THOUSANDS OF FREE BLOGGER TEMPLATES

26 Şubat 2011 Cumartesi

Süni Hörmət!(Xocalı soyqırıı haqda)

Bu millətdən heç baş açmaq olmur vallah.Millət matəm yaşayır, çox üzücü, amma bu kədərləridə özləri kimi süni kədərlərdi.Efirlərə xocalı günü qərar verilir xocalı haqda, ancaq xocalı haqda verlişlər hazırlasınlar, ancaq xocalı sakinlərini qonaq etsinlər, ancaq xocalı, xocalı.Efirlərdə danışan diktator ilk "xocalı soyqırımını unutmayaq" deyir.Səhəri gün onun verlişində şou biznesin "şou pidrları" gələcək planlarından danışır.Dünən ki, Xocalı soyqırımı günündə ki, kədəri foks olub gülüşə çevrilir.Xocalı haqda veriliş aparan aparıcı kamera arxasında "Xocalı qaçqının" yanında iyrəndiyindən oturmur.Azərbaycanın nə böyük dırnaq arası "kədəri" varıymış.Verilişi aparan aparıcı verilişin başlamağına qalmış son dəqiqələrdə Xocalıda ölmüşlər,itkin düşmüşlər və sağ qalanlar haqqında statiskanı öyrənir, oda verlişi üçün.Sözüm tək onlara deyil, sözüm bunları götürən hər kəsədir.Çox marağlısı odur ki, bunları, kimin süni, kimin doğrun olduğunu bilənlər çoxdur, lakin gördüklərinə elə yanaşırlar ki, heçnədən xəbərləri olmuyan manqurtlar kimi.Tək Xocalı soyqırımı günündən getmir söhbət.Təsəvvür edin 19 yanvarın səhərisi gün Şəhidlər Xiyabanında sevgilisiylə min hoqqadan çıxan 20 yanvar günü Şəhidlərə gül qoyur, 21 yanvar təzədən eyni yerdə yenə həmin hoqqalardan çıxır.Məhəmməd Əmin Rəsulzadənin nə etdikləri haqqında anlayışları olmuyan gənclər onun ad günündə özlərini müxalifətçi qızlara göstərmək üçün profillərinə Rəsulzadənin şəkilini qoyurlar.Bu söhbətimə əsasən facebookdakı adamlar səbəb oldu.Adi yaşadığları günlərdə Xocalı haqda heçnə ilə marağlanmıyan,adi günlərdə kimlərəsə şərh yazanda profillərinə Xocalı haqda şəkil qoymuyanlar bir gündə necə çevrilə bilir?!Mənə elə gəlir adi günlərdə belə şeyləri yada salmıyanlar həmin gün gəlibdə yada salırsa orda ölənlərə daha çox hörmətsizlik edirlər.Bir şeyidə içdən edin, ona buna görə etmiyin!

7 Şubat 2011 Pazartesi

Kitab və Qəzetlərə nifrət edənlər üçün!

Mənimlə təzə tanış olanlara qabağcadan qeyd edim ki, mən yazılarımı bir çox tanımadığım insanlarla söhbətimdən sonra yazıram.Mənədə çox yaxından marağlıydı son gündəmin əsas problemlərindən olan bu kəslərin niyə mütaliyələrini artırmaq yox,serial bazası toplamağlarına həvəsləri var?!Həyətə düşüb ilk kim qarşıma çıxsa onunla bu haqda söhbət edəcəyimi dedim.Qəsəbəmizin balaca olmasına baxmayaraq çayxanası çoxdu.Bizim evdən bir az aralıda olsada, onun yanına çatana qədər heç kimə rast gəlməmişdim.Bilmirəm bu soyuqlarla əlaqəli idi ya nəsə ama nənəmgilin qonşusu yaşlı adama rast gələnə qədər heçkimi görmədim.O, çayxananın qabağında boş skamekada oturmuşdu.Yaxınlaşıb necəsiz sözümdən sonra "dayı otura bilərəm?"-soruşdum.Bir az istinadla baxmasına baxmayaraq tanış gəldiyim üçün olar cavabını aldım.Məndən kimin nəvəsi olduğumu soruşdu?-Ocaqqulu dedim.Babamın necə yaxşı adam olması haqda danışmağa başlamışdı ki, sözünü kəsdim...
- Dayı sizdən söz soruşmaq istəyirəm olarda yəqin?
- Hə...
- Dayı niyə urda boş oturub, yaşıdlarınızın yığışıb nərd oynamağıvızı gözləyənə qədər qəzet oxumursuz?
- Bilirsən oğlum əvvəl sovet vaxtı(bunu demişdiki ürəyimdən ay bu soveti yaradanında mən...keçdi, çünki yəni hər o dövrü görmüş bəhanə olaraq "sovet vaxtı" sözündən istifadə etməliydidə???) zdaniyalara post qutuları qoyulurdu, ora həm kimə məktub gəlirsə məktub, həm də gündəlik qəzet tulluyardılar.İndi bala elə də imkanım yoxdu ki, qəzet almağa , həm də pensiyaner adamam...
- Axı dayı imkanınız yoxdusa sizi mən həmişə bu çayxananın yanından keçəndə görəm, kişini zarafata tutub "diyəsən burda yaşlılara endirim var" demişdim ki, dayı ciddi sifət aldı.Hər kəsin yalandanda olsa dedikləri "bu qocaların üzündən nuranilik yağır" cümləsi heçdə keçərli deyildi.Dayı əməlli başdı 100-dən çox adam öldürən manyaka oxşayırdı.
- Məni məzəyə tutursan?
- Yox dayı almahaqqı yox, yəni dimək istəyirəm ki, bu çayın qiyməti bir manat qəzet 40 qəpik, inanın arvad qiybətindənsə o qəzeti oxuyub çox şey qazanarsız, həmdə o biri dünyaya gedəndə məlumatlı olarsız:)...
- Bilirsən oğlum indi gələcək sizin əlinizdədir, mən yaşadığımı yaşamışam o qəzet, kitab siz gənclərə lazımdı.
- Vallah dayı bu gənclərə iki anlayış lazımdı, oğlanlara sexsizim, qızlarada glamurizim lazımdı.Şəhərdə 15 yaşdı qız çətin taparsız dayı, hamısı kasmetik şpaplyovka partiyasının fəal üzvlərindəndir, kənddə isə 15 yaşlı qızın evdə qalmasına pis baxırlar, çünki indi onun ən azından 4 uşağı olmalıydı.Oğlanlara gəlincə danışılası deyil.Ora baxın binanın küncünə yığışıblar, dayı deyim sizə onlar nə edəcəklər?Bax, axrıncı adam gələndən sonra birinin dünən maşınla macəralarından danışacaq, sonra biri çayxanaya getməyi təklif edəcək.Hamıda razılaşacaq,çayxanaya gedib neçə qızla danışdıqlarından birdə hansı qızla yatmaq istədiklərindən danışacağlar.Dayı indi sizdə "mən yaşadığımı yaşamışam" deyirsiz, indi neyləyək? fələyi gözləyək gəlsin aparsın?Əslində dayı hər kəs yaadığını yaşayıb.Məsələn, siz 74 yaşınacan yaşamısız və bundan sonrakı illəri addımlayanda yaşadığımı yaşadım deyirsiz, ama heç kəs ölümün onu nəvaxt aparacağını bilmir, buna görə 10 yaşdı uşağda 10 yaşında ölsə oda 10 yaşınacan yaşadığını yaşamış sayılacaq.Həyat budur sizcə?...
- Necə oğlum?
- Heç dayı( dayıya diyəsən fəlsəfə ağır gəlmişdi)...sözümü kəsib...
- Yox oğlum daha gözdə əvvəlki deyil
- Ay dayı, siz deyəsən məni gənc bilib "lox" bilirsiz, necə yəni göz əvvəlki göz deyil?Zəri atanda, bankamatdan pensiya əksik çıxanda onu yaxşı görürsüz, oxumağa gözüvüz heçnə görmür?
Təmiz özümdən çıxdım, nə bu dayı oxuyan idi, nədə mən ona göz açdıra biləcəkdim, məni əsəbi edən a kişi oxumaq istəmirsən bir dəfəlik de istəmirəmdə daha bəhanələr niyə?!Hansısa birinin ağzından Hüsnü Mübarək eşidib bu gün ki, çayxananın söhbətin təməlin qoyacağlar,sabahsı gün qocalar üçün park açan adamın necə böyük olmasından beləcə cürüyəcəklər, demək olar ki, çürüyüblərdə.Qocalardakı qırışlar iki fikri xarakterizə edir:
1) Bu qoca həqiqətəndə zəhmət çəkən insan olub
2) Bu qoca getdikcə cürüyür, qıırışlarda sübut.
Doğurdan da yaxşı deyiblər, adam 3 mərhələdən ikisində uşaq olur, bir uşaq vaxtı uşaq birdə qoca vaxtı uşaq.
Nəsi çox yormuyub özümü sağollaşdım, elə yaxınlığda dayanacağa gəlmişdim ki, bir adam da tapım söhbət edim, ama qarşıma tanış qız çıxdı.Bir az şablonlaşandan sonra onunla gedəcəyi yerə kimi getməyə başladım.Yer yaxın olduğundan elə məni marağlandıran məsələyə keçdim:
- K kitabla, qəzetlərlə aran necə?
- Belə də...
- Necə?
- Kitabla pisdə deyil güclüdə deyil, ama qəzetə qalanda allah səni güldürsün, qəzet nədi?qoca adamam sənin üçün?
- Başa düşmədim, qəzetin harasında yazılıb bu qəzetlər yalnız 52 yaşdan yuxarı adamlar üçündür?
- Yoxee neynirəm siyasəti?Həmdə onu qocaların çox oxuduğunu görmüşəm onun üçün.
- K vallah heç qocalarda oxumur.Siyasət deyəndəki, həyat bildiyin sevgi, məhəbbət, padruqavın sevgilisinə xəyanətindən, hər dəqiqə çıxan serialdan ibarət deyil.Sevgilin var?
- Nolub ki?
- Gəl sənə bir sirr verim.Əsrlərin sınağıdır ki, çoxlu kitab oxuyan hər cür insanı tanıyır, məncə u gələcəkdə sənin üçün daha yaxşı vasitədir.Hə çatdıq.
- Eh, yaxşı sağol.
Bugünlük təcrübə bəsdir.Əslində bu qədər çənə, əl yormağıma bir təsəlli verim.Bu "İrəli" gənclər birliyinə deputat olmaq arzusuyla qatılan gənclərin, övladlarından cavan görsənən anaların bu kimi bir çoxlarının kitab oxumaması məncə daha yaxşıdır, çünki qoy "KİTAB, QƏZETLƏRDƏ" öz laiqli yarını tapıb onunla dil tapıb xoşbəxt olsun... :)

2 Şubat 2011 Çarşamba

Kafe

bura bir kafedir.iceriye gelib gedirler.iceride curbecur insanlar var ve iki uwaq var stolun yaninda qatar qatar oynuyullar.uwaqlar oyunu oynamaq istemiller ama buna mecburdular cunki soz veribler oynamalidirlar,maraqda tapmirlar ama yenede oynayillar.heyatda bu kafe kmidir.kmi gelib gedir,kmi oz iwi kmide o uwaqlar kmi oynuyan bizi kmi gunleri eyni iw ev/ev iw.sanki ozumuzu o oyunu oynamaga mecbur etmiwik,o uwaqlar hec etrafa baxmirlar,bzi kmi heckim marag vermir bize,sonra kafenin yesi yerde oturub oynamaga qoymur,ve uwaqlar kmi bizde birce toxunuwla deiwe bilerik buna son qoya bilerik,uwaqlar mudirin eliyle oyuna son qoyduglari kmi.kmiside bawa duwe biler ki mudir o uwaqlardan her sahesinde ustunde ve her guclude istediyni eliyir,kimse die bilerki indi her wey gucle bagli deil esas urek esas irade men bunlri deyeni zavalli sayiram,pul bize guc kmidir indi onla her weyde etmek olar,bunla bunun leyhine oldugumuda demirem!indi her sahe mene yad kmi gelir,kafeye baw qatmaq ucun qumar oyunu saldilar buda baw qatmaq ucun,bu qumar indi bzim heyatimizda Dindir.her insan bu haqda istediyi kmi duwnur,qumari oynuyanlardan biri pis adamdi o birisi yaxwi,hamisi yaxwi adamin gelmesini isteyir,dindeki kmi xeyrin qalb gelmesini istyenler kmi.ama hec kim fkirlewmyib nie insanlarin ekseriyyeti xeyrin qalib gelmesini isteyir?qoy men deim,cunki xeyr deirki meni qalib elesez size gozel yawayiw,coxlu pul cennet bagi verecem,ama wer deirki nie sizi aldadimki?men hecne vermiyecem,meni kmi ezab cekeceksizki hamimiz bir eyni olaq.ama xeyr avam cxir insanlar ona dogru qacir xeyr were deyirki gorursen?hami meni sevir, ama xeyr bilmrki insanlar onun ucun yox ozxlerinin yaxwi yawamasi ucun gelirler.wer deyirki mene teref gelenler azdi bilirem ama heyatini oz istedikleri kmi yawayan insanlardi,yoxsa xeyre gelenler kmi yox onlar mueyyen vaxta kmi xeyrin dediklerini elediler ve qul oldular,were gelnler ise ne mueyyen vaxt erzinde nede onnan sora hec vaxt qul olmadilar.ama o kafeni indi insanlarin bildiyi o sehirli goze gorunmez adam idare elemirdi,o kafeni ortaq ama insanlar weriklide olsa idare edirdiler,kafede bir masada iki nefer cavan qiznan ogln aralarindaki cavanligi yawayirdilar,ele bu kafe onlari evlendirdide.yox o cavan oglan oturdugu o qizla evlenmedi,bawqa masadaki qisa geyinene gozu duwdu,qiz ise drdden kafeni terk etmeli oldu,beli kafede bele ograwlarda var.kafenin otaglarida var,burda bir aile var o ailedeki kiwi 40nece yawi var o bayaq oglanin evlendiyi qisa geyinen qizla bu otaglarin birinde yatib.kiwi oz esil arvadinnan ayaqyoluna gedeceyini dedi ve otaga istiqametlenmwdi..duz bildiz kafede cox ograw var.ama yaxwilarda var.arxa masalarda bir kwi var o yazardi,haminin derdinen yazir,ama cavan orsenmeyine baxmayaraq o cekdiyi xestelikden kafeden cixmali oldu.bura musiqiwunas,kinowunas,bestekar hec cur insan tapmaq olar.gelib gedenlerin telebatindan bir nece oyunda qowdular,birinin adi siyaset oldu,ama hemiwebunu cigalci insanlar oynadi.inan yox qeddarlar oynadi.her kes bu kafenin dagilacagini duwunur,her kes yox coxlari ama kafe dagilmiyacaqdi,ora gunnen gune maraqlawsada icde eyni xasiyetli,eyni insanlar toplusundan ibaret idi.yeni yeni stullar,masalar getirdiler.dunyaya yeni kewfler kmi.bir vaxt o xestelikdn kafeden cixan yazar vaxt gelecek o qumar oyunun geri duweceyini demiwdi,ama gunler kecdi dediyide olurdu.bu kafeden olub bitenlerden xeberdarliq edecem sizi,cunki KAFENIN SAHIBLERINDEN BIRIDE MENEM!...

davami have