THOUSANDS OF FREE BLOGGER TEMPLATES

31 Ekim 2009 Cumartesi

QUDUZLAŞMIŞ FAĞIR!


Noyabırın 23-cü.Çöldə göy üzündə qarğanın qara buludları.Bu gün onun qaranlıq dar dünyadan işıqlı dünyaya gəlişindən 13 il keçirdi.Bu gün hamıdan çox o, özü Aynur sevinirdi.Yenə hamı hər il olduğu kimi bu ildə onlara gələcəkdilər.Hələdə uşaq düşüncəsindən tam çıxmayan Aynura fikrində bu dəqiqələrdə qapıdan içəri girənlərin üzünü, simasını yox nə gətirəcəkləri maraqlı idi.Onun fikrində ilk böyük və bəyənəcəyi hədiyyəni ilk kim verəcək...Və budur gözlədiyi və fikrində tutduğunu həmişəki kimi atası verdi.13 yaşı olmasına baxmayaraq o aşağdakı yaşıdlarının arasında yox onlara pəcərədən baxırdı.Həyətə düşməyə isə çox çəkinirdi,həm də atası icazə vermirdi.Standart!Qabaqcadan cızılmış xətdə kənara çıxanda cəza olaraq onu evə çağırırdılar.Artıq onun ovuc içindən çıxmasının bünövrəsi qoyulmalı idi amma Aynur evdə kim hansı musiqiyə qulaq asırsa ona qulaq asmalı, kim televizorda nəyə baxırdısa ona baxmalıydı.Əli ilə çəkilən həyatına nəsə əlavə edə bilməzdi, çünki bu həyat onun yox valideyinlərinin əlində idi onlarda necə istəyirdilərsə oyuncaq kimi oynayırdılar.Buna baxmayaraq o özü bunu başa düşmür və çox xoşbəxt idi.Aynur çox savadlı qız idi onun 5 yaşından məktəbə başlaması bunun sübutu idi.O məktəbdə ən savadlı şagirdlər siyahısına başçılıq edirdi.Onun həyatı isə əvvəlcədən yazılmış və iki sözlədə anlamı mümkün olan "Məktəbdən-evə, evdən məktəbə"ilə ifadəsi kimi idi.Onun üçün bu cürsə çox maraqlı gəlirdi.

...Və bu cür yaşam tərzi ilə o məktəbi qurtardı, çoxdan gözlədiyi arzusu isə yaxınlaşırdı.İnstitut imtahanları artıq yaxınlaşmışdı...Evdə böyük həyəcan.Bu gün Aynurun yığdığı bal məlum olmalıydı.Gözlənildiyi kimi o bacardı 613 balla BDU.ya daxil oldu.Evdə böyük təsüratlar, hamıdan çox özü sevinirdi.Onun bir idealogiyası var idi o insanların onu  kimi saf olduğuna inanırdı.Artıq sentyabrın 15-i o Ali məktəbə başladı.Odoğurdanda saf olduğundan hər onla danışanla iltifata keçirdi.Ama qəribə 1-ci dəfə eşitdiyi musiqilərə qulaq asanda qulaqlarını tutur, Dünya Ədabyatından kitablar görəndə isə gözlərini yumurdu.Axı valideyinləri ona belə şeylərinin baş aldatmaq üçün olduğunu deyirdilər və bəlkədə düz deyirdilər.Aynur çox yaxşı başa düşürdü ki, İnsatitut həyatıda artıq həyat cizgisini özü çəkməli idi.Başlamalı idi və başladıda.Cizginin ilk xətdini isə institutun kitabxanasından başladı ona bura  qəribə yer deildi sadəcə bu səfər oxuduğu dərslik kitabları yox Dünya Ədəbiyyatının ;Fəlsəfə İnciləri" kitablarıydı.Onun atasıın ona 11-ci sinifin axrına kimi başqa kitablar aldatmaq çündü sözləri artıq ölmüşdü.Cinayətkar isə onun marağı idi.Oxuduğu başa düşmədiyi cümlələri təhlil etmək onun çox xoşuna gəlirdi.Çünki bunları 1-ci dəfə görüb oxuyurdu.Əlbət ki, həyat və insanlar haqda deyilən fəlsəfi sözlərlə razılaşmırdı.Ona görə həyat işıqlı,aydınlı sabahlar içərisi isə gülərüz insanlar dolu Kürə idi.2-ci dəyişik yaşamı isə bir oğlanla tanış olmağıyla başladı.Oğlanla belə tanış olmuşdu.

Aynur hər dəfə dərsdən sonra İnstitutun qabağında salınmış parkda oturub kitab oxumağı çox sevirdi.Amma onu bura gətirən başqa şeydə var idi.O, hər dəfə onun qarşında oturan zil qara geymiş kapşonkalı oğlana baxırdı.O, oğlnın baxışlarında nifrət duyğularının gizləndiyini görürdü.Oğlanın insanlara qaş-qabağlı baxışları ona çox qəribə gəlirdi.Hər dəfə oğlanın yanında adam oturanda isə ordan qaçan kimi tez yoxa çıxırdı.Aynura onun bu hərəkətləri qəribə gəlməklə yanaşı,onu oğlanla danışmağa vadar edirdi.Amma bu o qədər də asant deildi.Ortada böyük bir qala dururdu.Bu qalanın adı isə FƏRQ qalası idi.Bu Fərq qalası isə "Həyata baxış nöqtələri" daşlarından ibarət idi.Aynur insanlara gülərüz sima ilə oğlan isə qaş qabağıyla baxırdı.Oğlanın Aynura gözü ilişəndə ona fağır hissi ilə baxırdı.Bu gün Aynur ona yaxınlaşmağı özünə söz vermişdi.Yaxınlaşdı.Onu sevindirən şey oğlanın Anurun onun yanında oturanda yerindən durub qaçmaması idi.İlk tanışlıq söhbətlərindən sonra isə oğlan ona adını dedi.Onun adı Fariz idi.Bu söhbətlərdən sonra Aynur ondan niyə insanlardan qaçdığını, onlara nifrətlə baxdığını soruşdu Fariz isə közərmiş odunun üfləyib birdən yanan kimi yerindən durub tez yoxa çıxdı.Sabahsı gün eyni hadisə yenə baş verdi.Artıq 3-cü gün bunun təkrar baş vermiyəcəyini özünə söz verdi.Onların tanışlığından 1həftə 6 gün keçişdi.Bu səfər ki, gün Aynur üçün fərqli oldu, çünki Fariz niyə onun insanlara nifrətlə baxmağını danışdı.Edilən hər bir söhbətlərdə Aynur dəhşətə gəlirdi.Farizin ailəsini öldürmüşdülər.Bu oğruların evə girib soyanda atasının və anasının onlara qızlı vermiyəndə almış olduğu 13 bıcaq zərbəsindən olmuşdu.Evdə qışqırıq səslərinə oyanan Fariz təəcüblə otağa girəndə otağ polunun qanla dolduğunu və pəncərərnin sındığını gördü.Qana bulaşan tək paltar yox Farizin hönkürtü ilə tökdüyü göz yaşlarıda varıydı.O, bu dəhşətli mənzərədən sonra insanlara nifrət etməyə, onlardan qaçmağa başladı.Danışanda sonra isə Aynur ondan üzr istədi.O, bilirdi ki, Fariz öz yarasını açdı buna görə o pis olmuşdu.Ayrılandan sonra Aynur Farizin ona dediyi axrıcı sözləri fikirləşirdi" İnsanlara çox ümid bəsləmə, onlara 1 metrdən yox 50metrdən bax,onlar 1 kağıza görə sənin ayaq tozun və 1kağıza görə sənin cəlladın olarlar" sözləri onu gecə yatızdırmadı.Ama o belə düşünmürdü.Yox, bu ola bilməz axı insanların hamısı belə deil,axı onlar çox yaxşıdır.Sabah açılanda Aynur ilk Farizlə görüşməyə can atırdı artıq görüş saatı idi ama Fariz gəlməmişdi....Çox gözlədi ama gəlmədi o pis əhval ruhiyə ilə evə qayıtdı.Sabahsı gün yenə Farizin gəlmədiyini görən Aynur onlara getməyə məcbur qaldı.Qapını nə qədər döydüsə açan olmadı artıq o çox pis olmuşdu o fikirləşirdi ki, Fariz ondan qaçıb.Qapının tam bağlanmadığını görən Aynur içəri girdi.İçərdə isə çox pis mənzərə ilə qarşılaşdı.O, Farizin qanın içində uzandığını görüb dəhşət içində özünü itirdi.Ayılanda isə Farizin kəsilmiş damarlarını və qana bulaşmış kağızı gördü.Kağızı əlində tutan Aynur iki gün bundan qabaq Farizin ona dediyi sözləri yadına salırdı"Özümdə güc tapmırdım ailəm ölən gün tamsaydım sənlə indi söhbət etməzdim" sözünü Aynur indi başa düşürdü ki, Fariz bunu intihar barədə demişdi.Kağızda isə bunlar yazılmışdı:Aynur!Sən bunları oxuyanda mən artıq sənə yuxarıdan baxacam ama çoxdan istədiyim yerdə ailəmin yanında olacam.Sən çox yaxşı insansan ama çox fağırsa, nə qədər fağır olsan onlar səni əzəcəklər.Bu səndə olmasada çalış çalış ki, özündə onlara nifrət hissivi oyadasan.Artıq onlara əvvəl ki, gözlə yox başqa gözlə bax onda onların içini görəcəksən.Sonda isə demək istəyirəmki Aynur Mən sə.......və burda qan izdəri.Aynur başa düşdüki Fariz bunu artıq damarlarını kəsəndən sonra yazıb.

Farizin ölümüdən 1 ay  keçmişdi ama bir dəfə də olsun Aynur o parka ayaq basmadı.Bundan sonra o fikirləşirdi doğurdamı insanlar belədir?doğurdanmı onlar əclafdı?Əks fikirləşəndə o artıq bunları öz həyatında görürdü.Əvvəl avtobusda ona yer verməyi xoşlayan Aynur indi başa düşürdüki bunu  içdən gələn niyyətlə yox sadəcə səvəb niyyəti ilə verillər çoxsu isə verəndən sonrə içdə söyürlər,əvvəl sevginin qüvvətinə inan Ayur artıq indi bilirdi oğlanlar qızlara hansı niyyətlə yaxınlaşırlar bu ona yaxınlaşan oğlanların əməllərində görünürdü,əvvəl heç bir insanlarda fərq qoymuyan Aynur onun geyminə başqalarının gülməyində fərqi hiss edirdi, artıq o, satıcıların gözləri görmüyən qocaları aldatmağını görürdü. onun bu dəqiqə fikirləşdiyi şeylər isə uşağlığı idi.Beynində fikirləşdiyi sözlər" çaş çaş ki, böyümüyəydim, əvvəl İnstituta griməyi istəyimi indi bilirəm çox axmaq fikirlərdi.Hamı elə bilir ki, KÖRPA QARANLIQ DÜNYADAN İŞIQLI, GÜNƏŞİ OLAN DÜNYAYA İLK QƏDƏMLƏRİNİ BASIR , AMA HEÇ KİM BİLMİRKİ KÖRPƏLƏR QARANLIQ DÜNYADAN BAŞQA BİR QARANLIQ DÜNYAYA GƏLİRLƏR!NƏ OLSUN Kİ, BURDA GÜNƏŞ VAR VAR,AMA GÜNƏŞ QARA ŞÜALAR SAÇIR ƏSLİNDƏ AMA İNSANLARIN GÖZ RƏNGLƏRİ DƏYİŞİB,GÜNƏŞ QARADI BİZ ONU SARI GÖRÜRÜK".Hər zaman divarlarında çoxlu şəkillər olan Aynurun indi otağı bom-boş idi.Otağda 3-şey var idi.Aynur, boğazında kəndir və yerə aşmış stul.

18 Ekim 2009 Pazar

MUAMMALI AGREİFEN


Səhv edirəm.Haqq tapdalandı.Niyə məhz mən bunu hədəf aldım?Niyə silahımın nişangahı buna istiqamətləndi?sözlərin sonunda otağa gizli girdiyim məlumdu lakin otağ sahibinin məni açıq gözlə qarşılamasına özü durmayıb,kasıb halıma yananda isə özünü yuxuluğa vurması məndə həyat eşqi oyadacaqmı görəsən?Evi soymağıma göz yumubsa bunların sonunda xoşbəxt olacammı görəsən....?!Olacam ama olmuyacam.Qürur.İmkan vermir əlcək taxıb onunla boğur məni iz qoymasın,məndən sonra gələnlər isə qıraqdan izləyib tənbəlləşəcəkdi yaxşısı boğdu məni.Ancaq işlək sözümüz var:Böyük nə zibil edirsə kiçikdə ondan dərs alır,eşidəndə maraqlı gəldi işlədim kitablara əl atdım mənasını tapmadım var idi aça bilmədim kor idim o zamanlar dəyişən bir şey oldu mənim gözlərim açıldı ama mənası yandırılmışdı.Bəli hər səfərində yalan tariximizdən danışan tarix müəllimim,yox ortada səhv gedir nəsə- yaltaq müəllimim -bax beləsi yaxşı alındı- döyüşlərin sonunda bizi qalib xalq edib alimlərimizi yox sadəcə taxta yığıncağımızı,yazarlarımızı yox həqiqət üstündə oturanları gözümə soxan SADƏ və DÜŞÜNCƏLİ millətdən bu cür tərifə layiq kinyəli cümlələrdi bu dövrü yaşadan.Maraqlı gəlirdi  hər dəfə uduzuruq şans olmasada tariximiz  məllimin əlindədi onsuz indi bizə yuxu dərmanı ilə yatızdırıb sonunda Bununlada Azərbaycan böyük dəstə ilə ANGREİFENLƏ qalib gəldi cümləsinə məndən aslı olmadan dilimi içdə saxlıyan orqanım öz özünə açıldı.Yəni bu qədərmi qüdrətli olmuşuq ki, yaltaqlardan da indi aciz vəziyyətdəyik?,baxışlarımızda da solğun təbəssüm təzahüründən doğulan Ay parçasına dönüb.Hiss etmədim.Nə zaman,harda necə və kiminlə?Hiss etmədim yenə toxunan əllər isə kobudluqla əvəz olunub qarşısındakının üzünə əl gəzdirirdi,çünki ixtiyarım var!Mənə maraqlı gəldi bu qədər danışılan anti həqiqətdən sonra Dünyanın ən ali ən qiymətli varlığı insan seçildi sevincliyə  qərq olunanda isə Günəş utancağından üzünü örtdü,çünki Dünyanın ən manqurt ən qiymətsizidə insanın özü seçildi.Bununla hiss etdim ki,Muamma doğuran Angreifen öz növbəsini başqasına vermək istəmirdi,suyun altı ilə yox artıq suyun üzündə üzürdü üzdüyünü bildirmək üçün.Çünki artıq şeirlərdə "Göz yaşlarımda boğuluram,Qaranlıq otaq bir də mən"sözləri ilə özünü düşüncəli bəzəndə məntiqli söz sahibi aparan məməli heyvanların fərqli növü çoxalmışdı.Tək qardaşı bu deildi.Əməlində Pessimist orqanlarına müraciət edəndə,dərdini tikəsinə qatıb lakin uda bilmiyənidə Mefistofelə qulluq edən sayırdılar.Axı,hekayələr,baş aldadan rəvayətlər Mefistofelin dərdi olmuyub yazıblar axı o həmişə kef məclislərinin ən xüsusi qonağı olub həmişə,yooooox yenə aldatdılar məni...Ola Bilməz!!!Məni aldatdılar ona görə üzdə bildirmiyib Muammalı Angreifen etmək lazım idi.İlk dəfə yazanda isə Mələklər mövzusuna bağlandı.Sözü işlədəndə  dəyərin salmaq adi hala salmaq 10 dəqiqəlik iş oldu ama heç bir insan sözün etimalogiyasına qaça bilmirdi sadəcə işlətmək və eşitməklə vəzifədə məqsədə yox elə vəzifəsin qaldırmaq idi.Yolun ortasında isə çox atıldı düşdü yazdıqlarının fəlsəfi sonluğunda isə yoldan çəkilməsi oldu.Yenə Angreifen gərək idi,bu səfər isə otagım gözünün önündə təmiz səliqəli görsənsə də otağımın künclərini toz basmışdı,hissiyatı isə ölmüşdü.Başqa şeydə var idi.Fərq.Düşüncəli yazılan sözləri oxumaqla üstündən tullanırdılar ama MƏN İSƏ SÖZLƏRİ OXUMURDUM MƏN ONLARI GÖRÜRDÜM.Bunu deyəndə isə qarşımdakının sarı təbəqə ilə örtülmüş dişlərini ağartmağı çox şeydən xəbər verirdi.Günlərimdə isıqlı solğun sifət görsənsədə üz döndərən olmadı buna görə Angreifen lazım idi.Ümidim kəsilmirdi havada rəqs edən yarpaqlar isə havada saralıb yer üzü görürdülər və birdən qəflətən qorxuzanda isə 5 yaşının olması mənə pis təsir etsədə 1 məqsəd yönlüyümün olmasına çox kömək etdi buna görə MUAMMALI ANGREİFEN lazım idi ama ovucunda saxlamaq  sahibinə üzünü göstərdi.Və oturub onunla fikirləşəndə sona yaxınlaşanda  pərdə asılmış gözlər hər şeyi tanıdı HAMINI TANIDI,KİM KİMDİ HƏR KƏSİ HƏR KƏSİ TANIDI buna görə MUAMMALI ANGREİFEN lazım idi Ağcaqandlara qarşı!!!!!

Yenə kimsə gəlir otağa ona elə gəlirki bu bu gün olduğu Fəlsəfi Şairinin oxucularıdı sevinirdi lakin ağ xalatda ola bilməz bu yenə odu?!Yanındakı adam isə ona çox tanış gəlir.Bu ki, onun dostudu.Dostu yazıq sifətlə aynasına baxanda həkim ona "Bu gün "Fəlsəfi Şair"-ə oxşadır özün...

Yenə bir gün........2-ci hissəsi   www.angreifen.blogspot.com

3 Ekim 2009 Cumartesi

ÖLSÜN İNSANLAR!!!


Ölsün Aylı və Aysız gecələr

Pərdəm dalğanın qaçmasını,gözlərim yaş istəyir

Ölsün gülləli sabahlar

Axıdılan qanlar damarlarda qurumaq istəyir

Ölsün olmuyan günahlar

Fəzilətə son verirəm,özünə düzgün insan istəyir

Ölsün verilən əzablar

Körpələrim dünyaya yeni nəfəs vermək istəyir

Ölsün səmavi göylər

Buludlarım dolub burax ağlamaq istəyir

Ölsün işıqlı günlər

Yarımçıq dayanıb həyata son qoymaq istəyir

Ölsün eşidilən səslər 

Qulaqlarım daha dözmür gözlərdən kömək istəyir

Ölsün qızarmış üfüqlər 

Günəşdə tək qalıb Ayla barışmaq istəyir

Ölsün bütün Dünyalar

Təkrarlarda təkrarlanır kürə durmaq istəyir

Ölsün bütün İnsanlar

Əcəldən qaçmıyın qəbirlər dolmaq istəyir

Öllüüüüüüüüüüüüüüüüüüünnnnnnn!!!