THOUSANDS OF FREE BLOGGER TEMPLATES

28 Aralık 2010 Salı

Bosh-Bosh

Her defe pessimist musiqiye qulaq asanda oz ozume duwunurem sabahdan heckimle unsiyyet qurmuyacam dost dediklerimle elaqemi kesecem hamidan arali duracamama seheracilanda onlarsiz kecinmeyin mumkunsuz oldugunu gorursen yada sevgilimle dalawanda axwamlar oz ozume deirem bir daha onunla daniwmiyacam ama seher acilanda ilk sevglim sozunu men deirem,yada hecneyin vecime olmayacagini deyirem cehennem olsun imtahanlar ama seher acilanda elimde imtahan suallari oxudugumu gorurem.Neyliyek valideynimin sevimli,oyune bileceyi ovlad ola bilmedim daha dogrusu olmaq istemedim,neyliyek ve ne bileydimki oz isteylerimi etmek valideyinmin gozunde meni qudurmuw seviyesine getirib cixardar neyleyimki ucun onun ideal wahzadesi ola bilmedim,menim vecsizliyim onu sevmediimi duwundurur, neyleyimki onun ucun ede bildiklerim bu qederdi bu deyqe ne istediyimi belke hec ozumun ozluyude bilmir qaldiki men...Men artiq bugunnen sabahi yawayiram.O dereceye gelib catdiki gozlerim bugunde bugunu yox sabahdakilari gordu sabah gelende ise artiq sabahin kecmiwliyinden sabaha marag qalmadi.Buna gorede yolun sonuna catacagim vaxtdan tez catacam.1 Addim onde.bezen duwunursen bu yaxwi bir weydi hamidan ondesen,ama ele an gelirki her wein yerli yerinde olmasini isteyirsen.ele anim geldiki ne yaratdiqlari mocuzeli ,ne peygemberi nede ozuynen bawimi qatacam,veribse heyati qoy onda rahat yawayim verdiyi heyati,daha gunah cehennem qorxusuyla curumuyum,sevgilimle dalawanda ilk sagol sozun men yazacamki bezen en deyerli insanivida itirmein ne oldugunu bilim,valideynim soz deyende cavabin qaytaracamki hec kimnen asli olmadigmi gorum,borcum olmadigmi bilim,ve mahnilari pis vaxtlarimda dostlarimdanda yaxin bilecemki adi bir weyden asliq qaldigimida bilim.

13 Aralık 2010 Pazartesi

Həyatımın sevgi Epiloqu!


Hazırlaşdığım vaxt bir qız sevməyə başladım, daha doğrusu o məni sevməyə başladı.Guya mənim ciddiliyim hazırlıq vaxt çox zarafat etməməyim, etsəmdə yerində etməyim, xasiyyətim xoşuna gəlib(o demişdi belə)...Nəisə hamıya bir şey köhnələn kimi maraqsız gəldiyi kimi mənə də tanıdığım insanlar daha maraqlı gəlmədiyindən onu sevməyə başladım.Bir növ yeni insan tanımaq.İnanılmasada sevgim 1 həftə çəkdi, çünki qız yüngül biri çıxdı.Yüngül deyərkən mənə qarşı elə deyildi, sadəcə mənlə danışanda əsil sevən kimi, məni qısqanırdı, sevgililər arasında arada xoş söz olsun deyə " darıxdım səçün" deyən sevgililər kimi oda mənə deyirdi, görüşə çağırırdı, ama bircə hərəkəti hər şeyi pozdu və mən ondan ayrıldım, ayrıldığım zamanda əsil sevənlər kimidə hönkürtü ilə ağlamağada başladı.Ayrılmağımdan 2 həftəyə yaxın sonra xəbər çatdı ki, O, yuxarda dediyim yüngüllüklə məşğul olub bir iki dəfə!Heçnə ayrılmağıma peşman olmamışdım sadəcə peşman olduğum bu idi ki, mən ona "tərbiyəli qızdı" demişdim =)...Üstündən 2 ay keçdi və bəzən gözəl olmuyan biri bir anda gözəl gəldiyi kimi mənə də o qədərdə gözəl olmuyan(zahiri), sevgi yaşamamış ama savadlı, hər şeyi yerində edən bir qıza vuruldum(hazırlıq yoldaşım idi).Ona sevgimi məktub vasitəsilə dedim, təsəvvür edin ona məktubu verim yerimnən necə qaçdımsa birdən evmizin qabağında olduğumu gördüm.Neçə gün hazırlığa getməyimə utanırdım, hətda elə dərəcəyə çatmışdım ki, kağızı verməyimə peşman da olmuşdum.Uzatmıyım...Müsbət cavab aldım ama sən demə problemlər qabağda imiş.İkimizdə Universtetə girdik, sonra şəhərdə azda olsa görüşməyə başladıq və problem onda oldu ki, qızın sevgi anlayışı yoxuydu, o dərslərini məndən üstün sayırdı.Özü bunun olduğundan tam xəbərsiz idi, axır günlərdə onu görüşə çağıranda dərslərim var deyib istəməsədə üzünü mənə qarşı çevirmiş olurdu.Bu çox getmiyəcəkdi belə də odu.Mən ayrıldım!Nəhayət azadlığımı tapdım, istəmirsən həyatda bəzən kiməsə acı verəsən, ona hörmət edirsən, ona bütün varlığvı bağışlayırsan və saf olduğun üçün düşünürsənki hamıda belədi ama başa düşən və düşmüyəndə olsa heç biri sənə sən verdiyivi verə bilmir, həmin an isə özüvü boynunda halqa asılmış və halqadan da asılmış kəndirin sahibivin əlində olan itin yerində hiss edirsən.Bu ölümə bərabər bir şeydi!Fizikada belə bir qanun var iki + bir birini inkar edir ama bir - və bir + bir birini qebul edir.İlk vaxt bunun həqiqət olduğunu düşünürdüm ama sən dimə bu yalan imiş.Çünki səni səndən başqa heç kim anlıya bilməz!

