƏ

26 Şubat 2011 Cumartesi

Süni Hörmət!(Xocalı soyqırıı haqda)

Bu millətdən heç baş açmaq olmur vallah.Millət matəm yaşayır, çox üzücü, amma bu kədərləridə özləri kimi süni kədərlərdi.Efirlərə xocalı günü qərar verilir xocalı haqda, ancaq xocalı haqda verlişlər hazırlasınlar, ancaq xocalı sakinlərini qonaq etsinlər, ancaq xocalı, xocalı.Efirlərdə danışan diktator ilk "xocalı soyqırımını unutmayaq" deyir.Səhəri gün onun verlişində şou biznesin "şou pidrları" gələcək planlarından danışır.Dünən ki, Xocalı soyqırımı günündə ki, kədəri foks olub gülüşə çevrilir.Xocalı haqda veriliş aparan aparıcı kamera arxasında "Xocalı qaçqının" yanında iyrəndiyindən oturmur.Azərbaycanın nə böyük dırnaq arası "kədəri" varıymış.Verilişi aparan aparıcı verilişin başlamağına qalmış son dəqiqələrdə Xocalıda ölmüşlər,itkin düşmüşlər və sağ qalanlar haqqında statiskanı öyrənir, oda verlişi üçün.Sözüm tək onlara deyil, sözüm bunları götürən hər kəsədir.Çox marağlısı odur ki, bunları, kimin süni, kimin doğrun olduğunu bilənlər çoxdur, lakin gördüklərinə elə yanaşırlar ki, heçnədən xəbərləri olmuyan manqurtlar kimi.Tək Xocalı soyqırımı günündən getmir söhbət.Təsəvvür edin 19 yanvarın səhərisi gün Şəhidlər Xiyabanında sevgilisiylə min hoqqadan çıxan 20 yanvar günü Şəhidlərə gül qoyur, 21 yanvar təzədən eyni yerdə yenə həmin hoqqalardan çıxır.Məhəmməd Əmin Rəsulzadənin nə etdikləri haqqında anlayışları olmuyan gənclər onun ad günündə özlərini müxalifətçi qızlara göstərmək üçün profillərinə Rəsulzadənin şəkilini qoyurlar.Bu söhbətimə əsasən facebookdakı adamlar səbəb oldu.Adi yaşadığları günlərdə Xocalı haqda heçnə ilə marağlanmıyan,adi günlərdə kimlərəsə şərh yazanda profillərinə Xocalı haqda şəkil qoymuyanlar bir gündə necə çevrilə bilir?!Mənə elə gəlir adi günlərdə belə şeyləri yada salmıyanlar həmin gün gəlibdə yada salırsa orda ölənlərə daha çox hörmətsizlik edirlər.Bir şeyidə içdən edin, ona buna görə etmiyin!

7 Şubat 2011 Pazartesi

Kitab və Qəzetlərə nifrət edənlər üçün!

