THOUSANDS OF FREE BLOGGER TEMPLATES

26 Şubat 2011 Cumartesi

Süni Hörmət!(Xocalı soyqırıı haqda)

Bu millətdən heç baş açmaq olmur vallah.Millət matəm yaşayır, çox üzücü, amma bu kədərləridə özləri kimi süni kədərlərdi.Efirlərə xocalı günü qərar verilir xocalı haqda, ancaq xocalı haqda verlişlər hazırlasınlar, ancaq xocalı sakinlərini qonaq etsinlər, ancaq xocalı, xocalı.Efirlərdə danışan diktator ilk "xocalı soyqırımını unutmayaq" deyir.Səhəri gün onun verlişində şou biznesin "şou pidrları" gələcək planlarından danışır.Dünən ki, Xocalı soyqırımı günündə ki, kədəri foks olub gülüşə çevrilir.Xocalı haqda veriliş aparan aparıcı kamera arxasında "Xocalı qaçqının" yanında iyrəndiyindən oturmur.Azərbaycanın nə böyük dırnaq arası "kədəri" varıymış.Verilişi aparan aparıcı verilişin başlamağına qalmış son dəqiqələrdə Xocalıda ölmüşlər,itkin düşmüşlər və sağ qalanlar haqqında statiskanı öyrənir, oda verlişi üçün.Sözüm tək onlara deyil, sözüm bunları götürən hər kəsədir.Çox marağlısı odur ki, bunları, kimin süni, kimin doğrun olduğunu bilənlər çoxdur, lakin gördüklərinə elə yanaşırlar ki, heçnədən xəbərləri olmuyan manqurtlar kimi.Tək Xocalı soyqırımı günündən getmir söhbət.Təsəvvür edin 19 yanvarın səhərisi gün Şəhidlər Xiyabanında sevgilisiylə min hoqqadan çıxan 20 yanvar günü Şəhidlərə gül qoyur, 21 yanvar təzədən eyni yerdə yenə həmin hoqqalardan çıxır.Məhəmməd Əmin Rəsulzadənin nə etdikləri haqqında anlayışları olmuyan gənclər onun ad günündə özlərini müxalifətçi qızlara göstərmək üçün profillərinə Rəsulzadənin şəkilini qoyurlar.Bu söhbətimə əsasən facebookdakı adamlar səbəb oldu.Adi yaşadığları günlərdə Xocalı haqda heçnə ilə marağlanmıyan,adi günlərdə kimlərəsə şərh yazanda profillərinə Xocalı haqda şəkil qoymuyanlar bir gündə necə çevrilə bilir?!Mənə elə gəlir adi günlərdə belə şeyləri yada salmıyanlar həmin gün gəlibdə yada salırsa orda ölənlərə daha çox hörmətsizlik edirlər.Bir şeyidə içdən edin, ona buna görə etmiyin!

0 yorum: