THOUSANDS OF FREE BLOGGER TEMPLATES

13 Aralık 2010 Pazartesi

Həyatımın sevgi Epiloqu!


Hazırlaşdığım vaxt bir qız sevməyə başladım, daha doğrusu o məni sevməyə başladı.Guya mənim ciddiliyim hazırlıq vaxt çox zarafat etməməyim, etsəmdə yerində etməyim, xasiyyətim xoşuna gəlib(o demişdi belə)...Nəisə hamıya bir şey köhnələn kimi maraqsız gəldiyi kimi mənə də tanıdığım insanlar daha maraqlı gəlmədiyindən onu sevməyə başladım.Bir növ yeni insan tanımaq.İnanılmasada sevgim 1 həftə çəkdi, çünki qız yüngül biri çıxdı.Yüngül deyərkən mənə qarşı elə deyildi, sadəcə mənlə danışanda əsil sevən kimi, məni qısqanırdı, sevgililər arasında arada xoş söz olsun deyə " darıxdım səçün" deyən sevgililər kimi oda mənə deyirdi, görüşə çağırırdı, ama bircə hərəkəti hər şeyi pozdu və mən ondan ayrıldım, ayrıldığım zamanda əsil sevənlər kimidə hönkürtü ilə ağlamağada başladı.Ayrılmağımdan 2 həftəyə yaxın sonra xəbər çatdı ki, O, yuxarda dediyim yüngüllüklə məşğul olub bir iki dəfə!Heçnə ayrılmağıma peşman olmamışdım sadəcə peşman olduğum bu idi ki, mən ona "tərbiyəli qızdı" demişdim =)...Üstündən 2 ay keçdi və bəzən gözəl olmuyan biri bir anda gözəl gəldiyi kimi mənə də o qədərdə gözəl olmuyan(zahiri), sevgi yaşamamış ama savadlı, hər şeyi yerində edən bir qıza vuruldum(hazırlıq yoldaşım idi).Ona sevgimi məktub vasitəsilə dedim, təsəvvür edin ona məktubu verim yerimnən necə qaçdımsa birdən evmizin qabağında olduğumu gördüm.Neçə gün hazırlığa getməyimə utanırdım, hətda elə dərəcəyə çatmışdım ki, kağızı verməyimə peşman da olmuşdum.Uzatmıyım...Müsbət cavab aldım ama sən demə problemlər qabağda imiş.İkimizdə Universtetə girdik, sonra şəhərdə azda olsa görüşməyə başladıq və problem onda oldu ki, qızın sevgi anlayışı yoxuydu, o dərslərini məndən üstün sayırdı.Özü bunun olduğundan tam xəbərsiz idi, axır günlərdə onu görüşə çağıranda dərslərim var deyib istəməsədə üzünü mənə qarşı çevirmiş olurdu.Bu çox getmiyəcəkdi belə də odu.Mən ayrıldım!Nəhayət azadlığımı tapdım, istəmirsən həyatda bəzən kiməsə acı verəsən, ona hörmət edirsən, ona bütün varlığvı bağışlayırsan və saf olduğun üçün düşünürsənki hamıda belədi ama başa düşən və düşmüyəndə olsa heç biri sənə sən verdiyivi verə bilmir, həmin an isə özüvü boynunda halqa asılmış və halqadan da asılmış kəndirin sahibivin əlində olan itin yerində hiss edirsən.Bu ölümə bərabər bir şeydi!Fizikada belə bir qanun var iki + bir birini inkar edir ama bir - və bir + bir birini qebul edir.İlk vaxt bunun həqiqət olduğunu düşünürdüm ama sən dimə bu yalan imiş.Çünki səni səndən başqa heç kim anlıya bilməz!

0 yorum: