THOUSANDS OF FREE BLOGGER TEMPLATES

21 Şubat 2010 Pazar

Ya səninəm yada heç kimin!

Tanışlıq

Saat axşam 6-ya qalardı.Hər gün kimi bu günümdə qışqırığlar:
A: - Küçüyün biri
Mən: - Eee çıx otağımnan get, get dualarıvı özün üçün oxu, qorxma belə ucadan oxumaqla mənə təsir edən deyil
- Kəs küçük, kafirsən sən, çox dəyişmisən,şeytanlaşma gedir səndə xəbərin var?Çıxardıb səni yolunnan özüvə gəl.
- EEE əcəb edib, bacarana can da qurban
- Mumla buna bax, əstəfurullah, dayan sən deyərəm dayıva o səninlə başarar.Ay bədbəxt sənə yazığım gəlir, bəsdi qulaq asdın o mənasız mahnılara bəsdi.
- ....... ufffff
- Ufuldama, valideynivə hörmət qoymursan yanacağsan ay bədbəxt.
- Onsuz Allahın məni bu günə salmaqla, dostlarımı əlimnən almaqla mənim içimi yandırır.(əlimə A kitabını aldım)
- Hə, oxumuşam o kitabda mənasız düşüncələr, yersiz di, səni oduda, o kitablardı bu günə salan, kimdiye vapşe o, Qaraqan yox a angeldi?(təbəssümlə)
- Qaraqan kimdi? İlin ən çox satılan kitabının müəllifi, ilin ə yaxşı gənc yazarı.
- Boşdu ay bədbəxt hamısı boş, Allahdan başqa hamısı yaıandı.Otur Quranıvı oxu.
- Boş olan sizlərsiz, sovet fikirli yazığlar.Allah mənə göz verib ama kor göz o isə mənim həkimimdi gözlərimi sağaltdı, kor olan gözlərim ind hər simanı tanıyır.
- Yox a, qara qara geymlər çıx bu qara paltarlardan
- Eeeeee
Qapını çırpıb çölə çıxdım.Səs hələdə gəlirdi ama qapını bağladığım üçün uzağdan gəlirdi.Sanki belə etməyimlə qulağlarımnan ağır yük qalxdı.Dəniz qırağına qaçdım, elə bil illər boyu dənizin ortasında ac, susuz qalan insan kimi sahili görəndə qurtulmaq üçün ora can atırdım.Hava bir az külək idi, noyabırın sonları olardı.Dizimi qucağlıyan əllərim evdəkilərin hirsini dənizdən çıxmaq üçün daş istədi.Bu istək elə həmin anda öldü, çünki bəzən belə olur kimlərinsə hirsini həmişə səninlə olan yaxınunnan çıxırsan, ama onu itirənnən sora peşman olursan məndə dnizi itirəcəymi düşünüb fikrimi basdırdım.İndi isə onun qumunu qucağlıyıb uzanmışdım.Belə olanda çox vaxt kimlərəsə ehtiyac duyuram 1 dostum var idi, bu hyatda mənə yaxın olan bircə o idi.Onu çağıra bilməzdim mən institutda o isə orta məktəbin 11ci mərtəbəsində oxuyurdu, oxumaqdan əlavə isə hazırlıqları var idi.Ona dediyim kii mən mənə verilən sınağdan keçdim indi sənin növbəndi.Öz-özümə:yox yox çağırmıyacam,blirəm onsuz bircə gəl diməym kifayətdi ama yo bəsdi onuda yordum mənlə.
Bəzən onunla da mənim aramda kimsə olmaq istəyir ama ola bilmir, olada bilməz, çünki bunu zümüz istəmirik.10 dəqiqə idiki uzanmışdım, telefonumda isə Dərvişin "Dəniz" mahnısıydı səssiz durub küləyin dəniz dalğalarını necə oynatdığına baxırdım.........Birdən it hürüşünə dik atıldım.Bu səssizlikdə bu it hardan çıxdı?Kimsə isə həmin an ağacın arxasına keçdi, sadəcə kimin olduğunu görə bilmədim.Saata baxdım bu nədi?Mən qumun üstündə yatıb qalmışdım?20 dəqiqə nə tez keçdi?Saataın əqrəblərini kimsə qovmuşdu, yada harasa tələsirdi.Arxadan kimsə mənə tərəf gəlirdi bunu xışıltıdan bilmək olurdu.Çönəndə isə....Mələk bəli bəli qarşıma düşnən sanki qovulmuş aciz Mələk.İnanmırsız bəlkə ama doğurdan bu qanadsız Mələk idi.Bu nədi ağzı tərpənib nəsə deyir ama mən onun gözlərinnən başqa heçnə görmürəm sakitlikdən başqa heçnə eşitmirəm.Birdən idarəni ayaqlarım aldı məni ona doğru apardı.
Mən:- Salam
Mələk:- Salam, niyə burda uzanmısan?
- Bilmirəm, qəşən itin var.
- Bağışda səni hürkütdü.
- Yaxşıki hürkütdü yoxsa gecəni burda qalacağdım.
- ...... (təbəssüm)
- Sən Mələksən?(burda da təbəssümün ikinci təcəssümü)
- Adın nədi?
- Mənim, Adım Gülnardı sənin?
- ----
- Lap yaxşı.
- Niyə quma uzanmışdın?hm?
- Heç məni bura çəkən dərdlər yorğunnuğumu yadıma salıb məni yatızdırmışdı.
- Nəsə olub?Kimsə yaxını ölüb?Kimisə itirmisən?
- Yo, ev söz söhbəti bura qaçdım
Birdən o öz saatına baxdı və
- Bağışda qalsın başqa vaxta hava qaralır artıq mən getməliyəm.
- Hm olar səni ötürüm?
- Ama axra kimi yox ok?
- Yaxşı, hə bayaq başqa vaxt dedin olar saba burda görüşək?
- Bilmirəm
- Yalvarıram 6-da burda olda nolar?
- Hə yaxşı, hə burda sağollaşaq.
- çatdıq?Nə tez?
Bu vaxt zamana nifrət etdim yenə vaxtı tez apardı.Sağollaşmamışdan qabağ nömrəsini almaq istədim ama özümü saxladım çünki məni hər keçən qızdan nömrəsi almağa çalışan oğlan kimi tanıyardı sorası isə pis olardı.

Etirafım

Sağollaşandan sonra evə otağma doğru can atırdım, sakitlik istəyirdim onun üz cizgilərinin yadımnan çıxması qorxusu məni ələ alırdı.Evə girdim.
- Hardasan küçük?
- dəniz qırağında.
- Yalan danışma inanmıram.
Özümə bu an nifrət etdim və özümə dedim"mənə lazım idi cavab vermeyim?"İnanmırsan marağlıdı niyə soruşursan7Beləddə.Soruşur düz deyəndə isə inanmıram.Cavab vermiyib otağıma keçdim.Onu, tək onu düşünmək üçün.Yerimə uzandım yatmaq istəyirdim onu yuxumda canlandırmaq üçün, bu nədi mənona vurulmuşam?Onu sevirəm?Kimdi axı o?Bəlkə doğurdan məni bataqlığdan çıxarmaq üçün Məlıyimdi görsənib?Bilmirəm bircə onu blirəm ona qarşı nəsə hiss edirəm.Özümü tanıya bilmirəm sanki.Bu fikirlərlə axşam düz saat 2-iyə kimi yata bilmirdim.Həyatda da belədir yatmaq istyirdim ama yuxum gəlmirdi, bu bəzən mənə "sənə lazım olmuyanda hər haşsısa marşutun rəqəmi gözüvə grir ama sənə həmin marşut lazım olanda həmin rəqəm yoxa çıxır" kimi bir şeyi xatırlatdı.Səhərin açılmağını həyatımda bu qədər istəməmişdim, Günəşin doğumunu hər zaman ölməyi ilə əvəz etməyini istəmişəm ama bacarmamışam.Fikirdə ancaq Gülnar,tavana baxıram Gülnar yazısı, balışa baxıram Gülnar bu nədi yəqin bəbəyimə kimsə Gülnar yazıb.Gecə səhərə yaxın yuxuya getdim.Səhər isə düşündüm ki, 1-dən tez durmaram bu isə onunla görüşə bir azda yaxınlaşdırar sanki şeytan yuxumda mənimlə oynayırdı.Saat 11-ə qalmış mən yuxumdan durdum,durannan sora hamının etdiyi şablon ev hərəkətlərinnən sora saat 12-nin yarısı olardı.Vaxt geriyə mən isə irəliyə,belə olanda isə qarşıva əngəllər çıxanda isə sənə tellər əsəbdən başqa heçnə vermir.Televizoru yandırdım, dişovka yemək bişirmək verlişlərinə baxıb iştahımı qaçırdannan sora aşağı düşdüm ancaq uzağa gedib sakitlik istəyirdim təbii ki, görüş vaxtınacan.Görüşə o qədər həyəcanlanmışdım ki, qorxduğum şey başıma gəldi, onun üzünü yaddan çıxartdım, elə bil onu indi görsəydim tanımazdım.Küçəyə çıxanda isə sanki hansısa dövlətin sevilmiyən padşahı kimi küçədə gəzərkən onlar məni qarşılamağa yox məni taxtdan salmaq üçün başıma daşlar vururdular, onların daşları isə sözləri, atdıqları atmacalar idi.Bəxtim isə o vaxt gətirirdi ki, məhlədən bir dənə qardaşı ilə yanında qısa yubkalı qız keçsin nəzərlər ona tərəf qaçırdı.Yox, düşünmüyün qız utancağından başını aşağı salırdı, rayondan gəlib özünü birinci dəfə şəhərli kimi göstərmək istəyi heçdə pis alınmırdı.Qıza baxılanda, söz atılanda o dahada gülürdü bu ona xoş gəlirdi yazıq olan isə yanındakı qardaşı.Nəysə əlbətki qız orda qalası deyildi ona görə tez marşuta mindim bilmirəm niyə ama azacıqda olsa uzağa getmək istəyirdim həmişəki kimi bu istəyimdə içimdə qalırdı.Hər beş addımdan bir insancığazların özlərinin yaratdıqları süni dayanacağlar buralardan uzaqlaşmaq ümidlərimi həvəsdən saldırıb öldürürdü, hələ təzəcə eşitdiyim söyüşləri demirəm.Belə olacağnıda bilmirdim vaxtı görüş vaxtına sürüyə bilmirdim.Dözə bilmədim saat 4-ə az qalmışdı ki, mən görüş yerinə getdim.Həyatıma qısa nəzər keçirdənnən sonra saat 6 olmuşdu.Budur uzaqdan it səsi gəlirdi, bəlkə həyatımda bir itin səsini eşitməyə bu qədər ehtiyac duymamışdım.Ona sakit yaxınlaşdım, çünki özümə hakim ola bilmiyəcəymi bilirdim buna görə ən yaxşısı sevincli yox adi yaxınlaşmağım olardı.
- Salam Gülnar.
- Salam ---
- Necəsən?hmm
- Yaxşıyam, çox gözlətdim? İndi gələnə oxşamırsan.
- Yo bir az olar gəlmişəm(ona bu cür deməyimin tək səbəbi isə üzüntüsünü görməməyim idi)
Burda isə danışıqlar....Birdən özümü saxlıya bilmədim.Əsil ilk görüşdə vurulmaq buna deyərdim
- Blirsən hmm
- Nə?Niyə susursan?
- Gülnar şey mmm, bilmirəm bəlkə məni yüngül adi oğlan kimi özündə biləcəksən ama...
- Nə ama nəsə olub?
- Mənim sənnən xoşum gəlir, blirəm blirəm deyəcəksən bu nədi ikinci görüşdə hələ heç məni tam tanımırsan, birdən belə deməyim hamsını blirəm, aması oldu ki mən bunları nəzərə alıb deyirəm.
- Nəyi bilirsən?Nə bilirsən bəlkə mən səni yarı yolda qoyan düşmənin olacam blirsən ---- məncə sənə indi cavab verməyim ağılsızlıq olar.
Özümü sındırmamaq üçün
- Hə düz deyirsən.Ümidsizlik içində ölü ümid.
- Mənə nömrəvi verə bilərsən?
- Hə, hə 050 -- -- --
Sanki reinkarnasiya baş verdi.Mən özüm onnan nömrəni istəmirdim ki, məni pis başa düşər bəzəndə düşünürdüm görəsən indi elə sevgililər varmı ki, bir biriylə ancaq smsləşməsin məktublaşsın ya görüşsün,çətin.Danışa-danışa isə sadəcə məni ona bağlıyan gözərinə baxırdım doymurdum.Yenə dünənkinin təkrarı oldu fərqli olan isə nömrələrmizi bilməyimiz idi.Mən doğulurdum.

13 Şubat 2010 Cumartesi

Will Smith (Xoşbəxtlik axtarıram)



Dünən kanalları nəsə axtarmaq ümidi ilə çevirirdim kanalların səviyyəsiz kimlərəsə görə həyatımıza rəng qatan ama dərinliyində mənasız şablon verlişləri yenə camaatın başnı qatmağda əsasəndə Dövlət kanalında yenə başda bir məxluq ətrafında iki üzdü heyvanların düzülüşü yeni açılan komplekslərə dəxilsiz təbriklər orda idman kompleksi açılır söhbət isə Qarabağdan gedir :) təbəbssümüm artdı çünki başımızın tacı natiqlik sənətinnən xəbəridə yox imiş :)...Nəysə çevirdim kino gedirdi reklamına baxmışdım V.Smithin kinosu düzünü desəm kinonun mənə o qədərdə təsir edəcəyni bilməzdim.Atanın oğluna heç vaxt həyat qarşısında əyilməməyi göstərməsi kadırları dəhşət bu nədi Paranoya ya nə cür adlanır???Adı xoşbxtlik axtarıram-mən inonun ilk kadırlarınnan öz-özümə bununda hər cür kino kmi ortalarında varlanacağlar və başdıyacağlar hamını özlərinnən aslı etməyə fkirlərimə qalib gələn səhvliyim.Blirsiz en çoxda bu cür həyatda elə bir atanın olduğuna da şübhəm var çünk bizimkilər fahişə axtarışında oğul böyütmək haqqında yx.Ən çox mənə ləzzət edən şey isə hər kinoda olduğu kimi burda sevgi kadırları yox idi aanın fikrində yalnız oğlu.Sonlarında isə 10 saniyəlik xoşbəxtçiliyini bildirən kadırlar yox sonda yazılan yazılar inanmıyacağsız bəlkə mən kinoya baxıb təmiz kövrəlmişdim və sonda özümnən aslı olmada əl çaldım.Düzdü kinonun senarisini yazan var Smith sadəcə bizə üzdə çatdıran simasıdı ama əsası o idi ki, o rolun içində idi...Baxmağınız məsləhətlidi.

8 Şubat 2010 Pazartesi

23-üncü Palata





Açılan Gözlərim.
Hər şey həyatıma qoyulan nidaların və çox sevdiyim insanı itirməyimlə başladı.1 gün işıqlar sönmüşdü mən isə evdə tək idim.Qapı döyüldü.Düzü işıqların sönməyi və havanın qaranlığ olması məni qorxuzmurdu, məni həyəcanlandıran qapının bərk və aramsız döyülməsi idi.Qapını açdım bu isə xoş sürpriz olmuşdu, çünki gələn mənim çox sevdiyim insan mənim xalam idi.Mənim onu sevməyim isə bəlkədə onun mənə göstərdiyi isti münasibət idi və yeganə xalam o idi.
-Salam xala sən idin?Xoş gəlmisən.
-Salam ömrüm.Hə mənəm Ləman.
-Ləman şahmatı gətir oynuyaq.
-Necə xala?Nə şahmat?(təəccüblü gəldi sizədə düzdü elə deilmi?mənədə çox təəccüblü gəlmişdi,şahmat mənim ən çox sevdiyim oyun idi bəlkə buna görə bunu istədi?Ama bunu içəriyə girən kimi niyə?Üzünə bu danışdıqlarımı demədim)
-Şam işığında da olsa gəl oynuyaq
-Yaxşı xala.
Oynamağa təzə başlamışdığ ki,
-Ləman, ömrüm içim yanır qoy su içiim
-Otur xala mən gətirərəm.
-Yox qızım özüm gətirəcəm.
Xalam təzəcə mətbəxə getmişdi ki, 1 dən zəng gəldi,zəng eliyən isə mənim atam idi.
-Alo
-Alo qızım mənəm atan.
-Hə ata?
-Ləman, qızım bilmirəm necə deyim bu mənə də çox ağırdı ama....
-Nə olub axı ata?Niyə səsin həyəcanlıdı?
-Qızım...(sükutluq hökm sürdü...) qızım dünən xalan bizə gələndə qəzaya uğrayıb rəhmətə gedib.
-....
-Alo Ləman qızım, alo alo qızım...
...Bəli bu nöqtələr həmin an heç kimin yerimdə olmasını istəməzdim.Allah niyə belə edirsən axı?Niyə sevdiyim insanı mənə çox görürsən axı?Niyə?Niyə?Sənin belə xoşuva gəlir?Nolardı ki, ona yazdığın taleyi nöqtəylə yox vergüllə əvəz edərdin Niyə axı?Niyə məni öldürmürsən əzablar xoşuva gəlir?
Bunları isə həmişə içdə dedim çünki gördüyüm xalamın ruhu mənim ruhu xəstəliyimə səbəb oldu, evdəkilər isə bi gün məni dəli olduğumu qərara alıb dəlixanaya göndərdilər.
-Ay sağol qızım, geyin bu ağ xalatı indi əlivi çiyinlərivə qoy ay sağol
Məni burda süni təbəssümlərlə düzülmüş həkimlər qarşıladı, onların gülməyi bilmiyinki mənə yazıqları gəldiyindən xoş sifətlə qarşılamaq istəyidi yox sadəcə olarıda bilmək lazımdı ki, olarında çörəyi biz dəlilərdən aslıdı biz olmasaq olar burda olmazlar.Məni bir palataya gətirdilər qapısının üstündə isə 23 yazılmışdı.İçəriyə girəndə heç kimin nəzərinə, baxışlarına tuş gəlmədim buda normal idi axı içərdəkilər dəlilərdi.Digər otaqda həkimlər gündəlik dəlilərin ağıllması ümidi ilə test keçirirdilər ama bunun bəhrəsini görmürdülər həmişə boş.Günlərimi bu balaca palataya həsr olunacağn düşünəndə bir azda dəli olurdum dəliin bir azda dəli olması qəribə səslənsədə bu belə idi.Hər gün eyni üzlər çox bezirdim.Səhər həmişə məni süzən heç vaxt oyuncağından ayrılmayan 13 yaşdı uşaq mənə yaxınlaşdı.
-Salam, adım Ceyhundu al bu oyuncağı sənin olsun.
Mən həmin dəqiqə susdum, gördüyüm günnən oyuncağından ayrılmayan uşağın birdən bu hərəkəti qəribə idi,bəlkə içəridə tək qız olduğum üçün dəqiq bilmirdim.
-Al bunu, mən artıq böyümüşəm al götür bunu al, al.
Ceyhunun təkrar təkrar al-al deməsi məni özümdən çıxardırdı hamını başımdan elədiyim kimi onuda başımdan eləmək üçün oyuncağı götürdüm.Günün çox vaxtı yaxınlıqdan qışqırığ səsləri gəlirdi.Daha sonra Ceyhuna haqsızlıq elədiyimi fkirləşib onun yanına getdim, yanında oturan kimi isə ona ilk bu sualı verdim.
-Sən necə olub bura düşmüsən?
-Mən...Mənim..Bizi
Bunları demişdiki o ağlayıb başqa tərəfə getdi.Sbahsı gün isə o özü mənə yaxınlaşdı.
-Mənim anam gözəl olub.Bizi əmim saxlıyıb, səbəb isə atamın 1992-ci ildə Qarabağda gedən döyüşlərdə itirməyimiz oldu.Əmim bizə arada baş çəkirdi.1 gün onun içkiyə qurşandığını gördük, çox içməkdən əlavə narkotikədə qurşanmışdı.Onun arada gəldiyi günləri isə artıq hər gün əvəz edirdi.1 dəfə o anamı qırağa çəkib evi satacağnı didi.Anam isə oevin atamdan qalan tək varis olduğunu və satmayacağnı didi.Mənim onda 11 yaşım var idi.Onlar mətbəxtə söhbət edirdilər, az keçməmişdiki əmimim söyüşlərin eşidirdim, çox pis söyürdü anam bu söyüşlərin qarşısında isə ona yalnız bir şillə vurmuşdu ki, bu əmimi daha da qıcığlandırdı və mətbəxdə ki, bıçaqla anama 9 bıçaq zərbəsi vurmuşdu.AAAAAAAAAAAAAAAAAAA.Qan qan qan axırdı dayanmırdı.
Pis olmuşdum çünki artıq Ceyhun ağıyırdı.Əlimi gözlərinə toxundurub yaşlarını sildim birdən isə qırağdan qulağma həkimlərin pıçıltısı gəldi.Yazıq yəqin yenə kiməsə taleyin danışır, özü həmin anları yadına salır, artıq iki ildiki o belə edir. təzə gələn dəliyə öz oyuncağın verir sonra isə ona taleyin danışır.Bu anda isə Ceyhun danışmağa təzdən başladı.
-Heçnə edə bilmirdim.Ən pisi isə sonradan başlandı məhkəmədə hadisəni danışanda əmim anamı fayişə kimi qələmə verdi, hardan tapdığını bilmirdim ama bir neçə adam gətirmişdi özü ilə şahid kimi.Onlar anamla yatdıqlarını deyirdilər ama mən onların bizə gəldiyini heç vaxt görməmişdim.Sonra hakimə əmim mənim dəli olduğumu dedi.Heç kimim yox idi.Anamla atam bir birlərini sevəndə ailələri razı olmamışdı.Onlar isə qaçıb gizlin evlənmişdilər.Əmimdə belə etdiyindən təkcə onunla danışırdıq.Başqa heç kimim yoxuydu.Mənə isə dəli talonu verdilər.Və sonra bura.
Məni sanki susdurmuşdu Ceyhun.
-Bəs sən?Sən necə oldu ki, bura?
Onun danışdığı bu hadisədən sonra öz vəziyətimi danışmağa utandım, ama danışdım.
-Mən ruh görmüşəm öz xalamın ruhunu bunu isə evdə ruhu xəstəliyim kimi bilib məni bura göndərdilər.Birdən yenə qışqırığ səsləri qulağı dağıdırdı.
-Bəs bilmirsən o qışqıran kimdi?
-Adı Elçindi.
-Niyə qışqırır?
-Atasını, anasını gözünün qabağında baltalıyıblar.
--Necə?
-Atası mafiyaya işləyirmiş.Bir gün nə səbəbdən olduğunu dəqiq eşitməmişəm ama bir gün evlərinə gecə vaxtı mafiyanın adamları gəliblər, yatan vaxtı olub,Elçin isə narahatçılığınnan yata bilmirmiş.Otağnın qapısı açıq olduğunnan qarşıdakı atasıglin yatdığı otağı görürmüş.Birdən mafiyanın adamları onlar yatan yerdə atasını anasını baltalıyıblar.Yekə olmağına baxma həmin vaxt qorxduğunnan səsi gəlmirmiş hətda bir cingilti belə.Adamlar gedəndən sonra qarşısında valideyinlərinin tikələrini görüb durmadan qışqırırmış.İndidə ona görə qışqırırki elə blirki o qışqırığna kimsə gəlib onları xilas edəcək.
-Bəs o küncdə duran oğlan həmişə kitab oxuyur, kitabını götürəndə isə qışqırır.Niyə axı?
-Toğrul.Hə hə o elədi ancaq nəsə öyrənir ama testlərdə birinədə düzgün cavab vermir.Burda hər gördüyün dəlilər əslində özləri suallara cavab vermək istəmirlər.Onun atası anası yoxdu bacısı saxlıyırmış.Bacısı ailə qurandan sonra onuda özü ilə aparıb.
-Bəs o niyə burdadı?
-Bacısı ailə qurandan 1 il sonra öz ərinin bədənini yeni bədənlə əvəz edirmiş.Gündə bir kişiylə yatırmış.Uşaq olmasına baxma qeyrətli uşaqdı buna görə bacısını yatdığı kişiylə bıçağlıyıb.Yaşı çatmadığınnan belə hərəkətinə görə onu bura göndəriblər 18 yaşında türməyə aparacağlar.
-Onun yanına gələn kişi kimdi?
-Bacısının əri....Blirsən burda bəzi uşaqların ailələridə var sadəcə onlar çölə çıxmaqdan qorxur.Elçin qorxurki çölə çıxsa onuda mafiyanın adamları öldürəcək,mənim isə heç imim yoxdu.
Nəsə bilmirəm ama bu danışdıqları faciyə idi ama mən sıxılırdım.Hələ neçə belə uşaq var idi həyatı faciyə idi ama mən sxılırdım.Bezirdim bu nədi həyat deyil sanki chənnəmdə ən çox əzab çəkdiyin faciələri sanki sorğuda bir daha gözvün qabağına gətirirlər.Bu sözlərinə baxmıyaraq burda qalası fikrimdə yoox idi mənim.Sbahsı gün test sorğusunda ənim növbəm idi hamısına düzgün cavab verdim həkimlər sevinirdilər, daha sonra ilkin müayinədən sonra məni evə buraxdılar.Mən orda qala bilməzdim bir tərəfdən həyatımın həyat olmadığnı və kor olduğumu gördüm bir tərəfdən isə ora sanki mənim mühitim deyildi.Evə gələndə hər şey ilk vaxtlar gözlədiyim kimi oldu, evdəkilərin yalandan qorxduqları təbəssümlə qarşılanırdım.Hər gün qohumlar mənə baş çəkirdi mənim fikrim isə inanmasamda danışılanlarda qalmışdı.İlk günlərdə çölə çıxmağım çətin idi.Bütün günü evdə idim, dəyişən anamla atamın hər kiçik şeyə görə bir biriylə yola getməməsiydi.Çox vaxt mübahisələri isə mənə təsirindən qorxub qapı arxasında edirdilər.Sabahsı gün mən həyətə düşdüm.Hər kəsdən çəkinirdim, çətin idi mənə.Çünki baxışımda ünsiyətimdə dəyişmişdi çox danışmırdım.Hər tanış küçədə isə qonşu qadınlarının"a hə o qızdıda Allah özü kömək olsune, yazıqdı" kəlmələri məi evə qaçırdırdı.Daha sonra həyətə düçməyim adi hala çevrildi, evdə isə artıq mənə bir şey olmasından qorxmuyan valideyinlərim səssiz mübahisələrini qışqırığlarla əvəz edirdi.Küçələrdə dəyişmişdi, bəlkə mən bunu görməmişdim ama hər məhlədə küncdə duran oğlanlar məni görən kimi"uff nə bomba şeydi, gözəl bura bax" atmacalarıda adamı cana gətirirdi.Söz atmıyanıarın baxışlarında isə məni öz altlarında görmək istəyləri dururdu, qəribəsi onda idi ki, dostları arasında qeyrətdən danışan oğlanın bacısı öz dostuyla görüşürdü,marşutlarda gözləri şorla dost olmuş kişilərin mənə al atmaları məni hamıdan qaçırdırdı, bəlkə öz qızları başqa marşutda hansısa oğlanın ağzına girib bu dəqiqə.Bir gün isə gündüz həyatının mundarlğını görüb gecələr düşməyi qərara aldım, gecə çıxanda isə çox gəzə bilmirdim.Gecə həyatı sürən sərxoşların atdığı və dediyi sözlər isə dəhşət idi, hər gecə çıxan qıza isə fayişə kimi baxırdılar, olsada olmasada.İnanmazdım ama artıq dəli axtarışına çıxmışdım, necəki dəlinin dilindən dəli anlıyardı.Çox nadir halda olsada istədiyim dəliləri tapırdım, ama onlara yaxınlaşanda qeyri-normal kimi baxıb məndən uzaqlaşırdılar.Onlarıda başa düşmək olardı axı illərlə onu saymıyan insanlardan birdən ona yaxınlaşması anarmol kimiydi.Belə olduğunu görüb çölə çıxmamağmı qərara almışdım.Bir gün otağmın qapısını atam döydü.dediyim kimi görmək arzusunda olduğum şeyləri əlim üzüləndən sonra görməyim qəribə idi burda mənə qəribə gələn isə atamın qapını döyüb icazə istəməsiydi.
-Qızım olar?
-Buyur...
-Qızım...
Onu bu qədər mülayim görməmişdim blinirdi ki, o mülayimliyin arxasında nəsə durmuşdu.
-Qəzəm bilmirəm sənə necə diyim ama inan sənin yaxşılığvı istəyirəm.Sənin çətin vaxtların çox oldu, artıq bu evdə şadlığın olmasını istəyirəm.
Danışırdı ama mənə hələ nəsə çatmırdı.
-Bu yaxınlarda sənin hərin olacağ.Müdrimin oğlu İlqar səni çox bəyənib.Nə deyirsən sənin qərarın?Ama inan sənin yaxşılığun üçündü.
Qəribə səslənirdi çünki mən hiss edirdim artıq qərarların vermişdilər, sonra isə yaxşılığa qalanda görəsən işdə vəzifəsin qaldırmaq üçün deyir yoxsa doğurdan bunu istəyir?
-Gəlsinlər.
-Onda hazırlaş demişəm iki gündən sonra gəlicəklər.
Dediyim kimi söz-söhbət istəmirdim çünki bilirdim qərarları özləri vermişdi.
2 gün ancaq otağımdan çıxmadım.Qapı döyüldü onlar idi.Gəldiklərinnən yarım saat keçmişdi məqamı yetişirdi.Mən hamama keçdim, güzgünün qabağında durub özmə baxırdım.Bilmirəm niyə ama artıq mənə dəli kəlməsini eşitmək istəyirdim.Bu gözəlliymə görə?Ortada xoşü gəlməy olmadığnı bilirdim çünki bu bir müddət idi briliyant sənin olandan sonra kimlərəsə görə parıldasada sahibi üçün artıq parlaq olmurdu.Əlimi qayçıya atdım və saçlarımı dibindən kəsməyə başladım. keçəl edəndən sonra ülgüclə üzümü kəsik kəsik elədim.Qansızlıqdan ağrıları o qədər hiss etmirdim qarşılarına çıxanda isə
-Bu nədi?Bu manyakdı ki, dlidi bu üzünü bağlıyın baxa bilmirəm ürəyim bulanır, durun İlqar durun getdik durun başı xarabdı ki....
1 müddət sonra isə
-Ay sağol qızım gey bu ağ xalatı əlivi çiyinlərivə qoy ay sağol.
Yenə qarşımdakı qapının üzərindəki yazı 23-üncü Palata.

Qorxu

Sevincimin həddi hüdudu yox idi otaqda isə ilk gün kimi Ceyhun testlərə səhv cavab verirdi. bir şey dəyişmişdi otaqda qışqırığ səsləri gəlmirdi aramızda Elçin yox idi.Mən indi bunu düşünmürdüm yəni səbəbini bilmirdim ama mənim fikrim tamam başqa bir yerdə idi.

Əsarət altında azadlıq.
Bu gün o çox qəmgin.Gözlər isə yanındakı meyidə baxa-baxa fikirlərdə.İndi o xəyala dalıb?Yoxsa çarəsizliyini büruzə verir?Sir-sifəti qan içində.Niyə ona yazılan başqa cür yx belə oldu?Hadisə belə olmuşdu.Bir gün işdən qovulan evə tez gəlir, onun işdə bu qədər qırğınından sonra evə gəlincə sanki başına bir qaynar udan da betər qaynar su tökdülər.Yataqda arvadı və dostu iş başında.Bu isə onlara baxıb nə edəcəni ilmir, nə etsin?Dostunu döysün?Ya arvadına sillə vursun?axı Nə etsin?Yox türmə həyatı çox çətindi, istəmirəm azadlığml əlimdən alsınlar, yox 30il zindan arxasında çürümək istəmirəm.B fikirlər hamsı hamsı dağıdır onu.Yox qorxuram türməyə düşüb Aftaritet əlindən öpməkdən.Arvadı isə dostu ona yazıq-yazıq baxmaqda, sanki bilmiyərəkdən bu yaxınlıq baş verib.Hər kəs kimi olarda bir şeyi edəndən sonra peşman olublar çünki münasibət qurulanda ağılları başlarında olmayıb bir qarış havada olub.Neyləsin zibilə qalmış bu 30 ili niyə orda keçirim?Qəzəb bu fikirlərə hakim bıçaq qarın deşməkdə idi oda bunu eləməkdə.Heç özüdə bilmədən 10 bıçaq zərbəsi endirir arvadı sə özünnən gedir.İndi həminki fobya meyidlə birgə yaxındakı polis məntəqəsinə girir.Elə heçnəyi araşdırmamış necəki bəzi insanlar kimi heçnəyi bilmor ama bilməyindən danışır polislərdə eləcə məhkəmə və türmə həyatı.Hər şey tam əksinə oldu.Onun eədiyi həkət qeyrət hərəkəti onun atmosferinə uyğun olmasa da içəridə yatanların çoxsu buna görə zindandadır və heçdə gözləmədiyi hörməti qayğını, dəstəyi ona burda Aftaritetinə kimi hamısı göstərirdi sanki o kal o birilər əl altılar.İndi isə o burdan çıxmaq istəmir, çünki o yaxşı bilir daha ona çöldə əvvəli hörmət olmuyacaq o isə orda tam əksinə.
Mənim bura qayıtmağımında əsl səbəbi bu idi.Testinnən sonra Ceyhun üzü təbəssümlü mənim yanıma gəldi.
- Salam, xoş bir daha xoş gəldin
- Darıxmışdım sənin üçün balaca
- Eee balaca demə, axrı ağlım çoxdu.
- Hmm...
- Burdan gedib gəlməyividə bilirəm.Bəzən qarşındakıların sənə Azərbaycanlı olmağları şübhələndirir sanki danışdıqları dil başqa adı isə Kənan, Mahmud, Aysel və ya başqa.
- Məni yandıran o deyil, məni yandıran bu yaşıma gəlmişəm ama qohumlarmın, ailəmin üzlərini tanımamışam...Nəysə ama doğurdan sizi üçün darıxmışam.Bəs içərdə Toğruldan başqa Elşini görmürəm niyə axı?
- O artıq yoxdu aramızda.
- Necə yəni?Nə olub?
Bunu demişdim ki içəri həkimlə bir kişi girdi.Gələn kimi Toğrulun yanına gəldilər.Toğrul başını aşağı əyib dayanmadan ağlayırdı.Bu o bacısının əriydi ama mənim fikrimdə Elçinin məsələsi qalmışdı.15 dəqiqə sonra həkimlə həmən kişi otaqdan çıxdılar.İçərdə bizdən başqa heç kəs yox idi.Biz içəri həkim və ya başqası girəndə susurduq.
- Balaca danışda.
- Məndə onun burdan qaçmağınnan sonrakı hadisəni həkimlərin danışığından eşitmişəm.Olara Müstəntiq danışıb.
- Nə qaçmaq? Nə müstəntiq?
- Sən burdan çıxan günün axşamı o mənə gecə burdan qaçacağnı dedi.eyəsən qorxularna qalib gəlmişdi çıxmaq istəyirdi.Ama onu burdan nə müayinəçıxardardı, nədə testlər.
- Niyə axı?
- Səncə gələn günnən qışqıran adama kim inanardı birdən?İnanmaq o yana başqa bir şeydə varıydı.
- Nə?
- Sən ata və oğul hekayəsin eşitmisən?
Ata və oğul.

İslam adında bir gənc olur.Heç kimlə yola getmir, hamıynan dalaşır özünü çox qəribə aparır.Onun bu hərəkətləri üzdə olsada bəlkə ama ailəsini narahat edir.Bir gün atası ona yaxınlaşıb bunu deyir:
- İslam, oğlum niyə beləsən axı?Niyə belə edirsən?
- Nə edirəm axı ata?Nə istiyəcəm ki?Hər gənc uşaq kimi maşın istəyirəm.
- Oğlum əgər sən mən nə desəm onu etsən səndə maşın görəcəksən.
- Yaxşı ata qoy sən deyən olsun.
Beləcə doğurdan da günlər keçir İslam təmiz dəyişir, o ancaq evdəkilərin sözüylə oturub durur.Və bir gün aşın almaq vaxtı gəlir.Bunu öz atasıda hiss edir.İslam atasına yaxınlaşıb:
- Ata, bir maşın görmüşəm həm ucuz həm də yaxşıdı onu istəyirəm
- Atası isə:
- Maşın?Bax oğlum mən sənin yaxşılığvı istəyirəm ona görə sənə maşın olmaz.Bax dostlarvı yığarsan gəncsən avariya edərsən sora biz nə edərik sənsiz?Ona görə almıram
Bunu eşidənnən sonra İslam vəziyətin təsəvvür elə aldandı.Həm etibarda, həm istəyində.Və yenidən əvvəlki kimi olmağa başladı...
- Elçində yaxşılaşırdı ama həkimlər ona günnən günə daha da pis olduğunu deyirdilər.
Mən indi onu yaxşı başa düşürdüm.
- Bəs o neylədi?
- Plan qrub qaçdı.O gecə mənə yaxınlaşdı və mənnən qaçması üçün kömək istədi əndə razılaşdım.Çünki ou nə mən nədə başqası saxlıya bilərdi.Gecə 3 olardı.Birdən o qışqırmağa başladı.Məndə qışqırırdım.Gecə növbəsində olan həkim əlində sakitləşdirici ilə ona yaxınlaşdı oda mənimm onuN çiynini dişlədiymi dedi.Həkim onun xalarını açanda Elçın cəld həkimin boğazıyla,ağzınnan yapışdı.Ağzını tutub həkimin əlindəki yatızdırıcı iynəni onun boynuna saldı.Həkim elə anında uyudu.Dəhlizə çıxanda məndən, birdə içərdə olan iki nəfərdən gəlməni soruşdu mən getmək istəmədim.Amma o iki nəfər qaçdılar.Bilmirəm necə oldusa pəncərədən baxanda o rahat şəkildə gedirdi.Yəqin aşağdakı növbətçi onun həkim olduğunu zənn edib, yada yuxuluyub.
- Sora nə oldu?
- Sorasın həkimlərin danışığından eşitmişəm.O burdan evlərinə yox atasıynan , anasının qərbirin yanına gedib..Qəbirsanlığda gecə növbəsində olan qarolçu onu buralıqda neçə gün gördüyünü deyib.Sora daha oralıqda görsənmyib.Onu soralar öz evlərində görüblər.Bir gün küçədə ona bir kişi yaxınlaşıb atasının dostu olduğunu deyib.Oda əvvəlcə çəkinib.Atasının dostu onu evlərinə aparıb.Onu öz evlərində yaşatmağa qərara gəlib, bəlkə belə səhvlərini düzəldə bilərdi.
- Nə səhvi?O nə edib ki?
- Sən demə atasını bu işlərə onun dostu qurşandırıb.Ama oğlunnan istifadə etmək ağlına gəlmiyib.Müstəntiqə belə deyib.Bir gün telefon danışığında atasının dostunun söhbətini Elçin eşidib.Elə həmin a ordan qaçıb.Evlərinə getmirmiş, küçələrdə qalırmış.Son vaxtlarında isə özünü qəribə aparırmış.Gedə-gedə yolda tez-tez arxaya çönürmüş,kimsə ona yaxınlaşanda qaçırmış.Bir müddət sonra atasının dostu onların evlərinə gəlib.Elçin otağında olub.Atasının dostu onun otağına yaxınlaşanda qırılan şüşə səsini eşitdiyin deyib.Qorxusundan Elçin özünü aşağı atıb.
- Yazıq, uff bu nədi e.
- Salam Ləman,
- Salam Toğrul.
- Sənə ELçini danışdı yəqin?
- Hə Toğrul danışdım-Ceyhun dedi.
Birdən otağın qapısı açıldı təzə iki nəfəri gətirmişdilər.ir qız bir oğlan idi.Oğlan təxmini mənlə yaşıda oxşayırdı.

Hər şey bir-birinin təkrarı.

Pessimist bir oğlan valideyinlərinə gündəlik şablona çevrilmiş həyatından bezdiyini deyir.Və onlara başqa ölkələrə getmək istəyini deyir.Valideyinləridə bəlkə onu bu səfərlər dəyişər fikiri ilə yola salır.Oğlan Amerikaya gedir.Bəlkə ona lazım olan .eylər burda var...Düzdü varıydı yeni-yeni binalar,yeni insanlar ama bir müddət sonra burdan da bezir və başqa ölkəyə gedir orda da eyniylə təkrar olunur.Bu səfər evi üçün darıxır və evlərinə gəlir bir müddət sonra evlərinnən yenə getmək istəyir.
Məimdə hətaım bu cür olmuşdu, əvvəlcə bura gələn də evi istədim, sora evdə buranı istədim və indi burda çürüyəcəyimi bilib yenidən çıxmaq istəyirdim bu səfər isə başqa cür.Bəlkə öz dünyamızın sakinlərini bir yerə yığmaqla, burdan çıxıb bir yaşayacağmızı düçünürdük.Günlər keçdikcə bu fikirlər ağlımıza sərf edirmiş kimi başqa .eylər düşünmürdük ancaq bir olmağmızı fikirləşirdik.Elə günlər olurdu ki, gecələr səhərə kimi fikirləşirdik.Təzə gələnlər isə bacı qardaş imiş.Olar bizlə heçdə münasibət qurmurdu.Ama günlər keçirdi və onlarda bizə yaxın olmağa başlamışdılar.

Şir və dovşan dostluğu.

Bir gün meşəyə zoorparkdan adamlar gəlir.Gəlməklərinin səbəbi isə burda nə qədər heyvan varsa hamısını aparmaq idi.Bunu sanki hiss edən heyvanlar hamısı gizlənməyə başlayır.Ama iki heyvandan başqa hamısına çifayda.Heyvanların hamısını tutullar ama necə olursa bir dovşan və bir çir meşədə qalır.Bu böyüklüyündə meşədə ikisidə avara avara gəzirlər.Şir əsəbləşməyə başlayır.Axı daha dovşandan başqa canlı qalmamışdı.Ac olanda isə şirə yaxın durmaq qeyri mümkündür.Dovşan isə öz kefində ancaq bitkilərlə qidalanır.Beləcə günlərin keçirdir. ama şir dözə bilmir.Bir gün elə olur ki, bunlar qarşı qarşıya gəlirlər.Şirin gözləri dovşanı iri bir ət parçası kimi görür.Və dovşana onu yeyəcəyni deyir.Dovşan isə ona:
- Gəl ye ay şir bəs sonra?-deyir.
- Nə necə sonra?Mən səni parça-parça edəcəm.
- Sən düz etmirsən sonrasını düşünmüsən?Bax məi yesən bu meşədə tək qalacağsan.Tək qaldıqca isə tənhalıq səni parça-parça edəcək,əzabla öləcəksən.Məni yeməsən həm yaşayacaqsan həmdə dost qazanacaqsa.
- Bəs mən acmışam axı?
- Bu boyda meşədə oxlu yeyiləsi başqa meyvələr bitkilər var olarla qidalan.
Şirdə dovşanın haqlı olduğunu görüb bitkilərlə, meyvələrlə qidalanır dovşana isə dəymir.O artıq taleyi ilə barışır.
Beləcə təzə gələn uşaqlarda özlərinin taleyləriylə barışırlar.Bizə yaxın olurdularda.Oğlanın adı Nicat idi, qızın Aygün.Olarla söhbətimiz gecələriin birində birlikdə yaşamaq fikirlərimizi bölüşəndə bizlərə qoşulmaları oldu.Mən:
- Bəlkə öz dünyamızı quranda bizə rahat olar, hər kəsdən qaçarıq.
Birdən Aygün
- Hara qaçsan orda olardan yenə var dedi.Bu söz bizə təsir etdi.Hətda elə ki, biz fikirimizdən daşınmaq istəyirdik.Və bunu dedikdə.Birdən Nicat:
- Görürsüz demək siz öz dünyavızı qurmağı fikirləşməmisiz, tez yorulduz fikirdən tez yayınırsız.GƏRƏK SƏN MƏQSƏDİN VARSA ONA ÇATMAQ ÜÇÜN ÇAPALAYAN VAXT SƏNƏ MƏQSƏDİVƏ QARŞI DEYİLƏN FİKİRLƏRİ SƏNİ SÖYÜRLƏRMİŞ KİMİ QƏBUL ET VƏ HEÇ KİMƏ QULAQ ASMA.Bunu demişdiki o üzünü çevirdi və gözlərini yumdu.Mən səhərəcən yatmadım.Necə oldu bunlar dünyamıza girdilər.Axı o qədər böyük bir .eydə olmadı axı.Səhər duranda Ceyhun ağlayırdı o Aygünə həyatını danışırdı.Toğrul yenə nəsƏ oxuyurdu.Nicat isə pəncərəyə baxırdı.Mən ona yaxınlaşdım.Yanında oturdum.
- Nicat mən sənə bəyaqdan baxıram eyni yerə baxırsan niyə?
- HƏR DƏFƏ BELƏ OLUR.DÜŞÜNÜRSƏNKİ QƏFƏSDƏSƏN,BUNA GÖRƏ AZADLIĞA CAN ATIRSAN,AZADLIĞVI TAPANDA İSƏ YENƏ AZADLIQ İÇİNDƏ AZADLIQ AXTARIRSAN.
- Axı insanl...
- O SƏNDƏDİ.SƏN AXTARDIQCA İSƏ AZADLIQ SƏNƏ DAİMA QAÇACAQ KİMİ GƏLƏCƏK.BUNA GÖRƏ SƏN ONU HƏR DƏFƏ DAYANMADAN TƏQİB EDƏSSƏN.ƏGƏR QAÇMAYIB YERİNDƏ DURSAN ONUN VARLIĞINI HİSS EDƏCƏKSƏN.

4 Şubat 2010 Perşembe

Kimlərsə düşünəcək fanat dindarlar, kimlərsə düşünəcək dinini pula satan dindarlar, kimlərsə düşünəcək dinlə yatıb duran adamlar haqdadı ama bu hamısı haqdadı.Mənim ailəm, mənim qohumlarım hamısı dindardı, atam isə dini dükanın sahibidi.Ama bunu bura qatmağımda səbəb isə yazılacaq mövzu haqda bilikli olmağımdı.Dindarın danışdığı hər mövzuya baxsan ilk Allaha sevgidi ancaq Allah üçün ancaq Allah üçün.İlk baxışdan bu adama düzdü müsbət təsir edir ama zaman keçdikcə oların dediyi hər kəlmədə qorxu olduğunu hiss edirsən.Allahdan qorxmaq lazımdı ama Allahdan qoyduğu təbiət qanunu üçün qorxmaq lazım deyil.Qohumlarım danışır ama hər sözdə cəhənnəm qorxusu var, oxunan dualarda səvb arzusu var.Mənim istədiyim şeylər isə həyatı səvaba görə yaşamaq deyil mənim istəyim hər şeyi içdən eləməkdir.Sizcə qorxduğuna görə səvabla yoxsa hansısa br cavan yoldan keçən qocaya qolundan tutub keçirtdiyi ilə qazandığı səvab birdi?Yox heçdə belə.Demirəm namaz qılmıyın məncə hər şeyin vaxtı vaxtıda dəyər lap çoxdu.Mən artıq 3 ildi namaz qılıram ama yadıma düşmürki səvab qazanmaq üçün namazda artıq dua oxuyum, ya kimlərinsə xoşuna gəlmək üçün dindən söhbət eliyim mənim ona qarşı etdiyim bütün hərəkətlər isə hamsı içdəndi.Bəziləri kimi qorusundan içimdə sulları gizlətmrrəm ondan qorxmaq yox ona yaxın olmaq lazımdı.İndi 2222 dənə din çıxıb eramızdan əvvəlki dinlərdə artıq gündəliy həyatımıza qayıdıb.Vahabilikdə boşdu, xristianlıqda boşdu, yahudilikdə boşdu, çamanizimlikdə boşdu, ateizimlikdə boşdu, totanlıqda boşdu.İtəmirəm sizədə dini məni kimi hər səhər sübhə təbiklə durquzmağla sevdirsinlər, çalışın buna yol vermiyin artıq mən ilk vaxtlarda mənə deyilən şeytan sözündəndə qorxum yoxdu.

Süni gülüşlər!


Bəlkə bu ad sizə şablon xarakteri daşıyır ama hər şablonda da bir yenilik var.Məni bu həyatda saxlıyan 3 şeydən biridə kimlərinsə ötəri quş kimi gəlib gedəcəyini bilib qara qəlbi qırmamaq üçün yola verdiyim süni gülüşlərimdi.Düzdü üzdə görünən xarici görünüşdü ama heç kim hər maskanın altında kimlərinsə yox nələrinsə gizləndiyinnən xəbər tutmaq istəmir,artıq kimlərləsədə yanaşı qurulun hər mimikanında süniliyi var.O biri özünü arvad bilib kiminsə dalıyca danışır bu isə kiməsə ləzzət edir və gülür, kimsə o birisinin ata, anasıyla zarafat edir qarşısındakının div olduğunu görüb buna məcbur gülür, kimsə kimnənsə bezib dostunun danışdığı hər kəlməyə gülür ama onlar yox səbəblər gülür.Mənə marağlı gəlir görəsən kimsə ağlıya ağlıya gülüb?...Qəribə aura.Hər şey robotlaşır yemək istəyirsən artıq robot hazır edir, gəzmək istəyirsən robot sənin yerivə gəzir kimisə söymək istəyirsən artıq sənin yerivə robot söyür indi isə gülmək istəyirsən artıq sünilik robotu gülür.Mənim yadıma gəlmir axrıncı dəfə nə vaxt ürəkdən gülmüşəm güldüyüm vaxt isə həyata qarşı kor gözlərlə baxdığım zamanlar olub.Bəzi dişovkaların,səviyəcən özlərində üstün görünsədə dilənçidə belə olan bir quruşa dəymiyən bəzi səviyəsizlərin, mədəniyyəti sadəcə ağızlarda söz kimi eşidən əməlcə isə nə olduğunu bilmiyən bəzi ədəbsizlərin gülüşü adama kimlərin nə olduğunu artıq gülüşündən bildirir.Ona görə bu həyatda çalış gülmə ver kiməsə səndə qalan isə olsun süni gülüşlər, bəlkə onda bu kimlərisə qıcığlandırıb başlarını daşa döyər.Sevmə həyatı, Gülmə heç vaxt, çalış ağla həmişə, qaç hamıdan, qaç qaranlığa sənin yerin ora, sevmə ailəvi ver ancaq olara süni gülüş, səni alçaldan ailəndi, səni alçaldan cəmiyətindi, yalnız olara lazım olanda yada düşürsən valideyinlərvin dediyini edəndə can eşidirsən lazım deyil sənə sünilik onnansa ver sən sünilik...