Mənimlə təzə tanış olanlara qabağcadan qeyd edim ki, mən yazılarımı bir çox tanımadığım insanlarla söhbətimdən sonra yazıram.Mənədə çox yaxından marağlıydı son gündəmin əsas problemlərindən olan bu kəslərin niyə mütaliyələrini artırmaq yox,serial bazası toplamağlarına həvəsləri var?!Həyətə düşüb ilk kim qarşıma çıxsa onunla bu haqda söhbət edəcəyimi dedim.Qəsəbəmizin balaca olmasına baxmayaraq çayxanası çoxdu.Bizim evdən bir az aralıda olsada, onun yanına çatana qədər heç kimə rast gəlməmişdim.Bilmirəm bu soyuqlarla əlaqəli idi ya nəsə ama nənəmgilin qonşusu yaşlı adama rast gələnə qədər heçkimi görmədim.O, çayxananın qabağında boş skamekada oturmuşdu.Yaxınlaşıb necəsiz sözümdən sonra "dayı otura bilərəm?"-soruşdum.Bir az istinadla baxmasına baxmayaraq tanış gəldiyim üçün olar cavabını aldım.Məndən kimin nəvəsi olduğumu soruşdu?-Ocaqqulu dedim.Babamın necə yaxşı adam olması haqda danışmağa başlamışdı ki, sözünü kəsdim...
- Dayı sizdən söz soruşmaq istəyirəm olarda yəqin?
- Hə...
- Dayı niyə urda boş oturub, yaşıdlarınızın yığışıb nərd oynamağıvızı gözləyənə qədər qəzet oxumursuz?
- Bilirsən oğlum əvvəl sovet vaxtı(bunu demişdiki ürəyimdən ay bu soveti yaradanında mən...keçdi, çünki yəni hər o dövrü görmüş bəhanə olaraq "sovet vaxtı" sözündən istifadə etməliydidə???) zdaniyalara post qutuları qoyulurdu, ora həm kimə məktub gəlirsə məktub, həm də gündəlik qəzet tulluyardılar.İndi bala elə də imkanım yoxdu ki, qəzet almağa , həm də pensiyaner adamam...
- Axı dayı imkanınız yoxdusa sizi mən həmişə bu çayxananın yanından keçəndə görəm, kişini zarafata tutub "diyəsən burda yaşlılara endirim var" demişdim ki, dayı ciddi sifət aldı.Hər kəsin yalandanda olsa dedikləri "bu qocaların üzündən nuranilik yağır" cümləsi heçdə keçərli deyildi.Dayı əməlli başdı 100-dən çox adam öldürən manyaka oxşayırdı.
- Məni məzəyə tutursan?
- Yox dayı almahaqqı yox, yəni dimək istəyirəm ki, bu çayın qiyməti bir manat qəzet 40 qəpik, inanın arvad qiybətindənsə o qəzeti oxuyub çox şey qazanarsız, həmdə o biri dünyaya gedəndə məlumatlı olarsız:)...
- Bilirsən oğlum indi gələcək sizin əlinizdədir, mən yaşadığımı yaşamışam o qəzet, kitab siz gənclərə lazımdı.
- Vallah dayı bu gənclərə iki anlayış lazımdı, oğlanlara sexsizim, qızlarada glamurizim lazımdı.Şəhərdə 15 yaşdı qız çətin taparsız dayı, hamısı kasmetik şpaplyovka partiyasının fəal üzvlərindəndir, kənddə isə 15 yaşlı qızın evdə qalmasına pis baxırlar, çünki indi onun ən azından 4 uşağı olmalıydı.Oğlanlara gəlincə danışılası deyil.Ora baxın binanın küncünə yığışıblar, dayı deyim sizə onlar nə edəcəklər?Bax, axrıncı adam gələndən sonra birinin dünən maşınla macəralarından danışacaq, sonra biri çayxanaya getməyi təklif edəcək.Hamıda razılaşacaq,çayxanaya gedib neçə qızla danışdıqlarından birdə hansı qızla yatmaq istədiklərindən danışacağlar.Dayı indi sizdə "mən yaşadığımı yaşamışam" deyirsiz, indi neyləyək? fələyi gözləyək gəlsin aparsın?Əslində dayı hər kəs yaadığını yaşayıb.Məsələn, siz 74 yaşınacan yaşamısız və bundan sonrakı illəri addımlayanda yaşadığımı yaşadım deyirsiz, ama heç kəs ölümün onu nəvaxt aparacağını bilmir, buna görə 10 yaşdı uşağda 10 yaşında ölsə oda 10 yaşınacan yaşadığını yaşamış sayılacaq.Həyat budur sizcə?...
- Necə oğlum?
- Heç dayı( dayıya diyəsən fəlsəfə ağır gəlmişdi)...sözümü kəsib...
- Yox oğlum daha gözdə əvvəlki deyil
- Ay dayı, siz deyəsən məni gənc bilib "lox" bilirsiz, necə yəni göz əvvəlki göz deyil?Zəri atanda, bankamatdan pensiya əksik çıxanda onu yaxşı görürsüz, oxumağa gözüvüz heçnə görmür?
Təmiz özümdən çıxdım, nə bu dayı oxuyan idi, nədə mən ona göz açdıra biləcəkdim, məni əsəbi edən a kişi oxumaq istəmirsən bir dəfəlik de istəmirəmdə daha bəhanələr niyə?!Hansısa birinin ağzından Hüsnü Mübarək eşidib bu gün ki, çayxananın söhbətin təməlin qoyacağlar,sabahsı gün qocalar üçün park açan adamın necə böyük olmasından beləcə cürüyəcəklər, demək olar ki, çürüyüblərdə.Qocalardakı qırışlar iki fikri xarakterizə edir:
1) Bu qoca həqiqətəndə zəhmət çəkən insan olub
2) Bu qoca getdikcə cürüyür, qıırışlarda sübut.
Doğurdan da yaxşı deyiblər, adam 3 mərhələdən ikisində uşaq olur, bir uşaq vaxtı uşaq birdə qoca vaxtı uşaq.
Nəsi çox yormuyub özümü sağollaşdım, elə yaxınlığda dayanacağa gəlmişdim ki, bir adam da tapım söhbət edim, ama qarşıma tanış qız çıxdı.Bir az şablonlaşandan sonra onunla gedəcəyi yerə kimi getməyə başladım.Yer yaxın olduğundan elə məni marağlandıran məsələyə keçdim:
- K kitabla, qəzetlərlə aran necə?
- Belə də...
- Necə?
- Kitabla pisdə deyil güclüdə deyil, ama qəzetə qalanda allah səni güldürsün, qəzet nədi?qoca adamam sənin üçün?
- Başa düşmədim, qəzetin harasında yazılıb bu qəzetlər yalnız 52 yaşdan yuxarı adamlar üçündür?
- Yoxee neynirəm siyasəti?Həmdə onu qocaların çox oxuduğunu görmüşəm onun üçün.
- K vallah heç qocalarda oxumur.Siyasət deyəndəki, həyat bildiyin sevgi, məhəbbət, padruqavın sevgilisinə xəyanətindən, hər dəqiqə çıxan serialdan ibarət deyil.Sevgilin var?
- Nolub ki?
- Gəl sənə bir sirr verim.Əsrlərin sınağıdır ki, çoxlu kitab oxuyan hər cür insanı tanıyır, məncə u gələcəkdə sənin üçün daha yaxşı vasitədir.Hə çatdıq.
- Eh, yaxşı sağol.
Bugünlük təcrübə bəsdir.Əslində bu qədər çənə, əl yormağıma bir təsəlli verim.Bu "İrəli" gənclər birliyinə deputat olmaq arzusuyla qatılan gənclərin, övladlarından cavan görsənən anaların bu kimi bir çoxlarının kitab oxumaması məncə daha yaxşıdır, çünki qoy "KİTAB, QƏZETLƏRDƏ" öz laiqli yarını tapıb onunla dil tapıb xoşbəxt olsun... :)

2 Şubat 2011 Çarşamba

Kafe

bura bir kafedir.iceriye gelib gedirler.iceride curbecur insanlar var ve iki uwaq var stolun yaninda qatar qatar oynuyullar.uwaqlar oyunu oynamaq istemiller ama buna mecburdular cunki soz veribler oynamalidirlar,maraqda tapmirlar ama yenede oynayillar.heyatda bu kafe kmidir.kmi gelib gedir,kmi oz iwi kmide o uwaqlar kmi oynuyan bizi kmi gunleri eyni iw ev/ev iw.sanki ozumuzu o oyunu oynamaga mecbur etmiwik,o uwaqlar hec etrafa baxmirlar,bzi kmi heckim marag vermir bize,sonra kafenin yesi yerde oturub oynamaga qoymur,ve uwaqlar kmi bizde birce toxunuwla deiwe bilerik buna son qoya bilerik,uwaqlar mudirin eliyle oyuna son qoyduglari kmi.kmiside bawa duwe biler ki mudir o uwaqlardan her sahesinde ustunde ve her guclude istediyni eliyir,kimse die bilerki indi her wey gucle bagli deil esas urek esas irade men bunlri deyeni zavalli sayiram,pul bize guc kmidir indi onla her weyde etmek olar,bunla bunun leyhine oldugumuda demirem!indi her sahe mene yad kmi gelir,kafeye baw qatmaq ucun qumar oyunu saldilar buda baw qatmaq ucun,bu qumar indi bzim heyatimizda Dindir.her insan bu haqda istediyi kmi duwnur,qumari oynuyanlardan biri pis adamdi o birisi yaxwi,hamisi yaxwi adamin gelmesini isteyir,dindeki kmi xeyrin qalb gelmesini istyenler kmi.ama hec kim fkirlewmyib nie insanlarin ekseriyyeti xeyrin qalib gelmesini isteyir?qoy men deim,cunki xeyr deirki meni qalib elesez size gozel yawayiw,coxlu pul cennet bagi verecem,ama wer deirki nie sizi aldadimki?men hecne vermiyecem,meni kmi ezab cekeceksizki hamimiz bir eyni olaq.ama xeyr avam cxir insanlar ona dogru qacir xeyr were deyirki gorursen?hami meni sevir, ama xeyr bilmrki insanlar onun ucun yox ozxlerinin yaxwi yawamasi ucun gelirler.wer deyirki mene teref gelenler azdi bilirem ama heyatini oz istedikleri kmi yawayan insanlardi,yoxsa xeyre gelenler kmi yox onlar mueyyen vaxta kmi xeyrin dediklerini elediler ve qul oldular,were gelnler ise ne mueyyen vaxt erzinde nede onnan sora hec vaxt qul olmadilar.ama o kafeni indi insanlarin bildiyi o sehirli goze gorunmez adam idare elemirdi,o kafeni ortaq ama insanlar weriklide olsa idare edirdiler,kafede bir masada iki nefer cavan qiznan ogln aralarindaki cavanligi yawayirdilar,ele bu kafe onlari evlendirdide.yox o cavan oglan oturdugu o qizla evlenmedi,bawqa masadaki qisa geyinene gozu duwdu,qiz ise drdden kafeni terk etmeli oldu,beli kafede bele ograwlarda var.kafenin otaglarida var,burda bir aile var o ailedeki kiwi 40nece yawi var o bayaq oglanin evlendiyi qisa geyinen qizla bu otaglarin birinde yatib.kiwi oz esil arvadinnan ayaqyoluna gedeceyini dedi ve otaga istiqametlenmwdi..duz bildiz kafede cox ograw var.ama yaxwilarda var.arxa masalarda bir kwi var o yazardi,haminin derdinen yazir,ama cavan orsenmeyine baxmayaraq o cekdiyi xestelikden kafeden cixmali oldu.bura musiqiwunas,kinowunas,bestekar hec cur insan tapmaq olar.gelib gedenlerin telebatindan bir nece oyunda qowdular,birinin adi siyaset oldu,ama hemiwebunu cigalci insanlar oynadi.inan yox qeddarlar oynadi.her kes bu kafenin dagilacagini duwunur,her kes yox coxlari ama kafe dagilmiyacaqdi,ora gunnen gune maraqlawsada icde eyni xasiyetli,eyni insanlar toplusundan ibaret idi.yeni yeni stullar,masalar getirdiler.dunyaya yeni kewfler kmi.bir vaxt o xestelikdn kafeden cixan yazar vaxt gelecek o qumar oyunun geri duweceyini demiwdi,ama gunler kecdi dediyide olurdu.bu kafeden olub bitenlerden xeberdarliq edecem sizi,cunki KAFENIN SAHIBLERINDEN BIRIDE MENEM!...

davami have

30 Ocak 2011 Pazar

İTKİ

İTKİ MƏNCƏ HƏR KƏSİN HƏYATINDA BİR NƏSƏ İTKİSİ OLUR.MƏNİMDƏ İTKİM VAR BU ÇOX BÖYÜK ZAMAN İTKİSİDİ,AXIR VAXT BU KİTAB OXUMAĞA, AKSİYAYA BAIM ÇOX QATIŞIN, BU YAXINIARDA HƏLƏ DEYƏSƏN POLİSƏDƏ DÜŞƏCƏYİK MƏMMƏDƏMİN RƏSULZADƏNİN AD GÜNÜYLƏ BAĞLI ŞƏHƏRDƏ KAĞIZ PAYLİYACAYIQ VƏ ÜSTÜNDƏ "MƏMMƏDDƏMİN RƏSULZADƏNİ UNUTMAYAQ, DOĞUM VƏ ÖLÜM TARİXLƏRİ" YAZILACAQ.HİSS EDİRƏM İÇİMDƏ NƏSƏ PARTLAYIŞ OLMALIDI ÇÜNKİ GETDİKCƏ ODA DARALIR...

Yazacağım əsərdən fraqmentlər)(əsər ha)))


Niyə HƏR YAXŞI KƏSİ GÖRÜB VƏ HƏMİN YAXŞI KƏS ÖZÜN "MƏN YAXŞIYAM" DEYƏNDƏ ONA LOVĞA DEYİRİK?NİYƏ?AXI YAXŞI KƏS DOĞURDANDA ADINDAN GÖRÜNDÜYÜ KİMİ YAXŞIDIR.BUNU İNKAR EDİB ONA LOVĞASAN DEMƏK HƏM ƏDALƏTSİZLİK OLAR HƏM DƏ İRAQIN AMERİKANI UDMASI KİMİ BİR TƏSÜRAT YARADAR.

KASIB AİLƏLƏRƏ DƏ FİKİR VERİRDİM,ÖVLADLARINI OXUTMAQ ÜÇÜN HƏR ŞEY EDİRDİLƏR.ONLAR BUNU UŞAĞLARININ GƏLƏCƏKDƏ ONLAR KİMİ BATAQLIĞA DÜŞMƏMƏSİ ÜÇÜN EDİRDİLƏR,DOĞURDANDA OXUYAN İNSANLARDAN 5 NƏFƏR OLURDUSA 4-Ü KASIB UŞAĞI İDİ.O ŞAĞLAR BÖYÜYÜB İMKAN SAHİBİ OLURDULAR AMA ONDA DA NƏ ONA BU SƏVİYYƏYƏ ÇATMASI ÜÇÜN KÖMƏK EDƏN NƏ ATA NƏDƏ ANA YADA DÜŞÜRDÜ,ONLARA ÖZLƏRİNİN ÖZ ŞƏRAİTLƏRİ MARAQLIYDI BATAQLIQ TƏRƏFƏ BAXMIRDILAR.


ŞƏHƏRDƏ YAŞIYAN AMA METRODAN ÇIXANDA "OYDA SÜRƏTLİ QATARADA MİNDİM" DEYƏN ADAMLARDA GÖRDÜM,


BİLMİRƏM BUNU HARDA EŞİTMİŞDİM AMA MƏNƏ DEMİŞDİLƏR Kİ, MÜSƏLMAN ÖLKƏLRİNDƏ MƏSCİDİN MİNARƏSİNDƏN UCA EVLƏR OLMAZDI, ÇÜNKİ HƏR EVDƏN MİNARƏ GÖRÜNMƏLİYDİ VƏ ORA ÇIXIB AZANI OXUYAN AXUNDDA GÖRÜNMƏLİYDİ,BUNU BİZİM ÖLKƏYƏ NECƏ AİD ELƏMƏK OLMASINI BİLMİRƏM AMA BU SÖHBƏTİN BİZƏ AİD OLMADIĞINI BİLİRƏM.