Yeraltı Dünya


Metro.Bu gördüyüvüz şəkli mən özüm çəkmişəm Metronun içərsində..Marağlıdı hər kəs harasa tələsir, hamı adi boş duracaq kimi yox bir istiqamətdə hamı qapıya tərəf.Tam görüntülüyə bilmədim...Başqa vasitələr kimi buda özündə cürəbəcür adamları birləşdirir, kimisi bilirki əlindəki camaata lazım olmuyan əşyalarla çətin pul qazansın və özünə ev alsın ama yenədə satan satıcılar, kimisi tələsənlər, kimisi rayondan gəlib metroya minib özünü səviyyəli sayan qıjılar (metrodan da elə çıxırlar ki, sanki dünya ayaqlarının altında), kimisi tanış olmaq üçün bura minən yek qaqaşlar, kimilərisə tam ciddi, kimisi gülmək üçün, kimisi dərsə getmək üçün, kimisi görüşmək üçün hər cürü var burda.İçəridə çox oturmuşam bəzən bir gündə elə olubki tanımasamda metro sayəsində tanımadığımı bir neçə dəfə görmüşəm, birinə baxıram mənə elə baxır ki, içində bunu deyir sanki " qəşəng geyimi var, görəsən buda Hostçudu?", kimisi o rayondan dediyimlər baxanda bunu fkirləşirlər ki, "a sən canı bunun vidinə fasonuna bax şəhər görmüyübe elə bil :), hansı ki, o dediyim yek qaqaşlar baxanda deillər ki, " ayda belələrini nə vurub..........eliyərdimdə"....Elə sevglilər görmüşəm ki, qızın tanışları olar birdən deyən oğlan sevglisinin əlini qorxa-qorxa tutub və tanımadığı stansiyaya gələndə isə qızı bərk-bərk qucağlayıb....Görəsən hər kəsinmi içidə onun içində olduğu kimi cürbəcürdü?Görəsən bu metro neçə son sevgiyə şahid olub?ya kiməsə onda olanda ölüm xəbərini verib?Görəsən neçə Kimisə qovuşdurub?

3 Aralık 2010 Cuma

30 DƏQİQƏ ƏRZİNDƏ GÖRDÜKLƏRİM


GETDİYİM UZUN YOL BOYU NƏ QƏDƏR OLAR REKLAMLAR, SÜNİLİKLƏ BƏZƏDİLMİŞ MAQAZİN BAŞLIQLARI, SONSUZ UZANAN AVTOMOBİL SƏS KÜYÜ, HƏR BİRİ O BİRİNİN DALIYCA NƏLƏRSƏ GÜDƏN İNSAN SÜRÜLƏRİ, HƏR ŞEY QAÇIB AYAĞIMIZIN ALTINDAN, QARŞINDA UZADILAN MƏSUM ƏLLƏR, UFF DƏHŞƏTDİ.BU GÜN BİR QOCA QARI GÖRDÜM UNİVERSİTETDƏN ÇIXANDA İDMAN ZALINA TƏRƏF GEDİRDİM.YANIMDAKI QRUP UŞAQLARI 7 SANİYƏ BUNDAN QABAĞ YANIMIZDAN KEÇƏN MİNİ GEYİNƏN QIZIN DALINA BAXIB ÖZLƏRİNƏ UYĞUN SÖZLƏR DEYİRDİLƏR, MƏNİM FİKRİMİ İSƏ QARŞIDA BİR QOCA QARI CƏLB ETDİ.ÇOX MARAĞLIYDI QARI DİLƏNÇİYDİ, AMA ÜSTÜ BAŞI TƏZƏ İDİ.ƏN MARAQ ÇƏKƏN TƏRƏFİ İSƏ ƏLİ ADAMLARA UTANA-UTANA UZATMASI İDİ.ƏLİNİ YARIMÇIQ GƏTİRİRDİ ƏGƏR QARŞISIDAKI ƏLİNİ CİBİNƏ YADA QADIN CİNSİNDƏN OLANLARA SUMKASINA ATIRDILARSA ƏLİNİ TAM UZADIRDI, YOX ƏGƏR HAMI ONU SAYMIYIB KEÇİRDİSƏ ƏL UZATMAMIŞ KİMİ BAŞQA BİR ŞEY EDİRDİ, AMA İKİNCİ CƏLB EDƏN TƏRƏFİ İSƏ BAŞQA DİLƏNÇİLƏR KİMİ "PUL VERİN" DİMƏK YERİNƏ SÜNİ OLARAQDAN "ALLAH SİZİ QORUSUN, AYAĞLARIVIZIN ALTINDA ÖLÜM, KÖMƏK EDİN" SÖZLƏRİ DEYƏN DİLƏNÇİLƏR KİMİ DEYİLDİ.SADƏCƏ HEÇNƏ SUSURDU!DARVAZANI DÖNÜB BİR AZDA QABAĞA GEDƏNDƏ İKİNCİ BİR MƏNİ ONA FİKİR VERMƏYİMƏ SÖVQ EDƏN BİR SAQQAL BASMIŞ, CIRIĞ-CINDIR PALTARLI, KÜÇƏDƏ YATAN, UZUN SAÇLI, AĞZINDA SİQARET VƏ ELƏ ORDA YATAQ KİMİ YERİ OLAN YERDƏ UZANAN KİŞİNİN HƏYATINDAN MƏMUNLUĞU MƏNƏ ÇOX GÖZƏL HƏYAT SƏHNƏSİ VERDİ.Dostu olmaq istərdim onun, çünki istəmirəm desin" Həyata cüt gəldim ama tək gedirəm!"..İstərdim onun geridə buraxdığı mən olardım, O indi ona kömək etmiyən bitlərlə dostu, ona cansız olduğu həmdə əşya oluğu üçün kömək edə bilmiyən siqareti ilə dostu!Gəldim idman zalına yuxarı qalxdım ordan futbol zalına baxdım, Danışmaqdan məhrum olanlar üçün futbol çempionatı keçirilirdi.Komandalardan biri qırmızı digəri isə ağ formada idi.Axıra kimi baxdım sonda qırmızılar qalib gəldi, ləzzət edən tərəfi isə bir birlərinə təbrik yağdıra bilməsələrdə "ƏÜ ƏƏƏ AIAUƏƏƏ" sözləri ilə və əl hərəkətləri ilə bir-birlərini təbrik edirdilər.Jurnalda iştirak edir yazdırandan sonra metroya tərəf gəldim elə bayaqkı səhnələri burda nifrətimlə davam etdim.Yerdə oturan və iş bşında olan sonsuz dilənçilər, hər addım sim200 90qəp,cin500 1man və.s olan tablolar, səs səsə qarışan disk dükanlarındakı bayağı mahnılar, metroya doluşan yarı insan yarı heyvan axışı!Necə boş gəldi mənə!Və gördüklərimi burda saxlamağa məcbur etdim özümü!Saxladımda!