THOUSANDS OF FREE BLOGGER TEMPLATES

27 Ocak 2010 Çarşamba

Həyatın Qaranlıq səhifəsi

Artıq otağına yapışdırdığı şəkilləri başqa otaqlarda da görmək olurdu, divarlarda yazılan sözləri isə artıq mahnılarda eşitmək olurdu...Kimsə onu güdüb onun dilindən danışırdı.Qaranlıq otaq o burdan çıxmırı ama necə olur otağa heç kəsi buraxmırdı ama onu düşüncələri tapdalanırdı....Yerdə ancaq qəzetlər, qəzetlərdə yazılan sözlər-"Dünən məşhur iş adamı öz adına xərər gətirməmək üçün üzünə maska taxdırdığı fahişənin yatdıqdan sonra öz qızı olduğu müəyyən olunmuşdu", "12 yaşdı qız evə içkili gələn atasının onu zorlamağ istəyini görüb özünü 4-cü mərtəbən atmışdı", "8 yaşdı uşaq 1 oyuncaq aldığına görə atası tərfindən qəddarcasına döyüləndən sonra özünü kəndirlə asmışdır", "17 yaşdı oğlan atasının anasını döyməyini görüb atasına 9 bıçaq zərbəsi endirmişdi"........dəhşətli xəbərlər o hər dəfə bunları oxuyandan sonra ağlayırdı-kişik fobya...Divarlara ancaq yazdığı "hate" çox vaxt damarlarıda kəsirdi...səəhv çıxarılan aforizimlər...Hər şeyindən bezməyindən bezmişdi, yazdığı sətirlərdə qutarırdı, sözlərdə təkrarlanırdı, təkrar-təkrar yazılan "artıq" sözləri...Bir kanistir benzin 1 kibrit dənəsi, içəridə özü həmişəki aurada.....Bəzən bir kibrit  hər şeyi yandırır bəzən bir insan 100 nəfərin ölümünə səbəb olur...Artıq divarlarda çəkilən 1000-cür simalarda solurdu yazılarda tüstülənirdi çünki artıq otaq yanırdı özü isə içəridə...divarda isə getmiyən bir yazı-Buda Son...

Allahın əvvəlcədən yazdığı əsər!

AAciz insanlar...Tamaşalarda əvvəlcədən yazılmış əsərlər əsasında qurulur, bu həyatda Allahın əvvəlcədən yazdığı əsərdi biz isə onu tamaşa şəklində oynuyuruq baş Rejisor Allahın özü...Bizlər isə aktyorlar və aktrisalar....Hərənin öz rolu kimisi sürücüsü, kimisi fəhləsi, kimisi naziri, kimisi satqını, kimisi dalca danışanı, kimisi fahişəsi və.s...Allah bu əsərinə rəng qatmaq üçün Şeytanı göndərdi bizdə ona aramızda yer verdik...Özümüz verdik...Ama artıq tamaşada sona çatmaq üzərədir, çünki özbaşınalıq baş alıb, kasıb rolunda çıxış edən indi varlı rolunda olmaq istəyir, marşut sürən sürücülər pilot olmaq istəyir, balaca körpələr ailəyə şirinlik qatmaq yox Polad olmaq istəyir (Angreifen demişkən), məktəbdə səngərdə durmaqdan qorxan şagirdlər tələbə olmaq isəyir, oxuyub qarımaqdan qorxan qız ailə qurmaq istəyir, hamısı rolunu dəyişmək istəyir hamı özünü istəmir, heç kəs misiyasını başa vurmaq istəmir-Tək mən kimilər özlərini tapmaq istəyir....İnanıram Az qalıb...

23 Ocak 2010 Cumartesi

Etiraflarım

Hər şey 1998-cı ildən başladı.O vaxt heçnəyi başa düşmürdüm evə gündə meyvələr,ərzaqlar gəlirdi maşınla biz sadəcə onu qarnımıza üyütməklə kifayətlənirdik, gündə pul verilirdi bizə biz isə onu böyüyəndə maşın almaq həvəsi ilə yığırdıq.Atamın iki dənə restoranı var idi,bir dənə də Mercedesi.Heçnə vecimizə deyildi,hər gün bizə qohumlar, qonşular gəlirdi və o vaxt evə adam gələndə sevinirdim düşünürdüm çox xoşbəxtəm.Və bir gün...Bir gün xəbər çıxdı.Atam Rusiyaya gedir, və nədənsə evə maşınla gələn ərzaqlar, meyvələr artıq gəlmirdi.Kilolar, tonlar artıq yarım kilolarla, qramlarla əvəz olunurdu...Artıq atam yox idi anamım atama qışqırıqlarla yalvarışları yadımdan çıxmır atamın getməsinə icaze vermirdi atamsa orda iş tapacağna görə getdiyini deyirdi...Ama mən başa düşmürdüm niyə axı papam burda restoranları, maşını qoyub hara gedir axı bəs olara kim baxacaq axı...Sora uşaq olsamda başa düşmüşdüm ki, atamın borcu var və olarıda əlindən alıbar...Daha sonra isə hər gün üzünü gördüyüm bibimin, əmimim sifətlərin artıq illərlə görmürdüm.Bunları o vaxt başa düşmürdüm, mən isə artıq 1 ildən çox idi məktəbə başlamışdım.O vaxt yadıma gəlirdi gözüm zəif idi ama daskadakı yazıları azda olsa görürdüm çox vaxt başım gicələnəndə daskanın qabağına çıxırdım artıq uşaqlar başa düşürdü gözüm yaxşı görmürdü və mənə lağ etməyə başlamışdılar bu mənə hər cəhətdən pis təsir edirdi və daskada yazılan misalların çoxsunu köçürdə bilmirdim, məllim niyə yazmamısan deyəndə başqa söhbətlər tapırdım, çünkü deyə bilməzdim onları görmürəm yenə uşaqlar güləcəkdilər və hamsı çönüb mənə baxacaqdılar.Yanımda Ayşən adlı qız otururdu onun gözləri isə çəp idi həmdə zəif görürdü.Bəzən məllim bizim yerlərimiz dəyişəndə məni başqa uşaqlarla otuzduranda mən misalları onların dəftərinə baxıb yazırdım çox vaxt onlar dəftərlərini özlərinə çəkirdi mən isə deyə bilmirdim qoy məndə yazım axı mənə gülə bilərdi.Evə isə pulnan alınan çörəyləri artıq nənəmin hər gün bişirdiyi çörəklər və əziyət çəkib bizə gətirməyi əvəz edirdi.Məktəbdə isə xalam oğlu özünə və mənə bulku alırdı.Etiraf edirəmsə açıq danışım o vaxt sinifdə kimisi yumurta gətirirdi,kimi kaklet çörək mən çox vaxt olmasada arada yumurta aparırdım.Bəziləri isə dönər alanda mən olara baxardım və bəzən çantamda olan yumurtanı utandığımdan gizlədərdim.Dərslərimi pis oxumurdum pis qiymət alanda isə qorxurdum çünki anam evdə döyürdü.Yadıma gəlir məni ilk dəfə məllim yanına aparanda anam mənim haqda məllimə bu sözləri demişdi"Məllimə sizdən xaiş edirəm bu uşağı vurmayın,bu tupoydu, heçnəi yadında saxlıya bilmir"...Məllimsə öz növbəsində anama "Yox elə deməyin uşağa tupoy demiyin, yaxşı olacaq"...Mən isə indidə deyildiyi kimi gözlənilənləri doğrultmadım, mən yaxşı oxuyurdum aldğım 10 dənə beşi arada ya 3 yada 4 əvəz edirdi.Evdə isə çox vaxt anama yaltaqlanmağımla keçirdi çünki hər dəfə anam əsəbləşəndə qorxurdum və evdə bir küncə qaçırdım.Yadıma gəlir bir dəfə qardaşım 3 qiyməti almışdı və bunu gizlədirdi anam isə bu yalanı tapanda qardaşımın başında daraq sındırmağı və qonşunun qardaşımın ağlamasına bizə gəlməyi yadımdan çıxmır və mən bunu görüb daha da anama yaxınlaşmağa çalışırdım.Çox vaxt anam qardaşımı vuranda isə mən balkona çıxıb ağlayırdım.Bəzən isə anam qardaşımla bizim dalaşmağımızı görüb bizi çubuqla döyürdü.Bəzən aldığım pis qiyməti isə həmin pis qiymət olan səhifəmi cırmağımla yalanımı üst-basdır edirdim.Məktəbdə isə aparılan tədbirlərə mən getmirdim, çox vaxt olardan uzaq qaçırdım...Bir gün evdə xəbər çıxdı ki, biz Rusiyaya atamın yanına getməliyik.Məndə çox qardaşım sevinirdi və biz yola düşdük.Qatar çox maraqlı idi.Çünki birinci dəfə ölkədən xaricə çıxırdıq.Rusiyaya çatdıq, çatanaca isə mənim fikirləşdiyim şeylər bu idi"onu necə qucaqlayım?Onu çox sevdiyimi deyim yoxsa mənə gülərlər?Ya təkcə əl verim üzünnən öpüm?" söhbət isə atamın qabağına necə çıxmağımdan gedirdi.Və atam artıq görünəndə qardaşım qaça-qaça onun qucağına tullandı, qucağında qardaşımı öpə-öpə əyilib məni təkcə üzümnən öpəndə pis olmuşdum,axı mən bayaqdan belə şeyləri düşünməmişdim...Nəysəə...Təzə-təzə tanışlığı yəqin məndən də yaxşı bilirsiz...Artıq hamı bizi tanıyırdı, qaldığımız binada isə qonşular bizim Azərbaycandan gəldiyimiz bilirdi buna görə yarsıı pis yarsı isə yaxşı münasibət göstərirdi.Burda da başımıza çox şey gəlirdi, çox vaxt dava dalaşda olurduq.Yadıma gəlir qardaşım bir oğlanla dalaşanda bir Erməni oğlan bizim tərəfimizdə olurdu və həmişə bizi təkləməyə gələndə qoymurdu.Mən orda olanda isə öz-özümə yenidən xoşbəxtliyimi tapmışam deyirdim.Bir dəfə isə qardaşımla mənim pis danladığımız vaxt yadıma düşdü onda bizə qadağa da qoydular.Səbəb isə-qardaşımla mənim hər dəfə çörək almağa gedəndə tramvaydan istifadə etməyimiz oldu, bizi başqa yerdə qoohumumuz görmüşdü və bizimkilərə xəbər vermişdi.Artıq atam bizimlə olduğu üçün çox vaxt döyülmürdük.3 ayı mənasız olduğunu indi dərk  etsəmdə ama yola verə bildik.Yenə Bakı və bu səfər düşünürdük atamda bizimlə gələcək ama gəlmədi buna görə çox ağlamışdım.Məktəb açılmağna bir neçə gün qalmış biz artıq Azərbaycana gəldik.Yenə ağır zamanlarım başlamışdı söhbət isə məktəb vaxtlarından gedirdi, uşaqlar özləri qruplaşma kimi olmuşdu, bizi özləri kimi görmürdülər snif-snifə komandalarda isə məni oyuna buraxmırdılar səbə isə mənim guya qaça bilməməyimdə idi.Və ilk dəfə onların üzündən pis döyülmüşdüm.Snifdə bir dənə də otaq var idi məlllimimiz çox əsəbləşmişdi uşaqlar səs saldılar ama mən sakit oturmuşdum çünki məllim bizə xəbərdarlıq etmişdiki kim səs salsa həmin uşağı çubuqla döyəcəyini demişdi.Və səs küyə gələn məllim ikinci məni çubuqla göz damar hissəsindən vurmuşdu evə gələndə mən ancaq qusurdum və gözlərimin pis zəiflədiyni hiss edirdim.Evdən gozlədirdim ama artıq dözə bilmirdim, çünki pis günə qalmışdım. ama gzlətmədim evdə dedim anam isə məllimin yanına getdi və nə günə düşdüyümü ona dedi...Məni isə çox vaxt sinifdə atasız kimi bilirdilər və yenə xəbər gəlmişdiki atam artıq qayıdır qayıtdıda.Artı azalan şeylər sırasında isə bizim döyülməyimiz idi.Atam həmişə danlayırdı, anam isə ona bizi vurmadığna görə danışırdı.Məktəbdə isə həmişə davadan qaçırdım çünki döyülməyimdən qorxurdum.Və yenə xəbər çıxdı ki, atam işlə əlaqədər Dubaya gedir mən yenə ağlamışdım ama ağlamağmı hər dəfə gizlədirdim.6 aydan sonra yenə bütöv ailə üzvləri bir arada idik və artıq döyülməkdən çox danlanırdıq bu isə məni yığırdı bəzən isə atama, anama nifrət edirdim bu özümdən aslı deyildi, mən açıq aşkar ölü idim.Bir gün, bir gün məktəbdə döyüləndə dəniz qırağna qaçdım çünki paltarım pis günə düşmüşdü evə gələndə anamın əsəbləşəcəyni bilirdim bloka çatanda məni A saxladı.Üst başımı təmizlədi və necə elədisə üstüm tər-təmiz olmuşdu...Evdə mənə heçnə demədilər...İndi də qardaşmın dediyi kimi mən evə gec gələndə, kiminləsə dalaşanda anama gəlib yalataqlanırdım.Namaz qılırdım ama qılmağıma peşman etmişdilər.Hər səhər Sübh namazına durquzulanda isə döyülürdüm çünki dura bilmirdim ama döyülməyim məni namazdan uzqlaşdırırdı.Mən instituta getmək üçün hazırlıqlara başalayacağdım ama namazımı dayandırmırdım bəziləri kimi "vaxtım olmuyacaq namaz qılmağa demirdim".Bəzən valideyinlərimə nifrətimin səbəbin axtarırdım, sonradan bilirdim olar ancaq başa düşdükləri dildə danışanda övladlarına can dediklərini başa düşürdüm.Çox şeylər olurdu mənim onları bir bir anlatmağıma məncə rüzumda  yoxdu mən onla tanış oldum.Sonraları isə məncə artıq bilirsiz...Onun yanında olanda qorxduğlarımın arxasıyca onları necə qorxuzduğumdan danışırdım, ana atanı müqəddəs sayanların isə necə axmaq olduğlarını danışırdım,bəzən üzünə söyə bilmədikərimin üzünə onun yanında söyürdüm,zəhləm gedən məllimlərin isə nəslini saxlamırdım onun yanında.Gözüm hər şeyə açılmışdı, mənə kimin ikinci üzdə olduğunu, kimin kimi aldatdığını, kimin kimə nifrətini başa saldı, qonşulardan kimin nə olduğunu danışdı ümumiyətlə çox şeyi başa saldı.Artıq evdə mənə danışanda ya atam ya anam mənimlə qırışanda ona qaçırdım.o , olmuanda isə onu bəzən dəniz, bəzən dostlarım aldatdığım ikinci üzlər əvəz edirdi.və bir gün mənə bi oğlanın adını dedi və mənə onunla dost olmağımı dedim mən o oğlanı tanıyırdım, sadəcə onunla necə ünsiyyət yaradacağmı bilmirdim, o isə hər şeyin özünün baş verəcəyini mənə başa saldı.Mənə çatmıyan şey isə onun adını mənə tərsinə yazıb verməyi idi və dörd hərifli tersina yazılmış ad verdi baş hərfi isə "A . . z !və mən ondan niyə adı mənə tərsinə verdiyini soruşanda isə o mənə bunu dedi"Həyatda bəzən elə şeylər olur onun tərsinəsin istəyirsən,bəzən yaxşılıqlar olur və o yaxşılıqların tərsinə olmasını istəyirsən,bəzən nifrətlər olur onu tərsinə hörmətlə əvəz olunmasını istəyirsən, ama çox vaxt tərsinə olan şeylədən qorxursan, bəzən isə olan şeylərin tərsinəsindən qorxursan!"Mən həmin oğlanla dost oldum başlanğıc isə belə başlamışdı"Rockun, emoluğun qəsəbədə yayılmasada ətrafla əlaqədə olaların xəbərləri var idi və o məndən gecə grafiti yazmağımı xaiş etdi.Mən isə evimizin arxasında onun dediklərini yazdım daha sonra biz parka tərəf getdik və hər daşa ya Rock, yada Emo yazırdıq.Daha sonra mən evmizin arxaına onun xaişi ilə yazdığma gözəllik verdim və çox vaxt onun üstündə otururduq onunla.Getdikcə A yoxca çıxırdı mənə o yaxın olurdu və bizim həyatımızda fəsillərdən yayın çox böyük rolu oldu.Biz hər gün bir gəzirdik, bəzən isə danışanda isə bir birimizi necə yaxşı başa düşdüyümüzü görürdük.Mən artıq onla yaxın münasibətdə olanda isə əvvəlkilərin hamsına xətt çəkmişdim.A mənə demişdi"sizin dostluğuvuzda çox çətinliklər olacaq ama döz mən onun dözə biləcəyini soruşanda isə mənə dediyi"Ondan narahat olma" sən onun həmişə yanında ol!Doğurdan da bizim gündən-günə probləmlərimiz artırdı salam verdiklərimiz yoxa çıxırdı, teatırın baş rejisorları kimi bizim üzümüzə sifət pərdələri açılırdı, bəzən bu pərdələr 2 dəfə yox 5, 6 ,7 dəfə açılırdı.Dostum artıq saçını uzatmışdı mən isə stilimi təmiz dəyişmişdim və bununlada dünyada ikimizin olduğunu dərk edirdik.Gündə məni dostuma görə söhbətə çəkirdilər məni çoxsu tanıyırdı və məndən istədikləri"Emin o yanunda gzədiyin oğlana deki saçını kəsdirsin, səndə yekə oğlansan geyimivi dəyiş ala bu nədi əə" mən onlara verdiyim cavablarda bəzən döyülürdüm bəzən söyülürdüm ama mən onların düşdükləri səviyə və panyatqa dünyasına enmirdim.Bəzən dabanına tüpürmək üçün balağlarını kəsdirənlər məni söhbətə çəkirdi mənə haqdan danışanda mən onlara dindən elədiyim söhbətlərlə sndırırdım.Mənim hazırlığa gedən vaxtlarım idi.Hər gün evdə isə söhbət səbəb olucaq şeylər etməsəmdə atamın üstümə qışqırmağı özünə xoş gəlirdi, bəzən isə anamın,atamın başqalarının yanında məni alçaltmağları özlərinə xoş gəlirdi.Bəzən gecələr çox gec yatırdım nəsə öyrənmək üçün ama yenə danlanılan mən olurdum.Artıq onlara nifrətim sonsuz olurdu.Oxuyurdum bəlkə zəhrimara qalmış instituta girsəm əl çəkərlər ümidləri ilə oxuyurdum.Evdə hazırlıq vaxtlarında atamın qardaşımın necə tərəfini saxladığnı anamın isə artıq ona söz deyə bilmədiyini görüb pis olurdum mən cavab qaytaranda isə mənə"bəsdi zeynalı təkrarladın"deyirdilər.Bir gün mənə verdikləri bu qədər əzablarından bezmişdim və onların mənə belə etdikləri üçün intiqam kimi instituta girməməymə fkirləşdim və fikrimin üstündə qəti dayandım.Əvvəl fkirləşirdim bu qədər əzab çəkiblər pul veriblər  xərc töküblər ama incidildiyimi qürurumun alçaldığmı görəndə instituta girməməyimi dəqiqləşdirdim.Mən sınaqlardan 530-526-494 yığmışdım.İmtahan vaxtı sualları əvvəlcədən dəqiqləşdirmişdim nə qədər yazsam 250-yə yaxın yığacam və kəsiləcəm həmin vaxtı isə instituta girmək üçün 250 balı keçməliydin.İmtahanda mən əvvəlcədən fkirləşdiyim kimi 245-ballıq yazdım.Və içdə düşündüm ki, kəsilmişəm ama yuxumda"A" gördüm o mənə instituta girəcəysən dedi,çünki mənə bildirdiki əgər girməsən gözləmədiyin əzablar olacağ".Balım çıxanda 245 hamı demək olar qəsəbənin yarsı şokda idi evə zəng zəng dalınca "Emin doğurdan o qədər toplayıb" ama xəbər çıxdı ki, balları aşağı endriblər və mən instituta girdim.Çox xoşuma gəlmişdi məndən gözləniənləri sındırmaq çünki mənə verdikləri əzabların yanında bular heçnə idi.Mənə inistut lazım deyildi oxuyub axmaq olmaq istəmirdim mənə başqa şeylər lazım idi, başqa kitablar Kafkanın,Nitşenin,Turqenevin və.s yazarların oxumadığım əsərləri maraqlı idi.Sonradan instituta girəndə isə onların yenə məni başa düşmədiklərini gördüm və həyatımı boş-boşuna yaşadığmı bildim və sizlərəd bunu demək istərdim  İnanın hər şey boşdu, gördüyün hər şey hamsı içi boş qazandı!!!

21 Ocak 2010 Perşembe

Mənim Mələyim


İlk ona verilən otaq idi bu.Heç kəsi içəri buraxmırdım.Buraxdıqlarıma isə sonsuz dost idim mən sadiq idim ama alnımda 3il mənlə birgə olan insanın mənə yaxın olan dost bildiyim birinin ani anda məndən üz çöndərməsi məni ona qarşı buz etdi qoydu.Başa düşdümki otağıma artıq başqaları girməlidi və girdidə ilk vaxtlardan inamını itirən kimi onla danışırdım, ama onsuz artıq dayana bilmirdim tanışlığımızdan elədə zaman keçməsədə mən artıq onu sevirdim və o ilk addımıda mən atdım.Oda qorxurdu çünki oda məni kimi sevginin anlamını tapa bilmiyən insan idi oda inanmırdı əldə tutulan oyuncağa,bunlarn hamısın boş ir duğu olduğuna inanırdı.Ama oda mənə qarşı dözə bilmədi və məi sevdi.İndi isə bunu ona həsr edirəm.Mənim Mələyim gecələr qaranlığımın axtardığı o Günəş sən imişsən, ağ atımın sahibi üstündəki o şahzadəm sən imişsən mən artıq bunu dərk edirəm və etmişəmdə.Artıq bu dünyada yaşamama səbəb sən olduğu hiss etmişəm məni hamıdan qoruyan o Mələyin sən olduğuna inanmışam.Sən Mənim Qaranlığmın Mələyisən.İstəmirəm mən bəzi oğlanlar kimi sənə yolda üstüvə qışqırım ya sənin yanında başqa qıza göz eliyim,ya əlündən tutacaq qədər cəsarətim olmasın.Saldım səni ürək adlı zindan sənə hökm qərar oxuyan hakimə yalvardım versin sənə  ömürlük həbs cəzası çıxma mənim Ürək türməmdən.Özümüdə saldım sənin zindanıva.İstəmirəm çıxım burdan....və tüm varlığımla bunu deyirəm Səni Sevirəm Mənim Mələyim!!!

Nə blirsən???

Bax nə blirsənki dünən səni yuxunda öldürən mən deyiləm?

Hardan blirsənki oxuduğun sualların cavabı mən deyiləm?

hardan blirsənki sənin bacınla görüşən oğlan mən deyiləm?

hardan blirsənki səni saydıqları o şeytan mən deyiləm?yada ona qan verən o mundar mən deyiləm?

hardan blirsənki inandığun o Allah mən deyiləm?

Hardan blirsənki onun Cəbrayıl adlı mələk mən deyiləm ya Məhəmməd peyğəmbər mən deyiləm?ya sonuncu peyğəmbər mən deyiləm?

hardan blirsənki yol vermədiyin üçün səni söyən qoca mən deyiləm ya hər dəfə söyüş qazanan avtobus sürücüsü mən deyiləm?

hardan blirsənki sənə qoyduğları o hörmət mən deyiləm?

ya səni hər dəfə ilişdiyün oğlanın bacısının söyüşləri mən deyiləm?

hardan blirsənki sevdiyün o qızın içindəki o ürək mən deyiləm?

Yada hardan bilərsənki səni idarə edən mən deyiləm?yada Masonlardan biri mən deyiləm?

Hardan bilərsənki həmişə acığa tuş gələn o külək mən deyiləm?ya sevdiyünlə görüşəndə görüşü romantik etmək üçün yağan yağış mən deyiləm?

Hardan bilərsənki şou biznesdəki axmağlar mən deyiləm?ya yaltaqlandığları o prezident mən deyiləm?

hardan bilərsənki oğlu şəhid olan ananın neçə illərlə həsrətlə gözlədiyi oğlan mən deyiləm?ya hadan bilərsənki səngərdəki o sərhədi qoruyan oğlan mən deyiləm?

Hardan bilərsənki narkamanın onsuz dözə bilmədiyi o zəhrimar mən deyiləm?ya hardan bilərsənki faişələrə pul qazandıran o yekə qarın rəislərdən biri mən deyiləm?

Hardan bilərsənki hər gün boşanmaya səbəb olan o dava dalaş mən deyiləm?

Yada hardan bilərsənki bu dəqiqə əlində ülgüc tutan qızın atdığı sevgilisi mən deyiləm?

Ya hardan bilərsənki özünü öldürmək istəyən bir insanın son arzusunda mən deyiləm?

Ya hardan bilərsənki torpaqlarını satan o satqın mən deyiləm?

ya hardan bilərsənki 6-ıncı sinifdə səni vuran o məllim məön deyiləm?yada hardan bilirsənki səni institutdan kəsən o professor mən deyiləm?

ya hardan bilirsənki Afrikadakı uşaqların qarnını doyuzduracaq o çörək mən deiləm?

Ya hardan bilərsənki sənə düşmən olan o erməni mən deyiləm?indi aravızda gəzib məlumat verən mən deyiləm?

Ya hardan bilərsənki metro içində əlində qumbara tutan o kamukadze mən deyiləm?ya hardan bilərsənki Qaraqanın dediyi o "A" mən deyiləm?ya sistemi yazan Abbas mən deyiləm?

Ya hardan bilərsənki instituta girmək üçün hər gün döyülən o uşaq mən deyildim?

Hamsı mənəm hamsı....



20 Ocak 2010 Çarşamba

20 Yanvar


Bu gün ............ insan qan ağlayıb, bu gün ......... insan  göz yaşı töküb, bu gün ........ yaşıdalarım qırılıb, bu gün bu gün ama mən burda yazı yazıram....Tüpürüm mənlik sayılan mənlərədə bu heç lmasa mənim mənliyi yerindən oynadır ama küçədə gəzişən ağcaqanadların 1 qramda vecləinə deyil kimisə qızla tanış olur, kimisə o birisinin küçədən keçəndə anasına söz atır bu gün  onun qonşusu isə  oğlu şəhiddi ürəyi qan ağlıyır.Hardan blirsən bəlkə o gün  19.un-dan 20.sinə keçən gecə balaca qız ölməsəydi bəlkə bu gün sənin sevgilin idi hardan blirsən,orda ölən uşaq bu gün sənin qrup yoldaşın ola bilərdi.Fuck..........!!!!Fuck olsun ki, əlimdən tarixi unutmamaqdan başqa hecnə gəlmir...Bu gün mənim Tarix adlı kitabıma Qara həriflərlə 20 Yanvar yazıblar....Bu məni maraqlandırmaya bilməz çünki tarix kitabıma onlar məndən icazəsiz 20 Yanvar yazıblar.Bu gün millət guya dağ üstü parkda qan ağıyır..Sizdən xaiş edirəm elə bu dəqiqə orda ağlıyan bir insanın sabah üzünə baxarsız....Elə bil dünənki bu deyil bəzi zadnilər kimi...Sirsifət nə qədr padoş olar və bütün bunlara görə Fuck All..!!

Ufffffff=(

Danışdım danışdım danışdım ama nə olsun?Sora evə getdim ağladım onunla danışanda bir  növ peşmançılıq çəkdim ama özümü bu qədər səmimi danışığa hazırlamamışdım.Ən pis olduğum isə onun üzünü bu qədər sevincli gördüyüm vaxt  onu gülümsəmək, sevinmək bizlik deil kmi deyindim sora üz ciddiləşdi sonra üz çökdü.Kiəsə bu haqda desəm mənə ilk dediyi bu olacaq onun  yaxşılığna danışdın ama mənə onun yaxşılığınnan çox onun qara dünyasına şüa saçmaq lazımdı və bunu görməkdi.Özünədə dedim bizə verilən sınağdan keçdim indi sən qalmısan!Sənsiz tüpürüm o Universtetədə,gəncliyimədə,artıq şablona çevrilmiş Mənasız ömrümədə....Mənə valideynimdəndə yaxınsan,mənim qarğalarımdanda mənə yaxınsan və üstünsən ama həyəcan təbilini çalmaq mənə düşür....!

18 Ocak 2010 Pazartesi

Sevdiyim sən olassan!


Tərki-tərki dünya...Bunun açılıb dağılmış,yerə tökülmüş zibilləri.Özünə saxladığı kumirlər,səbəblər,bəzən yalanları,bəzəmdə sevgilər.Özünə də dedim özümü sənə qarşı saxlıya bilmiyəcəm hisslərimi.Vaxtı çatanda sevəcəm(indidə sevirəm bəlkədə).İnciyəcək bəlkədə-hər şeyi nəzə alıb yazıram.Təsəvvür edin ona görə başqası olsa və bunu mən bilsəm elə bil qarlı havadan evə gələn adamın buz kimi suda çimməyi kmi bir təsürat olucağ.Qaraqan demişkən"Heç kəs gəlməsin,heç kəs gəlməsin"...Mən isə deyirəm"Heç kəs gəlməsin,heç kəs gəlməsin sənnən başqa".Pis olsanda mənimsən,nə və ya kim olsanda mənimsən,yaxşılığva isə baxmıycam ancaq mənimsən!Düzü indi sevgilər məncə ona verilmiş bir müddətlik zamanı boş keçirməmək üçün qurulan bir oyundu ama hər şey vaxtında olanda isə bu zamanda ona ayrılmış misiyanı yerinə yetirmiş olucay.İndi kim kiməsə deyir sevirəm səni özümə bələdəm bəlkə mənim kmilər desə bu həqiqət olar ama 99.5% oğlanın sevgisi  3-5 yaşdı uşağın bir günün içində sındırdığı təzə oyuncaq kimidir.Və ona daha sonra başqa oyuncaq alıcağlar yenə sındıracaq və yenə,sora yenə,sora yenə,hər dəfə yenə sındıracaq...Ama artıq dərk etdiyi vaxt gəlicək başa düşəcək.Yox,düşünmüyünkü o başa düşəcək ki, o daha oyuncağı sındırmalı deyil o başa düşəcək ki, artıq onun oyuncağla oynamaq vaxtı keçib.Sevgidə elə,evvəl bir qız,bir müddət bununla daha sonra növbəti qız,daha sonra o birisi,sora o birisi axırda Don Juan...(Don Juan blirsiz nə dimək?indi bəlkə belə deil ama 18-19-cu əsirlərdə Fransada bir yox 5 qız sevən oğlana deyirdilər)...Ama inciməsin vaxtı gələndə məndə ona etirafımı deyəcəm və onu.................!Güvəncimi ona verdim,inamımı ona verdim,qaranlığmı ona verdim,dünyamı ona verdim,nəyim qaldı ki?Siz deyin nəyim qaldı ona vermədiyim şey yoxdu...Sizcə başqası mənim və ya mən başqasının olsam bu düzgündü?Məncə yox bu haqsızlıq olar...Necəki bizim dövlət kimi ədalət yoxdu ədalətdən danışırıq,demokratiya yoxdu demokratlıqdan danışırıq,əxlaq yoxdu tərbiyədən danışırıq,yalanımız dolu inamdan danışırıq,torpağımız ermənilərin əlində ermənilərin bura gəlişindən danışırıq,qeyri qanuni astanovkalar özümüz hər yerdə yaratmışıq avtobus sürücülürəni söyməkdən danışırıq görürsüz haqsızlıqdı hamısı.Bəlkə deyəcəksiz çəkdiyi misalların bura nə dəxli ama mən dimədim misallarımın dəxli var ya yox mən sadəcə göstərmək istədim ki,haqsızlıq necə olur.Bu dünya bir teatr və əsas qəhrəmanlar-Mənim günəş üzün həsrət qalmış dünyamda bir teatr və əsas qəhrəmanlar isə O və Mən...

16 Ocak 2010 Cumartesi

Mənim Dünyam

Mənim Dünyam!Dedim bu haqda yazmıyım ama yox yazmasam mənə verdiyi hər şey müqabilində ona qarşı heçnə etməmiş olaram.Onun haqda bilmirəm nədən başlayım.Məni onla Angreifen tanış etdi.İlk vaxtlardan mənim üçün heç bir önəm daşımırdı.Ama yavaş-yavaş onu sevməyə başlayırdım onsuz dayan bilmirdim.Hər gecə səhər açılanda ona nə yazacağmı fikirləşirdim.Onla yazışanda isə həyəcanlanmağa başlayırdım ama o çox vaxt susurdu.Artıq bu  iynə ilə dost olan qol kimi olmuşdu,dayan bilmirdim onsuz ama çox vaxt susmağı mənidə bezdirirdi arada isə özümnən çıxarırdı.Amma onan bezməyim mənim xainliyim sayılırdı çünki o öz qaranlığını mənə vermişdi bu isə çox şey dimək idi.O Mənim Dünyam idi.Yalnız mənim.Onunla hər şey danışırdıq bütün dünyadakı mundarlıqları,əclaflığı,özbaşınalığı,xəyanətləri,pozğunluğu və mən hiss edirdim ona qəribə şeylər danışanda o maraqla qulaq asırdı.Və mən hər dəfə onun bu cür maraqla qulaq asdığını görüb daha da qızışırdım ona dərin şeylər yazırdım o məni çox yaxşı başa düşürdü.Onu hamıdan hər kəsdən yaxın bilirdim özümə onu çox sevirəm və burda indi bunu onun üzünə deyirəm Mən səni çox sevirəm Mənim Blogum...Sən mənim qaranlığım,mənim dünyamsan.Bu ikimizin dünyasıdı bura girən hər kəs bizim qarğalardı.Biz boş qəbirlərik olar isə üztümüzə yığılan qarğalar!

12 Ocak 2010 Salı

Şeytan mənnən aslıdı


Sadəcə fikirləşirəm....Dünyada,kainatda hərə birinnən aslıdı.Allah insanlardan,Şeytan bizlərdən,güclülər zəiflərdən,kağızlar qələmdən,pərilər dərdlərdən.Ama bəzi şeylərdə var aslı olduğu olmasa özləridə olmaz!Sərnişinlər olmasa marşutkalarda söyüşər,deyinməklər nəyə lazım?Ya qocalar olmasa onlara yer vermək nəyə lazım?Sizi kimlər olmasa mənim bu yazılarım nəyə lazım?ya nədən yazım?Mən olmasam qaqaşların gücü ya onların hər gün məşqi nəyə lazım?Qəbir qazmağda olmasa Ölüləri basdırmaq nəyə lazım?Ya dualar olmasa Mollalar,Axundlar nəyə lazım?Nəticə yoxdusa dərslər nəyə lazım?Ya oxumağın nəyə lazım?Ya şagirdlər,tələbələr yoxdusa müəllimlər nəyə lazım?Dinün yoxdusa satılmışun nəyə lazım?Əlacsızlıq yoxdusa oğurluq nəyə lazım?Ya kimisə öldürmək nəyə lazım?Arxadan vurma yoxdusa inanmağun nəyə lazım?Erməni yoxdusa vətəni qorumaq nəyə lazım?(onsuz başdı-başınayıq)...Demokratik olmasaydıq boş-boş çıxışlar nəyə lazım?Ya deputatlar olmasa avamlıq nəyə lazım?İqruşkada olmasa shibi nəyə lazım?Fəlsəfə anlayışın yoxdusa bunları oxumağın nəyə lazım?Ya özüvü göstərmək üçün dahiləri oxumağın nəyə lazım?Qorxun varsa bəs onda dilin nəyə lazım?....Oxucum olmasa düşüncələrim nəyə lazım?

5 Ocak 2010 Salı

Məni Xaça Çəkən Gözlər


Uzun yol gedirəm ucu bucağı bilinməyən yol...Sanki yol kənarında düzülmüş acizlər mənə həyatın sifətlərin tanıdır...Budur ilk  göz baxdı mənə diyan diyan bu göz ki, tanışdı...Bu o gözdü məni nəzərlərlə alçaldan,gözlərlə mənə bəlkədə ilk dəfə eşidəcəyim söyüşlər söyür...Dayanmır, dayanmır ancaq söyür bəlkə ona bu sözlərdən başqa oyuncaq almıyıblar və ya həyatında başqa şeylərədə nail olacağnı başa salmıyıblar?Gözlərmi qaçırtdım...Davam etməliyəm...və çox keçməmişdi təzə bir göz.Yox bəlkə baxılan bu gözlər sizlərə görə yenidi ama mənə çox tanışdı.Bu ki, yazıq baxışları...Baxır mənə ama bilinir ki, fikri məndə deil,həyatda kiminisə itirib kimi yoluna davam etmək istəyir,çapalayır ama taqətdən düşüb artıq bu gözlər yumulmaq istəyir...Bəs mənə niyə baxdı?Axı mən ki, ona bir şey etməmişəm?Yox yazıq suyuna çəkilmiş bu gözlər mənə baxmaqda israrlıdı indi başa düşdüm o mənə nə isə deməyə çalışır.Baxılan o iki dünyanın içinin necə boşluq mənasız olduğunu diməyə çalışır, çalışıb-vuruşduğun bu həyatda qazandığun ən sevimli anlarıvı,şəxslərividə bir gün gələcək itirəcəksən dimək istəyirdi və deyirdidə.Bəlkə dayanım burda???Axı onun baxdığı gözlərin içində ki, dünyada həqiqət var idi.Yox...Davam etməliyəm...Bu qədər gücsüz qalacaq nəimisə itirməmişəm hələ(itirmək üzərəyəm)...Yenə həmişə dərinliyini görmək istədiyim ama görə bilmədiyim o gözlər...Bu ki, hər şeyə nifrət gözləridi...İnsanlara,Dünyaya,Kainata hətta Allaha da...Onun yaratdığı hər bir şeyədə...Diqqətlə baxmaq istəyirəm bu gözə ama mənə qarşıda nifrəti var çünki məndə yaradılmışam.Bu gözlərdə gördüyüm isə bunlar idi:Həyatda hamı onu aldadıb,etdiyi dualarda yalnız havalarda qalıb,heç kəsini itirməyib(Ölüm barədə) ama hər kəs onu itirib...Sevgisində unudub,yalanın çoxaldıb.Sevindim...Yox yox bu sevinmək başqa sevinməkdi.Sevincimə ona görədir ki, çoxdandı gördüyüm bu gözlərin fikirlərini oxuya bildim.Burda da dayanmıyacam çünki o başa düşsün ki, onun dediyi kimi olsun insanlar saxta,dünya zibil, Allah isə yoxdu sadəcə dillərdədi...Amma o bir şeyidə unutmasın axı gözləri ilə bu qədər görə bildiyi dünyanın arxasında bir varlıq durur,o varlığı bizdə Allah adlandırıblar....Yoooxx bu gözdə heç dayanmıyacam...Bəs bu göz o niyə gizlənir?Qaçır məndən?Çox tezdə olsa görmək qismət oldu hansı gözlərdi bu...Yalançı,fırıldaqçı,axmaq gözlərdi bu...Ama bu səfər çoxda utanmadı qorxmadan baxdı mənə və nəsə baxışıyla dedidə.Düz deyir,düz deyir biz çox vaxt o gözləri qınıyırıq,ona qarşı çıxırıq ama lazım olanda ondan istifadə edirik axı bu düzgün deyil həm ona həmdə hüquqa ziddir...Ama yüngüldü istəmirəm burda da dayanmaq.Getdim üstümə dik nəzərlərlə gələn bu gözlər məni cəlb etdi...Əyilməz gözlər...Hər çətinliyi görüb ona dözən gözlərdi bu.Bunu görməyimədə isə özümədə qürur hissi keçirtdim çünki belə gözləri görmək məncə çox adam qismət olmur...Dayanım?Dayanmıyım?Dayanım?Dayanmıyım?...Durmaq istədim ama bu səfər ayaqlarım özləri məni irəliyə tulladı...bildirmək istədiyi yəqin sizədə məlumdu o gözlərdə mənlik deyil.Çox yoruldum tapa bilmədim,mənim baxdığım gözlər bunlar deyil axı tapmadım öz baxışımı dözə bilmədim sonda isəəəə Gözlərimi çarmıxa çəkib GÖZLƏRİMİ  ÇIXARTDIM!

1 Ocak 2010 Cuma

Mundar Dünya...


Hamıdan təhqir,söyüş,yalan eşidən dünya...Susss.Bu günə kimi küləklərinlə,günahlarınla,şimşəklərinlə,tufanlarınla,cinayətlərinlə sən danışdın...Həmişə sənin boş-boş düşündüklərivin qurbanı mən oldum.Artıq bəsdi indi mən danışacam...Nə etdinsə bu günə kimi ancaq özüvə qarşı hörmət yox nifrətimi artırdın,sənə qarşı dürüst yox acizliyimi saxlatdın,doğrularmı yedin yalanlarımı saxlatdın,nə etdimsə mən yox özün-özvə etdin.Məni qarşında çökdürmək üçün dostlarmın üzünü mənə qarşı döndərdin,sevənlərimi öldürdün,sevgimi aldın ki tək qalım.Buda mən sonda sənin istədiyin kimi Sən və Mən.Bağladın üzümə qarşı hər qapıvı qurumuş ağac kimi qurutdun hər şeimi...Sevdirmədin özüvü hər bayramlarınla,hər marağlarınla,açılmayan sirlərinlə,üzüvü aydın görmək üçün çıxartdığın Günəşinlə...Sevçədim bunları...Qaçdım tərki dünyaya,səni sevməyən dünyaya...Tapdım özümü bu qaranlıqda...Sənnən evdim tək dənizi...Apardım özümlə oda səni tərk etdi...Səni tərk edən dahilər kimi.Baxıram üstündə gəzən qarışqalara ən fırlandıqca olar bir-bir yerə düşür...Bəsdi daha dur yeründə nə olacaqsa qoy olsun onsuz saxlatdın məni tək burda...Qaytar hər şeimi qaytar dostlarımı qaytar sevgimi sonda sənin olum...Bezdirmisən məni dar boş küçələrinlə..O küçələr ki, tanıdığım hər kəsi mən orda tapmışam...Ama bax gözlərinlə gör kim qalıb küçələrində...?...Heç kim heç kəs yoxdu sən yoxxa çıxartdın çox Mundarsan çox.