THOUSANDS OF FREE BLOGGER TEMPLATES

27 Eylül 2009 Pazar

Mələklərin Qarğışı


Zamanı doladıb intiqam hissi ilə qayıtdı 

Neçə ölüləri sağlığında ağlatdı

Gülməli gəldi qolları yatağa bağlatdı

Qaçanların dalıyca qaçmaqla saxlatdı

Qanmaz vaxtı onu neçə insan aldatdı

Dağlarda tutulub təpələr üstdə dağlatdı

Ürəyini Səni qoruyur,səni saxlayır

Mələklər bu yaşda günahlarıvı yazmayır

Arxayın dərsi keçib

İstəsəndə beynində bunun heç birini pozmaır

Dedilər hiss yoxdu onda səni kimi torpağa gömdü

Tağrutda Mələk idi, 1 Gündə necə çöndü?

Acığa gəldi, günaha getdi

Arxasıyca toxum min sifət səpdi

Gecələrdə doğuldu gündüzləri közərtdi

Qarğaların qocası təzədən qanad açdı 

Sevənlərin qorxusuyla dünyaları qaraldı

Çəkilmiş cizgilər sonda insana bənzəsin

Özünü tapmaq üçün günahları səsləsin

Məni görmək üçün öz dilini dişləsin

Danışa bilməsin

Acanları aclığıyla bəsləsin

Yer tapsın altımızda, Qəbir əzabını gözləsin

Düşünürəm məni bu vəziyyətə kim saldı?

Artıq oda aramızda qanadlarını bezib atdı

Düşüb dilənci vəziyyətə gözləri isə qan çəkir

Yenisi də gecikir qırılmalıdı bu nəsil

Başlıqlarla gəlibdi çırpılmır cəhənnəmin dalğası

Saldı zindana məhbus kimi Mələklərin Qarğışı

Tutdu məni, sevdi məni buraxmaq istəmədi

Dözmədi, kəsilmiş damarlarla qollarını bəzədi

Onsz əl çatmıyacaq qaranlqdı dünyalar 

Sevilmir İnsanlar

Mələk Qarğışı ilə doğuldu günahlar!!!

12 Eylül 2009 Cumartesi

Bu gün AY!!!!Və üzsüzlər!



Çox pis olmağıma yenə ümid verdim çünki onsuz bacarmadım fikir verirəm bir şeyə bu sözü açığı heç kəsdən eşitməmişəm bu mənim olsun Artıq dərdlərdə təzələnmir onlarda təkrarlanır bilin niyə mənlə ünsiyyətə girəndə"Hamı eynidiye fikir verməmisən?A kimin nə olmağı kimin nə vecinə"sözlərdə şablondu o haqda danışılanda maraqlı gəlmir mənə taxta insanlar deyəndə də maraqlı gəlmir.Heçnə maraqlı gəlmir dünənə üfürülmüş şamların bu gün öz özün yanması belə.Gözlərdəki yaşlarımı tökəndə belə torpağa dəyməmiş mənə son yalvarışla baxdıqlarını və torpaq dadmaqdan bezdiklərini özlərində tökdükləri göz yaşlarında göstərdilər.Tənha gəzmək sevimsiz ilk baxışlardan ama Allah oda bu əsirə qədər tənha olub.Özüvü ona bərabər tutmaq istəyirsən?Sən bilirsən bunla nə edirsən?........Nə danışırsan fikirləşəndə belə fikirləşki sora bu söz haqda nə fikirləşərlər!Bəlkə mən pis demədim qonşuma sərf etmədi pis kimi poster çıxartdı.Yapışdırdı öz otağına saatlarla düşünürdüki Emin burda nə demək istədi sonda həmişəki kimi yenə başa düşmədi yənə çığırdıki o Allaha inanmır.İnanmağım ya yox o kimə bel bağlıyır dərdli düşüncə olsada mənidə maraqlandırmır.Boş küçələrdə tək oturanda gələn suallar əslində yanımda biri var ama yoxdu heç kim verir dalbadal  bəlkə dayanmaq istəyir ama ağzına ləzzət edir o dayanmır selsi isə çox güclü olduğu üçün başı fırlanır fırlanır yox düşünmüyün yıxılacaq o vəzyətdə belə axra qədər dirənir ama beldəndə vuranı gəldi çox pis hətdan artıq çox pis oldu blirsiz yıxılanda nə dedi xırıltılı səslə NOLAR MƏNƏ KÖMƏK EDİN!!!!!!!!Bəli ilk dəfə olmaasada bu sözü eşitməyim ama birdən onun başa düşmədiyim dilə keçməsi doğurdan qəribə oldu qəribənin qəribəsi isə onun ağlamaması idi mən görmüşəm axı əvvəldən belə uşağa istədiyi şeyi almason ağlasın ama bu belə olmadı o istədiyi oyuncağı görmüyəndə üzündəki təbəssüm artırdı sizcə DƏLİ olub?Mənədə ilk təsüratlardan belə çıxırdı ama bir şeydə var əgər o istədiyini görmüyəcəkdisə niyə özünü həlak etməliydi?Axır bilirki o buna nail ola bilməyəcək boş-boşuna  üzündəki damcıları göstərmək mənasız olardı qıraqdan keçən bunu görsəydi o başqa cür adlandıracaqdı kifayət edər hər kəsin onu dəli adlandırması biridə söyləmədiki yox o dəli deyil əslində o çox ağıllıdı kimi sözlərə baxson ağızdan bunu çıxartmağa nə varkı ama çıxmıyacaqdı onun gündən günə solması vampirin necə həvəslə qan içməsi kimi əvəz olunmaz idi.Uzun gedirdi kəsilməmişdi hələ ama qıraqdan musiqi səslər gəirdi ayrılmaz bir hissə yavaş getdikcə isə qırıldı sakitçilik çökdü dar küçələr isə ensiz boğazlara oxşayırdı danışıram gülün siz ama ona çəkilən ilk sima belə idi həqiqətən.Çatanda isə əlindəki iz qoyan qəribə bir əşya gördü otağında hardan gəldi bu?6 saata yaxın düşüncənin cavabı isə bir adda idi sən demə bunun istedadını güdən var imiş arxasıyca onca günlər qət edib yorulmuyub bunu əlinə almalı idi gördükləri heyvandan qorxan yox özü tək görürdü gördüyü heyvandan qorxanda gücü çatmıyacağını bilib söyə bilmirdi  ama oda insan ondada qisas hissiyatı oyanmışdı və iz qoyan əşya ilə vərəqləri söyməyə başladı söyüşlərdən bezəndə isə arada fasilə verdi öz özündən yaranırdı yeni tərifə laiq sözlər ama bu səfər söyəndə boş listlər qutardı =( Aydaaaaaaaa vaxt tapdın?Mən  indi hansı üzə yazım dəftərin üzündəki sadəcə baş aldatmaq üçün yapışdırılan şəkillərdə dolmuşdu söyüşlərlə ama öyrəşdi 13-cü günün sonunda artıq tərif sanırdı hərifləri belədə qala bilməzdi hər bir çizilənə bir məna tapdı baş qatmaq üçün idi ama soradan fövqəlada hadisəyə çevrildi beləsi olmamışdı!Yazdım fikirləşdim qəhramanım olsun yox onun qəhrəmanı mən olum özü istədi açılan hər qapıda bir yeni üz gözləyirdi onu vecə deyildi baş itirmək üçün verilən ətirlərdə istiotlu çıxdı asqırmaq olmazdı qonaq getmişəm.Maraqlı gəlirdi bu nə vid fason idi qonaq gedirsən ev yiyəsi sənin gəlməyivi  istəmirdi əlindəki sumkalarla geyinilən paltara baxır çirkab!Kimi sözlərdə evdə məni bezdirdi xəstəxanaya gedirsənsə saç standart daranmalı idi sora deyər bu kəndən gəlib  salacaqdı son növbəsinə ağlakı otur ağla 1 ay növbəsində iyrənib artıq skamekalarda,siz bilmirsiz onda da canlılıq nəsə gördüm mən ondanda başqa yerdə saldılar düşündüm bəlkə özü yeriyib gecəylə yox yoldaşları idi.Valideyinlərdə fikirlərdində sovet düşüncəsizliyi yeni boş kitabla təzələmə əvəz etmək istədim edirəmdə ÇALIŞIN SİZDƏ EDİN!

9 Eylül 2009 Çarşamba

8-9 Avqust

Hmm dünən və bu gün.Dünən səhər duran kimi zəng gəldi alo kimdi Ziya.Səhərin gözü açılmamış şəhərə getdik Banka qapıdan oyda bir gün  olar məndə burda işləyərəm prinsipi ilə girdim=).Sora evə gələndə kitab oxudum  axşamacan isə yenə səfeh kimi gəzdim axşam zəng gəldi gedək Məscidə getdik.Gülməlisi hamı dua edir biz rockdan danışırıq=)).Sora dedim yığışdıraq Allah şimşək çaxdıracaq başımıza=) və ordada söz atmaqdan yan ötüşmədi dua edirik qayıdıb arxadan biri a Hostcular nə gic millətiy.sora yenə biri mən dostlarımdan aralaşanda başladı mənə  söz atmağa rockerlerin nə işi var burda qayıdıb onu sındırmaq istəyəndə xalam oğlu çağırdı hə bu arada bir dpstumlada zəng edib danışdıq oda yatmadı.Bu gün hələ gedib Rolikin qiymətin öyrənəcəm axşamda futbol.

7 Eylül 2009 Pazartesi

6 Sentyabr

Mən açığı bü gün heçnə ilə yadda qalmadım nəsə Ziyadan sonra özümü çox tənha hiss edirəm gün ərzində etdiyim sğfeh kimi dolaşmaqdı.Kitabda oxuya bilmirəm götürdüyüm kitab bu səfər maraqsız çıxdı.Nəysə gedim yatmağa görüm yuxuda kimi görürəm =)))))

Oxucu Reytinqi

  Bunu  nəsə nəzərdə tutub yazmıram sadəcə sizə görə yazıram məncə hekayələrmi oxumaqla  oxucu adlanırsız və mən belə qərara gəldim ki, Oxucuların adını yazım  və onlardan ilk 1 i haqda öz fikirlərimi yazım.Ardıcıl yazdığlarım isə ilk yerin sahibi  ikinci yerin sahibi və s.1-ci yerdə ən yaxşı yazdığlarımı oxuyandı.

  1-ci  yerdə ZEYNƏB

  2-ci yerdə Aynur(kankam)

  3-cü yerdə Leyla

  4-cü yerdə Abuş(türk dostum)

  5-ci yerdə Nergiz

  6-cı yerdə Vüqar

  7-ci yerdə Ziya(məndə onun oxucusuyam)

  8-ci yerdə Mako

  9-cu yerdə Günel

  10-cu yerdə Günay.B

  11-ci yerdə Asif

  12-ci yerdə Narmina

Zeynəb-    Bu qız mənim qonşumdu.Düzü deyim mən Zeynəbi əvvəllər görəndə         tamam başqa cür idi.Ama soradan xəbərim oldu ki, o da Rocka, Hosta qulaq asır.Onun digrlərindən fərqi insanı görəndə salam verməsidi.Açığı özüm salam verməyi xoşlamıram ama qıraqdakılarda bu xasiyyət xoşuma gəlir.Mənfi isə özünə demişəm vaxtını çoxsunu boş-boşuna keçirməsidi.

     Onuda deyim REYTİNQ dəyişədə bilər ama bu sizdən aslıdı!!!!i

4 Eylül 2009 Cuma

Qarşımda Əyilmiş Aciz Mələk


Bu mövzu haqda bəlkə ağın çıxardıblar ama yalan deyə bilmərəm o Mələk mənədə rast gəlib və onunla mənimdə söhbətim olub!

Musici Centrdə sevdiyim rock qrupunun 10 YEARSİN  Beautiful mahnısı gedir ama oturduğum otağı işıq sistemi Günəşdən qaçmış Ay idi.Sadəcə düşünürdüm:"Mənə niyə deyillər ondan özüvü qoru?ondan nə qədər qaçson o qədər yaxşı,ona inanma,ona aldanma.İlk vaxtlardan onun haqda söhbət açılanda ilk fikirləşdiyim şey isə haqqında danışılanın bir insan olduğunu fikirləşirdim.Ama sonralar əvvəldə fikirləşdiyim kimi yanıldığımı bilirdim.Təsəvvür edin sanki Amerikada bir zənci ailəsinə bir Azərbaycanlı düşmüş kimi onun haqda danışılanda ağzı açıq 10 dəqiqə beynimdə ona edilən söhbətlərin müzakirəsi gedirdi.Arada yorğunluq beynimə fasilə verirdim və ona edilən animasiya isə ela idi.Ama hər dəfə animasiyanı danışan müəllif sonda özüdə əsirdi.Onun söhbətlərini hər insandan elavə valideynlərimdə danışırdı.Qəribə olan isə animasiyanın hər fasiləsində "Lənət" sözünün işlənməsi idi.Və yenə musiqili bir gecə.Bu səfər onla üzləşməyimə özümə söz vermişdim,içimdə qorxu yox idi sadəcə maraq məni öldürürdü.

Mən- Hardasan?(söhbətə başladım)

M- Cavab verdə...Ya eşidirsən danışmaq istəmirsən yada ki,məni saymırsan sadəcə söhbət edəcəm bilirəm burdasan qorxma işığı söndürmüşəm gəl!

Daha sonra anam qapını açıb mənə gec olduğunu dedi,mən yatmağa getdim,çünki çox yorğun idim.Və təzəcə yuxuya getmişdim birdən...

Ş- Ha ha ha...

M- Bu nə səsdi?Kim var qabağımda?

Ş- Cılız insan mənlə üz-üzə gəlməyə qorxmursan?

M- Kimsən sən?Niyə üzüvü tük basıb?Niyə sənin buynuzun var?

Ş- İstəyirsən səndə də lsun onsuz insanlar buynuz çıxardıb.Gəl səndə çıxart.

M- Demək sən insan deyilsən?Milyard nifrət qazanmış o Sənsən?

Ş- Sən bilmirsən mənə o qədər nifrət edən var ama bilməsələrdə çoxsu mənə qulluq edir əməlləri ilə

M- Sən belə çox şey edən nə əcəb mənlə danışmaq istədin?

Ş- Mən məni çox istiyənə rast gəlirəm

M- Yox-yox dayan nə istəmək mən səni istəmirəm sadəcə söhbət eləmək istəyirəm niyə belə tez şişirtdin?

Ş-Mənim foks bacarığım var mən bundan çox şöhrət qazanmışam ama ən çox istdiyim şey isə assentlərimin İnsanlar olmasıdı.

M- 1 dəqiqə niyə tək İnsanlar?Heyvanlarda canlıdı onlarda sənin köməkçin ola bilər.

Bu vaxt ona sanki elə gəldi ki, ələ salınır.Və öz hirsini tökməyə başladı.

Ş- Ey əcaib məxluq diyəsən sən öz işivi bilmirsən burnuvu öz işlərivə salsan yaxşı olar necə və etməyim sənə qalmıyıb!

Mənə onun birdən əsəbi olmağı çatmadı sanki əlini qapı arasında qalmış kimi üstümə qışqırmağa başladı

M- Mənə deyirsən o əcaib məxluq sənsən.Mən hamı kimiyəm ama sənsən başqa üzə sahib bir özüvə bax sonra üstümə qışqır.

Ş- Sən hələ çox şeyi başa düşmək üçün çox balacasan mən gedim.

M- Yo dayan itdən qormuş pişik kimi hara qaçırsan?Mənim söhbətim indi başlıyır qaçmaSən bunu bilirsən sən doğurdan qorxaqsan?

Ş- Yox bilmirdim niyə axı qorxağam?(üzü güldü bilinirdiki sualı lağ mənasında verdi)

M- Ona görə ki üzdə gəzə bilmirsən qorxaq ancaq insanların yuxusuna qəlbinə zəif yerini tapırsan,heç vaxt güclülərlə işin olmur,Məscid görəndə girməyə yer tapmıyıb qılblərə qaçırsan.Ama mənə bir şeydə çox maraqlədə düz mərkəzdə olan qəlblərə necə yol tapırsan axı?

Ş- Mən qəlblərə yol tapmıram onlar məni  Tanrınızdan qorumaq üçün öz əlləri ilə qəlblərndə gizlədirlər.Kimsə özünün 4-cü villasını istəyir,kimsə oğlunun 7-ci maşını almaq istəyir buna görədə məni istəyir.

M- Səni ancaq buna görə öz yanlarında görmək istəyərlər niyə özüvə yazığın gəlmir?Sən məni nə sanırsan?Guya bu söhbətlərinlə öz varlığıvı gözümə soxmaq istəyirsən?Bunları etsəndə mən bilmirəm sən Tənhasan?!Niyə üzə ağ oldun?Bəlkə bunları etməsəydin indi eyilmiş aciz Mələk deyildin.Bunları etməsəydin indi sənin yerində Cəbrayıl olmazdı.

Dediyim kimi onu görən hər hansı bir insan necə aciz Mələk olduğunu gözləri ilə görərdi.Özünü yazığ cildinə salmışdı çox keçmədi mən sözlərimə davam elədim.

M- Axmaqsan sən axmaq!Hər dəfə paxıllıq,hər dəfə üsyan,boş-boş gülmək,hər dəfə ev əxlaqsız yuvalar.Blirsən nə vaxta qədər sən bunlardan əl çəkməsən düzəlməyindəndə əl çək!Həmişə paxıllıq,nifrət,yalan Tanrısı sən oldun.Sənə inananlarda səni kimi.Elə-belədən deyilmiyib tay tayın tapar axmaq!Paxıllıq yox idi Yer üzündə sən Adəmə paxıllıq edəndən sonra yarandı,Nifrətdə yox idi Yer üzündə sən Adəmin gəlişi ilə Nifrətdə yaratdın,Yalanda yox idi Yer üzündə sən Adəmi meyvə ilə aldadanda yarandı,Küsməkdə yox idi Yer üzündə sənin qaranlığa getmək istəyində yarandı.Görürsən bunlar hamısı sənin üzündən yarandı o isə Allah gör nələr yaratdı.Sevgi yaratmaq üçün,tənhalıqdan çıxmaq üçün Həvvanı göndərdi,Dünyanın bu günü üçün onlara uşaq qismət elədi,Xoşbəxtlıik onların bir-birni dəlicəsinə sevməsində,mehribanlıqda yarandı.Ama indiki insanlar 5 mərtəbə tikməklə nəsə yaratdıqlarını düşünürlər halbuki üfürsən tez bir zamanda yox olar!Daha bəsdi yazıq görkımində qarşımda durdun rədd ol yuxumdan!

Və söhbətə son.Mənə çatmıyan bir şey isə niyə insanlar onunla üz-üzə gəlməkdən qorxur?İnanın çox qorxaqdı ona rast gələndə dərsini verin qaçmıyın.Mən yuxumdan qovdum ama narahat olmağımın tək səbəbi isə özünü bılkə mənim qabağımda cildə salır?Bəlkə bu qədər söhbətin onun üçün mənası yoxdu?Narahat olduğum qorxmaq deyil məni aldada bilər axı o Şeytandı!

   

        Sizlərdən xahiş yorum yazın əgər profil istəyirsə googledən qeydiyatdan keçib yorum yaza bilərsiz!Sizdən ona görə xahiş edirəmki fikriniz mənim üçün önəmlidi!

2 Eylül 2009 Çarşamba

H.O.S.T (Söhbət)


                 H.O.S.T-la ilk tanışlığım

And içirəm bilmiyənlər üçün yox bilənlərə görə bəlkə təkrar sayılacaq ama mən bu haqda çoxdan yazmışdım yerləşdirmək qalmışdı.

Başlanğıc söhbət İstəmirəm mahnısının sayta qoyulduğu gündən 5-6gün sora olub.Blokda özün üçün oturmuşdum birdən Xaker dediyim bir oğlan gəldi hal-əhval soruşulandan sonra telefonunu çıxardıb mahnı qoydu.Sakit danışırdıq tel.dən isə İstəmirəm,İstəmirəm deyə səs gəlirdi(Qaraqanın oxuduğu yerlər idi).Xakerdən telini mənə verməyini xahiş elədim ki,o mahnıya versin qulaq asım sağ olsun verdi də hətda neçə dəfə təzədən qulaq asmağıma belə icazə verdi.Çox ləzzət etmişdi mahnı,çoxdan gözlədiyim vulkan püskürmüşdü sanki,axşam olduğu üçün evə gedəndə ilk hərəkətim əlimə qələm dəftər götürmək idi.Təzə başlamışdım yazmağa ama Qaraqanın etdiyi kimi bir sözlə təkrar alınırdı,nə qədər etsəmdə alınmadı indiki kimi ağıllı yazmaq.Daha sonra yeni-yeni  mahnıları sadəcə super idi.Bu H.O.S.T həvəsini tək içimdə saxlamaq istəmədim bunu iki snif yoldaşımlada bölüdüm və onların ilk reaksiyası isə "Oydaa Super" sözündən yəqin başa düşdüz.Artıq Emin həminki Emin deyildi.Müsbətə doğru çox dəyişmişdim.H.O.S.T-dan qabaq bilmək istəyirsizsə nəyə qulaq asırdım bir az Rocka,bir az Cezaya,bir azda Sagopa Kajmerə.Məktəbdə oxumaqdan sonra dəcəlliyi ilə tanınan Emin  artıq susmuşdu,indi isə müəllimlər məndən onlara söz  atmağımı xahiş edər kimi abu-hava yaranmışdı.

            H.O.S.T-un düzləri və səhvləri

2009-cu ilin Qış aylarından biri Fevral idi.İlk dəfə H.OS.T-un köynək paylanma görüşünə getdim sinif yoldaşımla Kankamda ora gələcəkdi və gəldidə mənim fikrim ona baxmaq idi az qala köynəklər qutarsın.Ordan dağılışandan sonra pis olduğum şey isə Kankama yaxınlaşa bilməməyim idi.Hər nə isə mən köynəyi 3dəfədən artıq geymədim bu vaxtlarda kitabda var idi məşhur "A" kitabı.Ama inanmıyassız bəlkə mən o kitabın bir vərəqini belə çevirmədim,çünki bilirdim Qaraqan beynimdə fikirləşdiyim mövzuları yazacaq.Oxumasamda uşaqların,Kankamın mənə danışdıqlarından belə idi.Əlbətki bu aralarda tık bunla deyildi məktəbdə mənə qarşı təzyiq böyük idi.Və bir gün mən H.O.S.T-u satdım.Satdım ona görə ki, Az-dilində bilmiyən ruslar H.o.s.T- a qulaq asırdı,satdım çünki HOST-u Allahlaşdırmışdılar.satdım ona görə ki,HOST-çu özünü sayanlar HOST-la bağlı dava söhbətlərində aradan qaçırdılar,hətda məktəbdə Polislər HOST-çuları tutanda parta altına soxulan HOST-çu kimdi verilən suala mən olmasamda adını batırmamaq üçün mən qalxırdım.Satdım ona görə ki,HOST-çu sayılanlar özləri olmasada Qaraqan dediyinə görə Sevgi Yoxdur mahnsına gğrə guya sevgiyə nifrət edirdilər,halbuki beyinlərdə qızları dolamaq idi,qızlarda isə oğlanları seçmək idi.Satdım ona görə ki, dünən HOST-u söyənlər bu gün artıq HOST-çu idi.Mən heç vaxt özümə HOST-çu deməmişəm demiyəcəmdə ama bu onlarla bağlı sərgüzəştlər idi.Artıq HOST özüdə dəyişib mənə onların kef çağların göstərəndə  ürək ağrısı ilə baxıram başlıqlarda düşünürdüm axı onlarda buna layiqdilər heyatın bunlar qanunudu ama sonra  bir şeydə varki axı Masson maskasınn altındakıda insandı onlarda da sevgi yoxdu demək dərdlərlədə yaşamaq olar(demirəm HOST Massonlarladı sadəcə başa düşənlər bildi mən nə demık istəyirəm).HOST-a görə özünü həlak edənlər bilsin artıq onlarda Fərqsizlərdən Fərqlənmir buna əmin ola bilərsiz!