THOUSANDS OF FREE BLOGGER TEMPLATES

28 Mart 2010 Pazar

Sevdiyim qız üçün..

Mən və O



İki ayrı dünya,
İki ayrı insan.
Ama bir ürək,
Yaranan dərd yarasına,
Gəl dözək,
Sevmiyək
Bütün insanları
Üzümə duran nadanları
Azadlığa buraxaq Qarğaları
Sülh quşları kimi
Tut əlimi buraxma iki sevgili kimi
Mecnunu seven Leyli kimi
Sev meni
Qışqırıram ürəkdən hər gün
AAAAAAAAAA
Sevirəm səni
Sən mənə göndərilən bir Mələksən
Qırılmış olan tək qanadımsan
Sonsuz sağalmıyan dərdlərimsən
Sən Mənimsən
Hər şeyimsən
Mənə verilən sevgi dünyamın
Tək Hakimisən!
Səni hər şeyə çox qısqanıram
Bəzən şirin sözlərə aldanıram
Beş barmaqdan birini unutmaram
Ölülər içində səni ölü tək yaşatmaram
Yaşa dolmuş saf sevgilər
Ölüb xəyanətlə birgə doğulsada
Dünyamın sahibi səni heç vaxt aldatmaram
İnsan maskası geymiş əcaiblər içində
Mələk axtarışına çıxdım
Çox gəzdim, çox usandım
Ümidlərimi üzərkən bir gün səni
Meyidlər içində diri tapdım.....







....A....-bu sənin üçün ...G-tap

14 Mart 2010 Pazar

23-üncü Palata(ardı)

Birdən palatanın qapısı açıldı,kiminsı yanına gəlmişdilər deyəsən.
= Odur Ləman orda -həkim deyib gələrək məni görüş otaqlarınnan birinə apardı.Gələn atam idi.Bilmirəm nədənsə ama bura gələnnən sonra valideyinlərim heç yadıma düşmürdü.Uşaqlığda mənə kimlərsə deyirdi"atasız, anasız qalmaq olmaz" sözləri mənim üçün keçərli deyildi çünki bu düz fikir sayılmır.Hər halda insan öz dünyasına düşəndə ona sərf edəcək .eylərdən başqa heçnə onu maraqlandırmır.Yada darıxırıq deyənlər öz özladları olanda niyə gedib öz valideyinlərinə baş çəkməyə ərinillər axı uşaqlığı dəyişib böyüklüylə əvəz olunsada xasiyyət qalır.
- Xahiş sizdən onu üzəcək sözlər demiyin yada ona pis təsir edəcək nələrisə yada kimlərisə yada salmıyın-həkim atama dedi və qapının arxasına keçdi.
- Yaxşı,qızım ömrüm necəsən?
Mən atamı birinci görürmüş kimi mimika ilə oturmuşdum.
- Ləman mənəm atan tanımadın qızım?Niyə susursan?
- FUUff UFFF
- Heç olmasa keçən səfərlərdə nəsə dillənirdin ama indi susursan,bəlkə səni bura atmağımda günahkar bilirsən məni yox inan bunu sənin yaxşılığun üçün etmişəm.Hə bəlkə ana üçün darıxmısan onu bura gətirə bilməzdim,sənin bu halıvı görüb dözə bilmir.Anan demişkən sənə pis təsir etməsini istəmirəm ama xəbərin olsun deyə deyirəm biz artıq ananla ayrılmışıq.
Mən ağlamağa başladım,səbəbidə var idi.
-.... qızım danışmıyacağsan?ağlama niyə ağlayırsan ananla səndə görürdün bir birimizi başa düşmürdük inan bu çox yaxşı oldu ikimiz üçündə.
Atam bilmirəm özünü müdafiyə edir ya özünü mənim gözümdə düzgün mövqe tutması üçün çalışır ya nədisə ama bu belə deildi.Düzdü anam danışırdı, söz-sohbət olurdu ama günah anamda deyildi.Atam ya gec gəlirdi,yada nəisə iş görürdü anama demirdi.Anam başqa yerdən eşidəndə əsəbləşirdi,həmdə atamın işdən gəlib ona həyat yoldaşı kimi yox sadəcə yeməyini.çayını verən qulluqçu kimi baxmağıda anamı özünnən çıxardırdı və çox vaxt əvvəl birlikdə nişanlı holan,evləndiklərinin ilk günlərindəki çəkdirdikləri şəkillərə baxırdı.Belə olur hər sevgidə belədi və sevglilərin dörd ən isti çağları olur.Birincisi-təzə-təzə tanış olanda,ikincisi-nişanlananda,üçüncüsü- evliliyin ilk günlərində,dördüncüsüdə-ilk uşaq doğulanda.Artıq qıx aşına gələndə isə xəyanətə başlanılır,çox gümanki atamda da belə idi.Çox ailədə ata ananı evin büdcəsinnən uşağına pul verməini pisləyir,ana ürəyi bir daha vermiyəcəyini deyir gələn səfər uşağı istəyəndə yenə dözmür verir VƏ YENƏ SÖZ SÖHBƏTƏ SƏBƏB OLUR.Ama u bizdə belə deyildi.Daha sonra türmədə görüş vaxtını kəsən gözətçinin səsi kimi həkimində qışqırığı gəldi və:
- Daha bu qədər bəsdi, bu nədi?Axı sizə dedim onu pis edəcək heçnə deməyin.(mən hələ də ağlayırdım və duranda oturduğum oturacağı aşırtdım.
- Yox mən heçnə etmədim yaxşı qızım sağol mən yenə gələcəm- atamın dediyi sözləri qapının çölündən eşitdim.Həkim məni yerimə gətirdi mən isə yenə göz yaşımı tökürdüm səbəbi varıydı, içərdə olan güzgünün qabağına keçib kəsik olan sifətimə baxırdım sanki başqa Ləman.Bu vəziyətə necə gəldiyimi başa düşməyə çalışırdım.Mən belə deyildim axı.İNSAN ƏN XOŞBƏXT ANINDA AĞRI DUYMAQ İSTƏYİR AĞRINI HİSS EDƏNDƏ İSƏ ONDAN QAÇMAQ İSTƏYİR.SEVİNDİYİM BİRCƏ ODUR Kİ HƏYATA GÖZÜM AÇIQDI.Bu vaxt uşaqlığda böyüklərin mənə əlimi yandıranda,ya nsəs olanda"müvəqqəti ağrıdır,döz buda keçəcək,buda bir Allahın sınağıdı"sözləri ilə təsəlli tapmaq istəyirdim ama bu belə deyil axı.Düzdü zaman onu qırağa daşmağa qoymuyan çay daşlarını,dağın ətəyini yuyub öz axarıyla aparan ÇAY kimi həyatda öz axarıyla onda olan hər .ei öz axarıyla aparırdı.Bəs,həmin an çəkilən ağrı,iztirabları beyinin sonsuz yaddaşından silmək olardımı?Olardı yalnız format olanda, yəni yenidən doğulanda bu isə həyatda ən yaxşılara insanın əlinin çatmağı qeyri-mümkünsüz olduğu kimi buda qeyri mümkünsüz idi.Buna ağrını daşıyana "döz" kəlməsidə öz qüvvətini mənə görə itirirdi.Mən bu vəziyyətimdə mənə xoşbətçilik arzu edənlərin siması yadıma düşür.Görəsən onlar şoxbəxtçilik deyəndə bu vəziyyətimimi nəzərdə tuturdular?Üzü gülərüz xoşbəxt olmağa onda nə varki.İndi isə içərdə olanlara baxırdım bəlkə haqsızlığları öz əllərimlə düzəldim?
- Ağlama Ceyhun, al oyuncağı- Aygün ağzında tutmuş Ceyhunun oyuncağını geri qaytarırdı.Danışığı eşitsəmdə fikrim bəyaqdan eyni yerə baxan Nicatda idi.Yenə ona yaxınlaşdım.
- Nicat, olar sənə bir sual verim?
- Buyur.
- Bura nə üçün düşdüyüvüzü heç kimə danışmamısız niyə axı?Mənə danışda olar?
- Yox!
Mən onun həmin an qəzəbli baxışlarını görüb susdum başqa söhbət açdım.
- Görəsən biz burda xoşbəxtdik?

