THOUSANDS OF FREE BLOGGER TEMPLATES

21 Şubat 2010 Pazar

Ya səninəm yada heç kimin!

Tanışlıq

Saat axşam 6-ya qalardı.Hər gün kimi bu günümdə qışqırığlar:
A: - Küçüyün biri
Mən: - Eee çıx otağımnan get, get dualarıvı özün üçün oxu, qorxma belə ucadan oxumaqla mənə təsir edən deyil
- Kəs küçük, kafirsən sən, çox dəyişmisən,şeytanlaşma gedir səndə xəbərin var?Çıxardıb səni yolunnan özüvə gəl.
- EEE əcəb edib, bacarana can da qurban
- Mumla buna bax, əstəfurullah, dayan sən deyərəm dayıva o səninlə başarar.Ay bədbəxt sənə yazığım gəlir, bəsdi qulaq asdın o mənasız mahnılara bəsdi.
- ....... ufffff
- Ufuldama, valideynivə hörmət qoymursan yanacağsan ay bədbəxt.
- Onsuz Allahın məni bu günə salmaqla, dostlarımı əlimnən almaqla mənim içimi yandırır.(əlimə A kitabını aldım)
- Hə, oxumuşam o kitabda mənasız düşüncələr, yersiz di, səni oduda, o kitablardı bu günə salan, kimdiye vapşe o, Qaraqan yox a angeldi?(təbəssümlə)
- Qaraqan kimdi? İlin ən çox satılan kitabının müəllifi, ilin ə yaxşı gənc yazarı.
- Boşdu ay bədbəxt hamısı boş, Allahdan başqa hamısı yaıandı.Otur Quranıvı oxu.
- Boş olan sizlərsiz, sovet fikirli yazığlar.Allah mənə göz verib ama kor göz o isə mənim həkimimdi gözlərimi sağaltdı, kor olan gözlərim ind hər simanı tanıyır.
- Yox a, qara qara geymlər çıx bu qara paltarlardan
- Eeeeee
Qapını çırpıb çölə çıxdım.Səs hələdə gəlirdi ama qapını bağladığım üçün uzağdan gəlirdi.Sanki belə etməyimlə qulağlarımnan ağır yük qalxdı.Dəniz qırağına qaçdım, elə bil illər boyu dənizin ortasında ac, susuz qalan insan kimi sahili görəndə qurtulmaq üçün ora can atırdım.Hava bir az külək idi, noyabırın sonları olardı.Dizimi qucağlıyan əllərim evdəkilərin hirsini dənizdən çıxmaq üçün daş istədi.Bu istək elə həmin anda öldü, çünki bəzən belə olur kimlərinsə hirsini həmişə səninlə olan yaxınunnan çıxırsan, ama onu itirənnən sora peşman olursan məndə dnizi itirəcəymi düşünüb fikrimi basdırdım.İndi isə onun qumunu qucağlıyıb uzanmışdım.Belə olanda çox vaxt kimlərəsə ehtiyac duyuram 1 dostum var idi, bu hyatda mənə yaxın olan bircə o idi.Onu çağıra bilməzdim mən institutda o isə orta məktəbin 11ci mərtəbəsində oxuyurdu, oxumaqdan əlavə isə hazırlıqları var idi.Ona dediyim kii mən mənə verilən sınağdan keçdim indi sənin növbəndi.Öz-özümə:yox yox çağırmıyacam,blirəm onsuz bircə gəl diməym kifayətdi ama yo bəsdi onuda yordum mənlə.
Bəzən onunla da mənim aramda kimsə olmaq istəyir ama ola bilmir, olada bilməz, çünki bunu zümüz istəmirik.10 dəqiqə idiki uzanmışdım, telefonumda isə Dərvişin "Dəniz" mahnısıydı səssiz durub küləyin dəniz dalğalarını necə oynatdığına baxırdım.........Birdən it hürüşünə dik atıldım.Bu səssizlikdə bu it hardan çıxdı?Kimsə isə həmin an ağacın arxasına keçdi, sadəcə kimin olduğunu görə bilmədim.Saata baxdım bu nədi?Mən qumun üstündə yatıb qalmışdım?20 dəqiqə nə tez keçdi?Saataın əqrəblərini kimsə qovmuşdu, yada harasa tələsirdi.Arxadan kimsə mənə tərəf gəlirdi bunu xışıltıdan bilmək olurdu.Çönəndə isə....Mələk bəli bəli qarşıma düşnən sanki qovulmuş aciz Mələk.İnanmırsız bəlkə ama doğurdan bu qanadsız Mələk idi.Bu nədi ağzı tərpənib nəsə deyir ama mən onun gözlərinnən başqa heçnə görmürəm sakitlikdən başqa heçnə eşitmirəm.Birdən idarəni ayaqlarım aldı məni ona doğru apardı.
Mən:- Salam
Mələk:- Salam, niyə burda uzanmısan?
- Bilmirəm, qəşən itin var.
- Bağışda səni hürkütdü.
- Yaxşıki hürkütdü yoxsa gecəni burda qalacağdım.
- ...... (təbəssüm)
- Sən Mələksən?(burda da təbəssümün ikinci təcəssümü)
- Adın nədi?
- Mənim, Adım Gülnardı sənin?
- ----
- Lap yaxşı.
- Niyə quma uzanmışdın?hm?
- Heç məni bura çəkən dərdlər yorğunnuğumu yadıma salıb məni yatızdırmışdı.
- Nəsə olub?Kimsə yaxını ölüb?Kimisə itirmisən?
- Yo, ev söz söhbəti bura qaçdım
Birdən o öz saatına baxdı və
- Bağışda qalsın başqa vaxta hava qaralır artıq mən getməliyəm.
- Hm olar səni ötürüm?
- Ama axra kimi yox ok?
- Yaxşı, hə bayaq başqa vaxt dedin olar saba burda görüşək?
- Bilmirəm
- Yalvarıram 6-da burda olda nolar?
- Hə yaxşı, hə burda sağollaşaq.
- çatdıq?Nə tez?
Bu vaxt zamana nifrət etdim yenə vaxtı tez apardı.Sağollaşmamışdan qabağ nömrəsini almaq istədim ama özümü saxladım çünki məni hər keçən qızdan nömrəsi almağa çalışan oğlan kimi tanıyardı sorası isə pis olardı.

Etirafım

Sağollaşandan sonra evə otağma doğru can atırdım, sakitlik istəyirdim onun üz cizgilərinin yadımnan çıxması qorxusu məni ələ alırdı.Evə girdim.
- Hardasan küçük?
- dəniz qırağında.
- Yalan danışma inanmıram.
Özümə bu an nifrət etdim və özümə dedim"mənə lazım idi cavab vermeyim?"İnanmırsan marağlıdı niyə soruşursan7Beləddə.Soruşur düz deyəndə isə inanmıram.Cavab vermiyib otağıma keçdim.Onu, tək onu düşünmək üçün.Yerimə uzandım yatmaq istəyirdim onu yuxumda canlandırmaq üçün, bu nədi mənona vurulmuşam?Onu sevirəm?Kimdi axı o?Bəlkə doğurdan məni bataqlığdan çıxarmaq üçün Məlıyimdi görsənib?Bilmirəm bircə onu blirəm ona qarşı nəsə hiss edirəm.Özümü tanıya bilmirəm sanki.Bu fikirlərlə axşam düz saat 2-iyə kimi yata bilmirdim.Həyatda da belədir yatmaq istyirdim ama yuxum gəlmirdi, bu bəzən mənə "sənə lazım olmuyanda hər haşsısa marşutun rəqəmi gözüvə grir ama sənə həmin marşut lazım olanda həmin rəqəm yoxa çıxır" kimi bir şeyi xatırlatdı.Səhərin açılmağını həyatımda bu qədər istəməmişdim, Günəşin doğumunu hər zaman ölməyi ilə əvəz etməyini istəmişəm ama bacarmamışam.Fikirdə ancaq Gülnar,tavana baxıram Gülnar yazısı, balışa baxıram Gülnar bu nədi yəqin bəbəyimə kimsə Gülnar yazıb.Gecə səhərə yaxın yuxuya getdim.Səhər isə düşündüm ki, 1-dən tez durmaram bu isə onunla görüşə bir azda yaxınlaşdırar sanki şeytan yuxumda mənimlə oynayırdı.Saat 11-ə qalmış mən yuxumdan durdum,durannan sora hamının etdiyi şablon ev hərəkətlərinnən sora saat 12-nin yarısı olardı.Vaxt geriyə mən isə irəliyə,belə olanda isə qarşıva əngəllər çıxanda isə sənə tellər əsəbdən başqa heçnə vermir.Televizoru yandırdım, dişovka yemək bişirmək verlişlərinə baxıb iştahımı qaçırdannan sora aşağı düşdüm ancaq uzağa gedib sakitlik istəyirdim təbii ki, görüş vaxtınacan.Görüşə o qədər həyəcanlanmışdım ki, qorxduğum şey başıma gəldi, onun üzünü yaddan çıxartdım, elə bil onu indi görsəydim tanımazdım.Küçəyə çıxanda isə sanki hansısa dövlətin sevilmiyən padşahı kimi küçədə gəzərkən onlar məni qarşılamağa yox məni taxtdan salmaq üçün başıma daşlar vururdular, onların daşları isə sözləri, atdıqları atmacalar idi.Bəxtim isə o vaxt gətirirdi ki, məhlədən bir dənə qardaşı ilə yanında qısa yubkalı qız keçsin nəzərlər ona tərəf qaçırdı.Yox, düşünmüyün qız utancağından başını aşağı salırdı, rayondan gəlib özünü birinci dəfə şəhərli kimi göstərmək istəyi heçdə pis alınmırdı.Qıza baxılanda, söz atılanda o dahada gülürdü bu ona xoş gəlirdi yazıq olan isə yanındakı qardaşı.Nəysə əlbətki qız orda qalası deyildi ona görə tez marşuta mindim bilmirəm niyə ama azacıqda olsa uzağa getmək istəyirdim həmişəki kimi bu istəyimdə içimdə qalırdı.Hər beş addımdan bir insancığazların özlərinin yaratdıqları süni dayanacağlar buralardan uzaqlaşmaq ümidlərimi həvəsdən saldırıb öldürürdü, hələ təzəcə eşitdiyim söyüşləri demirəm.Belə olacağnıda bilmirdim vaxtı görüş vaxtına sürüyə bilmirdim.Dözə bilmədim saat 4-ə az qalmışdı ki, mən görüş yerinə getdim.Həyatıma qısa nəzər keçirdənnən sonra saat 6 olmuşdu.Budur uzaqdan it səsi gəlirdi, bəlkə həyatımda bir itin səsini eşitməyə bu qədər ehtiyac duymamışdım.Ona sakit yaxınlaşdım, çünki özümə hakim ola bilmiyəcəymi bilirdim buna görə ən yaxşısı sevincli yox adi yaxınlaşmağım olardı.
- Salam Gülnar.
- Salam ---
- Necəsən?hmm
- Yaxşıyam, çox gözlətdim? İndi gələnə oxşamırsan.
- Yo bir az olar gəlmişəm(ona bu cür deməyimin tək səbəbi isə üzüntüsünü görməməyim idi)
Burda isə danışıqlar....Birdən özümü saxlıya bilmədim.Əsil ilk görüşdə vurulmaq buna deyərdim
- Blirsən hmm
- Nə?Niyə susursan?
- Gülnar şey mmm, bilmirəm bəlkə məni yüngül adi oğlan kimi özündə biləcəksən ama...
- Nə ama nəsə olub?
- Mənim sənnən xoşum gəlir, blirəm blirəm deyəcəksən bu nədi ikinci görüşdə hələ heç məni tam tanımırsan, birdən belə deməyim hamsını blirəm, aması oldu ki mən bunları nəzərə alıb deyirəm.
- Nəyi bilirsən?Nə bilirsən bəlkə mən səni yarı yolda qoyan düşmənin olacam blirsən ---- məncə sənə indi cavab verməyim ağılsızlıq olar.
Özümü sındırmamaq üçün
- Hə düz deyirsən.Ümidsizlik içində ölü ümid.
- Mənə nömrəvi verə bilərsən?
- Hə, hə 050 -- -- --
Sanki reinkarnasiya baş verdi.Mən özüm onnan nömrəni istəmirdim ki, məni pis başa düşər bəzəndə düşünürdüm görəsən indi elə sevgililər varmı ki, bir biriylə ancaq smsləşməsin məktublaşsın ya görüşsün,çətin.Danışa-danışa isə sadəcə məni ona bağlıyan gözərinə baxırdım doymurdum.Yenə dünənkinin təkrarı oldu fərqli olan isə nömrələrmizi bilməyimiz idi.Mən doğulurdum.

0 yorum: