THOUSANDS OF FREE BLOGGER TEMPLATES

4 Eylül 2009 Cuma

Qarşımda Əyilmiş Aciz Mələk


Bu mövzu haqda bəlkə ağın çıxardıblar ama yalan deyə bilmərəm o Mələk mənədə rast gəlib və onunla mənimdə söhbətim olub!

Musici Centrdə sevdiyim rock qrupunun 10 YEARSİN  Beautiful mahnısı gedir ama oturduğum otağı işıq sistemi Günəşdən qaçmış Ay idi.Sadəcə düşünürdüm:"Mənə niyə deyillər ondan özüvü qoru?ondan nə qədər qaçson o qədər yaxşı,ona inanma,ona aldanma.İlk vaxtlardan onun haqda söhbət açılanda ilk fikirləşdiyim şey isə haqqında danışılanın bir insan olduğunu fikirləşirdim.Ama sonralar əvvəldə fikirləşdiyim kimi yanıldığımı bilirdim.Təsəvvür edin sanki Amerikada bir zənci ailəsinə bir Azərbaycanlı düşmüş kimi onun haqda danışılanda ağzı açıq 10 dəqiqə beynimdə ona edilən söhbətlərin müzakirəsi gedirdi.Arada yorğunluq beynimə fasilə verirdim və ona edilən animasiya isə ela idi.Ama hər dəfə animasiyanı danışan müəllif sonda özüdə əsirdi.Onun söhbətlərini hər insandan elavə valideynlərimdə danışırdı.Qəribə olan isə animasiyanın hər fasiləsində "Lənət" sözünün işlənməsi idi.Və yenə musiqili bir gecə.Bu səfər onla üzləşməyimə özümə söz vermişdim,içimdə qorxu yox idi sadəcə maraq məni öldürürdü.

Mən- Hardasan?(söhbətə başladım)

M- Cavab verdə...Ya eşidirsən danışmaq istəmirsən yada ki,məni saymırsan sadəcə söhbət edəcəm bilirəm burdasan qorxma işığı söndürmüşəm gəl!

Daha sonra anam qapını açıb mənə gec olduğunu dedi,mən yatmağa getdim,çünki çox yorğun idim.Və təzəcə yuxuya getmişdim birdən...

Ş- Ha ha ha...

M- Bu nə səsdi?Kim var qabağımda?

Ş- Cılız insan mənlə üz-üzə gəlməyə qorxmursan?

M- Kimsən sən?Niyə üzüvü tük basıb?Niyə sənin buynuzun var?

Ş- İstəyirsən səndə də lsun onsuz insanlar buynuz çıxardıb.Gəl səndə çıxart.

M- Demək sən insan deyilsən?Milyard nifrət qazanmış o Sənsən?

Ş- Sən bilmirsən mənə o qədər nifrət edən var ama bilməsələrdə çoxsu mənə qulluq edir əməlləri ilə

M- Sən belə çox şey edən nə əcəb mənlə danışmaq istədin?

Ş- Mən məni çox istiyənə rast gəlirəm

M- Yox-yox dayan nə istəmək mən səni istəmirəm sadəcə söhbət eləmək istəyirəm niyə belə tez şişirtdin?

Ş-Mənim foks bacarığım var mən bundan çox şöhrət qazanmışam ama ən çox istdiyim şey isə assentlərimin İnsanlar olmasıdı.

M- 1 dəqiqə niyə tək İnsanlar?Heyvanlarda canlıdı onlarda sənin köməkçin ola bilər.

Bu vaxt ona sanki elə gəldi ki, ələ salınır.Və öz hirsini tökməyə başladı.

Ş- Ey əcaib məxluq diyəsən sən öz işivi bilmirsən burnuvu öz işlərivə salsan yaxşı olar necə və etməyim sənə qalmıyıb!

Mənə onun birdən əsəbi olmağı çatmadı sanki əlini qapı arasında qalmış kimi üstümə qışqırmağa başladı

M- Mənə deyirsən o əcaib məxluq sənsən.Mən hamı kimiyəm ama sənsən başqa üzə sahib bir özüvə bax sonra üstümə qışqır.

Ş- Sən hələ çox şeyi başa düşmək üçün çox balacasan mən gedim.

M- Yo dayan itdən qormuş pişik kimi hara qaçırsan?Mənim söhbətim indi başlıyır qaçmaSən bunu bilirsən sən doğurdan qorxaqsan?

Ş- Yox bilmirdim niyə axı qorxağam?(üzü güldü bilinirdiki sualı lağ mənasında verdi)

M- Ona görə ki üzdə gəzə bilmirsən qorxaq ancaq insanların yuxusuna qəlbinə zəif yerini tapırsan,heç vaxt güclülərlə işin olmur,Məscid görəndə girməyə yer tapmıyıb qılblərə qaçırsan.Ama mənə bir şeydə çox maraqlədə düz mərkəzdə olan qəlblərə necə yol tapırsan axı?

Ş- Mən qəlblərə yol tapmıram onlar məni  Tanrınızdan qorumaq üçün öz əlləri ilə qəlblərndə gizlədirlər.Kimsə özünün 4-cü villasını istəyir,kimsə oğlunun 7-ci maşını almaq istəyir buna görədə məni istəyir.

M- Səni ancaq buna görə öz yanlarında görmək istəyərlər niyə özüvə yazığın gəlmir?Sən məni nə sanırsan?Guya bu söhbətlərinlə öz varlığıvı gözümə soxmaq istəyirsən?Bunları etsəndə mən bilmirəm sən Tənhasan?!Niyə üzə ağ oldun?Bəlkə bunları etməsəydin indi eyilmiş aciz Mələk deyildin.Bunları etməsəydin indi sənin yerində Cəbrayıl olmazdı.

Dediyim kimi onu görən hər hansı bir insan necə aciz Mələk olduğunu gözləri ilə görərdi.Özünü yazığ cildinə salmışdı çox keçmədi mən sözlərimə davam elədim.

M- Axmaqsan sən axmaq!Hər dəfə paxıllıq,hər dəfə üsyan,boş-boş gülmək,hər dəfə ev əxlaqsız yuvalar.Blirsən nə vaxta qədər sən bunlardan əl çəkməsən düzəlməyindəndə əl çək!Həmişə paxıllıq,nifrət,yalan Tanrısı sən oldun.Sənə inananlarda səni kimi.Elə-belədən deyilmiyib tay tayın tapar axmaq!Paxıllıq yox idi Yer üzündə sən Adəmə paxıllıq edəndən sonra yarandı,Nifrətdə yox idi Yer üzündə sən Adəmin gəlişi ilə Nifrətdə yaratdın,Yalanda yox idi Yer üzündə sən Adəmi meyvə ilə aldadanda yarandı,Küsməkdə yox idi Yer üzündə sənin qaranlığa getmək istəyində yarandı.Görürsən bunlar hamısı sənin üzündən yarandı o isə Allah gör nələr yaratdı.Sevgi yaratmaq üçün,tənhalıqdan çıxmaq üçün Həvvanı göndərdi,Dünyanın bu günü üçün onlara uşaq qismət elədi,Xoşbəxtlıik onların bir-birni dəlicəsinə sevməsində,mehribanlıqda yarandı.Ama indiki insanlar 5 mərtəbə tikməklə nəsə yaratdıqlarını düşünürlər halbuki üfürsən tez bir zamanda yox olar!Daha bəsdi yazıq görkımində qarşımda durdun rədd ol yuxumdan!

Və söhbətə son.Mənə çatmıyan bir şey isə niyə insanlar onunla üz-üzə gəlməkdən qorxur?İnanın çox qorxaqdı ona rast gələndə dərsini verin qaçmıyın.Mən yuxumdan qovdum ama narahat olmağımın tək səbəbi isə özünü bılkə mənim qabağımda cildə salır?Bəlkə bu qədər söhbətin onun üçün mənası yoxdu?Narahat olduğum qorxmaq deyil məni aldada bilər axı o Şeytandı!

   

        Sizlərdən xahiş yorum yazın əgər profil istəyirsə googledən qeydiyatdan keçib yorum yaza bilərsiz!Sizdən ona görə xahiş edirəmki fikriniz mənim üçün önəmlidi!

2 yorum:

Goth-World dedi ki...

Maraqli gelir

Alman dedi ki...

yazdiglarin maraqlidi cox teesuf ki, bugun Azerbaycanda weytana inanan ve ibadet edenler bele var.ALLAH bizi weytan cildli insanlardan qorusun