THOUSANDS OF FREE BLOGGER TEMPLATES

7 Şubat 2011 Pazartesi

Kitab və Qəzetlərə nifrət edənlər üçün!

Mənimlə təzə tanış olanlara qabağcadan qeyd edim ki, mən yazılarımı bir çox tanımadığım insanlarla söhbətimdən sonra yazıram.Mənədə çox yaxından marağlıydı son gündəmin əsas problemlərindən olan bu kəslərin niyə mütaliyələrini artırmaq yox,serial bazası toplamağlarına həvəsləri var?!Həyətə düşüb ilk kim qarşıma çıxsa onunla bu haqda söhbət edəcəyimi dedim.Qəsəbəmizin balaca olmasına baxmayaraq çayxanası çoxdu.Bizim evdən bir az aralıda olsada, onun yanına çatana qədər heç kimə rast gəlməmişdim.Bilmirəm bu soyuqlarla əlaqəli idi ya nəsə ama nənəmgilin qonşusu yaşlı adama rast gələnə qədər heçkimi görmədim.O, çayxananın qabağında boş skamekada oturmuşdu.Yaxınlaşıb necəsiz sözümdən sonra "dayı otura bilərəm?"-soruşdum.Bir az istinadla baxmasına baxmayaraq tanış gəldiyim üçün olar cavabını aldım.Məndən kimin nəvəsi olduğumu soruşdu?-Ocaqqulu dedim.Babamın necə yaxşı adam olması haqda danışmağa başlamışdı ki, sözünü kəsdim...
- Dayı sizdən söz soruşmaq istəyirəm olarda yəqin?
- Hə...
- Dayı niyə urda boş oturub, yaşıdlarınızın yığışıb nərd oynamağıvızı gözləyənə qədər qəzet oxumursuz?
- Bilirsən oğlum əvvəl sovet vaxtı(bunu demişdiki ürəyimdən ay bu soveti yaradanında mən...keçdi, çünki yəni hər o dövrü görmüş bəhanə olaraq "sovet vaxtı" sözündən istifadə etməliydidə???) zdaniyalara post qutuları qoyulurdu, ora həm kimə məktub gəlirsə məktub, həm də gündəlik qəzet tulluyardılar.İndi bala elə də imkanım yoxdu ki, qəzet almağa , həm də pensiyaner adamam...
- Axı dayı imkanınız yoxdusa sizi mən həmişə bu çayxananın yanından keçəndə görəm, kişini zarafata tutub "diyəsən burda yaşlılara endirim var" demişdim ki, dayı ciddi sifət aldı.Hər kəsin yalandanda olsa dedikləri "bu qocaların üzündən nuranilik yağır" cümləsi heçdə keçərli deyildi.Dayı əməlli başdı 100-dən çox adam öldürən manyaka oxşayırdı.
- Məni məzəyə tutursan?
- Yox dayı almahaqqı yox, yəni dimək istəyirəm ki, bu çayın qiyməti bir manat qəzet 40 qəpik, inanın arvad qiybətindənsə o qəzeti oxuyub çox şey qazanarsız, həmdə o biri dünyaya gedəndə məlumatlı olarsız:)...
- Bilirsən oğlum indi gələcək sizin əlinizdədir, mən yaşadığımı yaşamışam o qəzet, kitab siz gənclərə lazımdı.
- Vallah dayı bu gənclərə iki anlayış lazımdı, oğlanlara sexsizim, qızlarada glamurizim lazımdı.Şəhərdə 15 yaşdı qız çətin taparsız dayı, hamısı kasmetik şpaplyovka partiyasının fəal üzvlərindəndir, kənddə isə 15 yaşlı qızın evdə qalmasına pis baxırlar, çünki indi onun ən azından 4 uşağı olmalıydı.Oğlanlara gəlincə danışılası deyil.Ora baxın binanın küncünə yığışıblar, dayı deyim sizə onlar nə edəcəklər?Bax, axrıncı adam gələndən sonra birinin dünən maşınla macəralarından danışacaq, sonra biri çayxanaya getməyi təklif edəcək.Hamıda razılaşacaq,çayxanaya gedib neçə qızla danışdıqlarından birdə hansı qızla yatmaq istədiklərindən danışacağlar.Dayı indi sizdə "mən yaşadığımı yaşamışam" deyirsiz, indi neyləyək? fələyi gözləyək gəlsin aparsın?Əslində dayı hər kəs yaadığını yaşayıb.Məsələn, siz 74 yaşınacan yaşamısız və bundan sonrakı illəri addımlayanda yaşadığımı yaşadım deyirsiz, ama heç kəs ölümün onu nəvaxt aparacağını bilmir, buna görə 10 yaşdı uşağda 10 yaşında ölsə oda 10 yaşınacan yaşadığını yaşamış sayılacaq.Həyat budur sizcə?...
- Necə oğlum?
- Heç dayı( dayıya diyəsən fəlsəfə ağır gəlmişdi)...sözümü kəsib...
- Yox oğlum daha gözdə əvvəlki deyil
- Ay dayı, siz deyəsən məni gənc bilib "lox" bilirsiz, necə yəni göz əvvəlki göz deyil?Zəri atanda, bankamatdan pensiya əksik çıxanda onu yaxşı görürsüz, oxumağa gözüvüz heçnə görmür?
Təmiz özümdən çıxdım, nə bu dayı oxuyan idi, nədə mən ona göz açdıra biləcəkdim, məni əsəbi edən a kişi oxumaq istəmirsən bir dəfəlik de istəmirəmdə daha bəhanələr niyə?!Hansısa birinin ağzından Hüsnü Mübarək eşidib bu gün ki, çayxananın söhbətin təməlin qoyacağlar,sabahsı gün qocalar üçün park açan adamın necə böyük olmasından beləcə cürüyəcəklər, demək olar ki, çürüyüblərdə.Qocalardakı qırışlar iki fikri xarakterizə edir:
1) Bu qoca həqiqətəndə zəhmət çəkən insan olub
2) Bu qoca getdikcə cürüyür, qıırışlarda sübut.
Doğurdan da yaxşı deyiblər, adam 3 mərhələdən ikisində uşaq olur, bir uşaq vaxtı uşaq birdə qoca vaxtı uşaq.
Nəsi çox yormuyub özümü sağollaşdım, elə yaxınlığda dayanacağa gəlmişdim ki, bir adam da tapım söhbət edim, ama qarşıma tanış qız çıxdı.Bir az şablonlaşandan sonra onunla gedəcəyi yerə kimi getməyə başladım.Yer yaxın olduğundan elə məni marağlandıran məsələyə keçdim:
- K kitabla, qəzetlərlə aran necə?
- Belə də...
- Necə?
- Kitabla pisdə deyil güclüdə deyil, ama qəzetə qalanda allah səni güldürsün, qəzet nədi?qoca adamam sənin üçün?
- Başa düşmədim, qəzetin harasında yazılıb bu qəzetlər yalnız 52 yaşdan yuxarı adamlar üçündür?
- Yoxee neynirəm siyasəti?Həmdə onu qocaların çox oxuduğunu görmüşəm onun üçün.
- K vallah heç qocalarda oxumur.Siyasət deyəndəki, həyat bildiyin sevgi, məhəbbət, padruqavın sevgilisinə xəyanətindən, hər dəqiqə çıxan serialdan ibarət deyil.Sevgilin var?
- Nolub ki?
- Gəl sənə bir sirr verim.Əsrlərin sınağıdır ki, çoxlu kitab oxuyan hər cür insanı tanıyır, məncə u gələcəkdə sənin üçün daha yaxşı vasitədir.Hə çatdıq.
- Eh, yaxşı sağol.
Bugünlük təcrübə bəsdir.Əslində bu qədər çənə, əl yormağıma bir təsəlli verim.Bu "İrəli" gənclər birliyinə deputat olmaq arzusuyla qatılan gənclərin, övladlarından cavan görsənən anaların bu kimi bir çoxlarının kitab oxumaması məncə daha yaxşıdır, çünki qoy "KİTAB, QƏZETLƏRDƏ" öz laiqli yarını tapıb onunla dil tapıb xoşbəxt olsun... :)