11 Mart 2010 Perşembe

23-cü palata haqda

Blirəm bu romanı azda olsa oxuyan var v marağında olanda var sadəcə onu demək istəyirdim ki, romanı yazmaq məə çox çətindi Uni dərs yol yorğunluğu bir az mənə mane olur ama öz belə yarımçıq buraxmıyacam.Sorasıdakı bəlkə kimsə məni HOST.un fikirərinə uyğun yazdığmı düşünər bircə onu demək istəyirəm ki, Azərbaycanda doğulan Alman uşağı doğulan kimi Alman dilində danışa bilməz o Azərbayca dilində danışar buda onun düşdüyü mühit haqda xəbər verir.Mənim özümü tapdığım fikirlər belədi, sorasıdakı başa salmaqda istəmirəm çünki düzü özüm bilirəm(Mete).İnanıram yazdıqlarım sizində xoşuvuza gəlir...

6 Mart 2010 Cumartesi

İÇİMDƏKİ ŞEYTANIN ƏLİNDƏ GÖZƏL LALƏLƏR,
ALDADIR ALDANIRAM YALAN DANIŞIR İNANIRAM....

BİSMİLLAH...
NİYƏ MUSAYA ALOVLA, ÇOMAQLA, DAĞLARLA GÖRSƏNDİN??
NİYƏ MƏHƏMMDƏ PEĞƏMBƏRƏ 7777 PƏRDƏ ARXASINDAN GÖRSƏNDİN
SƏNDƏ PƏRDƏ ARXASINDA GİZLƏNMƏ...
SUALLAR SUALLAR HANI SUALLARIN CAVABI?
GÜZSÜZƏM QORXAĞAM BAĞIŞLA YOX İRADƏM.

6 Mart


Bu gün yenidən doğuldum.Bu gün bir azda böyüdüm... :)