THOUSANDS OF FREE BLOGGER TEMPLATES

13 Aralık 2010 Pazartesi

Yeraltı Dünya


Metro.Bu gördüyüvüz şəkli mən özüm çəkmişəm Metronun içərsində..Marağlıdı hər kəs harasa tələsir, hamı adi boş duracaq kimi yox bir istiqamətdə hamı qapıya tərəf.Tam görüntülüyə bilmədim...Başqa vasitələr kimi buda özündə cürəbəcür adamları birləşdirir, kimisi bilirki əlindəki camaata lazım olmuyan əşyalarla çətin pul qazansın və özünə ev alsın ama yenədə satan satıcılar, kimisi tələsənlər, kimisi rayondan gəlib metroya minib özünü səviyyəli sayan qıjılar (metrodan da elə çıxırlar ki, sanki dünya ayaqlarının altında), kimisi tanış olmaq üçün bura minən yek qaqaşlar, kimilərisə tam ciddi, kimisi gülmək üçün, kimisi dərsə getmək üçün, kimisi görüşmək üçün hər cürü var burda.İçəridə çox oturmuşam bəzən bir gündə elə olubki tanımasamda metro sayəsində tanımadığımı bir neçə dəfə görmüşəm, birinə baxıram mənə elə baxır ki, içində bunu deyir sanki " qəşəng geyimi var, görəsən buda Hostçudu?", kimisi o rayondan dediyimlər baxanda bunu fkirləşirlər ki, "a sən canı bunun vidinə fasonuna bax şəhər görmüyübe elə bil :), hansı ki, o dediyim yek qaqaşlar baxanda deillər ki, " ayda belələrini nə vurub..........eliyərdimdə"....Elə sevglilər görmüşəm ki, qızın tanışları olar birdən deyən oğlan sevglisinin əlini qorxa-qorxa tutub və tanımadığı stansiyaya gələndə isə qızı bərk-bərk qucağlayıb....Görəsən hər kəsinmi içidə onun içində olduğu kimi cürbəcürdü?Görəsən bu metro neçə son sevgiyə şahid olub?ya kiməsə onda olanda ölüm xəbərini verib?Görəsən neçə Kimisə qovuşdurub?

0 yorum: