THOUSANDS OF FREE BLOGGER TEMPLATES

5 Ocak 2010 Salı

Məni Xaça Çəkən Gözlər


Uzun yol gedirəm ucu bucağı bilinməyən yol...Sanki yol kənarında düzülmüş acizlər mənə həyatın sifətlərin tanıdır...Budur ilk  göz baxdı mənə diyan diyan bu göz ki, tanışdı...Bu o gözdü məni nəzərlərlə alçaldan,gözlərlə mənə bəlkədə ilk dəfə eşidəcəyim söyüşlər söyür...Dayanmır, dayanmır ancaq söyür bəlkə ona bu sözlərdən başqa oyuncaq almıyıblar və ya həyatında başqa şeylərədə nail olacağnı başa salmıyıblar?Gözlərmi qaçırtdım...Davam etməliyəm...və çox keçməmişdi təzə bir göz.Yox bəlkə baxılan bu gözlər sizlərə görə yenidi ama mənə çox tanışdı.Bu ki, yazıq baxışları...Baxır mənə ama bilinir ki, fikri məndə deil,həyatda kiminisə itirib kimi yoluna davam etmək istəyir,çapalayır ama taqətdən düşüb artıq bu gözlər yumulmaq istəyir...Bəs mənə niyə baxdı?Axı mən ki, ona bir şey etməmişəm?Yox yazıq suyuna çəkilmiş bu gözlər mənə baxmaqda israrlıdı indi başa düşdüm o mənə nə isə deməyə çalışır.Baxılan o iki dünyanın içinin necə boşluq mənasız olduğunu diməyə çalışır, çalışıb-vuruşduğun bu həyatda qazandığun ən sevimli anlarıvı,şəxslərividə bir gün gələcək itirəcəksən dimək istəyirdi və deyirdidə.Bəlkə dayanım burda???Axı onun baxdığı gözlərin içində ki, dünyada həqiqət var idi.Yox...Davam etməliyəm...Bu qədər gücsüz qalacaq nəimisə itirməmişəm hələ(itirmək üzərəyəm)...Yenə həmişə dərinliyini görmək istədiyim ama görə bilmədiyim o gözlər...Bu ki, hər şeyə nifrət gözləridi...İnsanlara,Dünyaya,Kainata hətta Allaha da...Onun yaratdığı hər bir şeyədə...Diqqətlə baxmaq istəyirəm bu gözə ama mənə qarşıda nifrəti var çünki məndə yaradılmışam.Bu gözlərdə gördüyüm isə bunlar idi:Həyatda hamı onu aldadıb,etdiyi dualarda yalnız havalarda qalıb,heç kəsini itirməyib(Ölüm barədə) ama hər kəs onu itirib...Sevgisində unudub,yalanın çoxaldıb.Sevindim...Yox yox bu sevinmək başqa sevinməkdi.Sevincimə ona görədir ki, çoxdandı gördüyüm bu gözlərin fikirlərini oxuya bildim.Burda da dayanmıyacam çünki o başa düşsün ki, onun dediyi kimi olsun insanlar saxta,dünya zibil, Allah isə yoxdu sadəcə dillərdədi...Amma o bir şeyidə unutmasın axı gözləri ilə bu qədər görə bildiyi dünyanın arxasında bir varlıq durur,o varlığı bizdə Allah adlandırıblar....Yoooxx bu gözdə heç dayanmıyacam...Bəs bu göz o niyə gizlənir?Qaçır məndən?Çox tezdə olsa görmək qismət oldu hansı gözlərdi bu...Yalançı,fırıldaqçı,axmaq gözlərdi bu...Ama bu səfər çoxda utanmadı qorxmadan baxdı mənə və nəsə baxışıyla dedidə.Düz deyir,düz deyir biz çox vaxt o gözləri qınıyırıq,ona qarşı çıxırıq ama lazım olanda ondan istifadə edirik axı bu düzgün deyil həm ona həmdə hüquqa ziddir...Ama yüngüldü istəmirəm burda da dayanmaq.Getdim üstümə dik nəzərlərlə gələn bu gözlər məni cəlb etdi...Əyilməz gözlər...Hər çətinliyi görüb ona dözən gözlərdi bu.Bunu görməyimədə isə özümədə qürur hissi keçirtdim çünki belə gözləri görmək məncə çox adam qismət olmur...Dayanım?Dayanmıyım?Dayanım?Dayanmıyım?...Durmaq istədim ama bu səfər ayaqlarım özləri məni irəliyə tulladı...bildirmək istədiyi yəqin sizədə məlumdu o gözlərdə mənlik deyil.Çox yoruldum tapa bilmədim,mənim baxdığım gözlər bunlar deyil axı tapmadım öz baxışımı dözə bilmədim sonda isəəəə Gözlərimi çarmıxa çəkib GÖZLƏRİMİ  ÇIXARTDIM!

0 yorum: