THOUSANDS OF FREE BLOGGER TEMPLATES

18 Ekim 2009 Pazar

MUAMMALI AGREİFEN


Səhv edirəm.Haqq tapdalandı.Niyə məhz mən bunu hədəf aldım?Niyə silahımın nişangahı buna istiqamətləndi?sözlərin sonunda otağa gizli girdiyim məlumdu lakin otağ sahibinin məni açıq gözlə qarşılamasına özü durmayıb,kasıb halıma yananda isə özünü yuxuluğa vurması məndə həyat eşqi oyadacaqmı görəsən?Evi soymağıma göz yumubsa bunların sonunda xoşbəxt olacammı görəsən....?!Olacam ama olmuyacam.Qürur.İmkan vermir əlcək taxıb onunla boğur məni iz qoymasın,məndən sonra gələnlər isə qıraqdan izləyib tənbəlləşəcəkdi yaxşısı boğdu məni.Ancaq işlək sözümüz var:Böyük nə zibil edirsə kiçikdə ondan dərs alır,eşidəndə maraqlı gəldi işlədim kitablara əl atdım mənasını tapmadım var idi aça bilmədim kor idim o zamanlar dəyişən bir şey oldu mənim gözlərim açıldı ama mənası yandırılmışdı.Bəli hər səfərində yalan tariximizdən danışan tarix müəllimim,yox ortada səhv gedir nəsə- yaltaq müəllimim -bax beləsi yaxşı alındı- döyüşlərin sonunda bizi qalib xalq edib alimlərimizi yox sadəcə taxta yığıncağımızı,yazarlarımızı yox həqiqət üstündə oturanları gözümə soxan SADƏ və DÜŞÜNCƏLİ millətdən bu cür tərifə layiq kinyəli cümlələrdi bu dövrü yaşadan.Maraqlı gəlirdi  hər dəfə uduzuruq şans olmasada tariximiz  məllimin əlindədi onsuz indi bizə yuxu dərmanı ilə yatızdırıb sonunda Bununlada Azərbaycan böyük dəstə ilə ANGREİFENLƏ qalib gəldi cümləsinə məndən aslı olmadan dilimi içdə saxlıyan orqanım öz özünə açıldı.Yəni bu qədərmi qüdrətli olmuşuq ki, yaltaqlardan da indi aciz vəziyyətdəyik?,baxışlarımızda da solğun təbəssüm təzahüründən doğulan Ay parçasına dönüb.Hiss etmədim.Nə zaman,harda necə və kiminlə?Hiss etmədim yenə toxunan əllər isə kobudluqla əvəz olunub qarşısındakının üzünə əl gəzdirirdi,çünki ixtiyarım var!Mənə maraqlı gəldi bu qədər danışılan anti həqiqətdən sonra Dünyanın ən ali ən qiymətli varlığı insan seçildi sevincliyə  qərq olunanda isə Günəş utancağından üzünü örtdü,çünki Dünyanın ən manqurt ən qiymətsizidə insanın özü seçildi.Bununla hiss etdim ki,Muamma doğuran Angreifen öz növbəsini başqasına vermək istəmirdi,suyun altı ilə yox artıq suyun üzündə üzürdü üzdüyünü bildirmək üçün.Çünki artıq şeirlərdə "Göz yaşlarımda boğuluram,Qaranlıq otaq bir də mən"sözləri ilə özünü düşüncəli bəzəndə məntiqli söz sahibi aparan məməli heyvanların fərqli növü çoxalmışdı.Tək qardaşı bu deildi.Əməlində Pessimist orqanlarına müraciət edəndə,dərdini tikəsinə qatıb lakin uda bilmiyənidə Mefistofelə qulluq edən sayırdılar.Axı,hekayələr,baş aldadan rəvayətlər Mefistofelin dərdi olmuyub yazıblar axı o həmişə kef məclislərinin ən xüsusi qonağı olub həmişə,yooooox yenə aldatdılar məni...Ola Bilməz!!!Məni aldatdılar ona görə üzdə bildirmiyib Muammalı Angreifen etmək lazım idi.İlk dəfə yazanda isə Mələklər mövzusuna bağlandı.Sözü işlədəndə  dəyərin salmaq adi hala salmaq 10 dəqiqəlik iş oldu ama heç bir insan sözün etimalogiyasına qaça bilmirdi sadəcə işlətmək və eşitməklə vəzifədə məqsədə yox elə vəzifəsin qaldırmaq idi.Yolun ortasında isə çox atıldı düşdü yazdıqlarının fəlsəfi sonluğunda isə yoldan çəkilməsi oldu.Yenə Angreifen gərək idi,bu səfər isə otagım gözünün önündə təmiz səliqəli görsənsə də otağımın künclərini toz basmışdı,hissiyatı isə ölmüşdü.Başqa şeydə var idi.Fərq.Düşüncəli yazılan sözləri oxumaqla üstündən tullanırdılar ama MƏN İSƏ SÖZLƏRİ OXUMURDUM MƏN ONLARI GÖRÜRDÜM.Bunu deyəndə isə qarşımdakının sarı təbəqə ilə örtülmüş dişlərini ağartmağı çox şeydən xəbər verirdi.Günlərimdə isıqlı solğun sifət görsənsədə üz döndərən olmadı buna görə Angreifen lazım idi.Ümidim kəsilmirdi havada rəqs edən yarpaqlar isə havada saralıb yer üzü görürdülər və birdən qəflətən qorxuzanda isə 5 yaşının olması mənə pis təsir etsədə 1 məqsəd yönlüyümün olmasına çox kömək etdi buna görə MUAMMALI ANGREİFEN lazım idi ama ovucunda saxlamaq  sahibinə üzünü göstərdi.Və oturub onunla fikirləşəndə sona yaxınlaşanda  pərdə asılmış gözlər hər şeyi tanıdı HAMINI TANIDI,KİM KİMDİ HƏR KƏSİ HƏR KƏSİ TANIDI buna görə MUAMMALI ANGREİFEN lazım idi Ağcaqandlara qarşı!!!!!

Yenə kimsə gəlir otağa ona elə gəlirki bu bu gün olduğu Fəlsəfi Şairinin oxucularıdı sevinirdi lakin ağ xalatda ola bilməz bu yenə odu?!Yanındakı adam isə ona çox tanış gəlir.Bu ki, onun dostudu.Dostu yazıq sifətlə aynasına baxanda həkim ona "Bu gün "Fəlsəfi Şair"-ə oxşadır özün...

Yenə bir gün........2-ci hissəsi   www.angreifen.blogspot.com

0 yorum: