THOUSANDS OF FREE BLOGGER TEMPLATES

23 Ocak 2010 Cumartesi

Etiraflarım

Hər şey 1998-cı ildən başladı.O vaxt heçnəyi başa düşmürdüm evə gündə meyvələr,ərzaqlar gəlirdi maşınla biz sadəcə onu qarnımıza üyütməklə kifayətlənirdik, gündə pul verilirdi bizə biz isə onu böyüyəndə maşın almaq həvəsi ilə yığırdıq.Atamın iki dənə restoranı var idi,bir dənə də Mercedesi.Heçnə vecimizə deyildi,hər gün bizə qohumlar, qonşular gəlirdi və o vaxt evə adam gələndə sevinirdim düşünürdüm çox xoşbəxtəm.Və bir gün...Bir gün xəbər çıxdı.Atam Rusiyaya gedir, və nədənsə evə maşınla gələn ərzaqlar, meyvələr artıq gəlmirdi.Kilolar, tonlar artıq yarım kilolarla, qramlarla əvəz olunurdu...Artıq atam yox idi anamım atama qışqırıqlarla yalvarışları yadımdan çıxmır atamın getməsinə icaze vermirdi atamsa orda iş tapacağna görə getdiyini deyirdi...Ama mən başa düşmürdüm niyə axı papam burda restoranları, maşını qoyub hara gedir axı bəs olara kim baxacaq axı...Sora uşaq olsamda başa düşmüşdüm ki, atamın borcu var və olarıda əlindən alıbar...Daha sonra isə hər gün üzünü gördüyüm bibimin, əmimim sifətlərin artıq illərlə görmürdüm.Bunları o vaxt başa düşmürdüm, mən isə artıq 1 ildən çox idi məktəbə başlamışdım.O vaxt yadıma gəlirdi gözüm zəif idi ama daskadakı yazıları azda olsa görürdüm çox vaxt başım gicələnəndə daskanın qabağına çıxırdım artıq uşaqlar başa düşürdü gözüm yaxşı görmürdü və mənə lağ etməyə başlamışdılar bu mənə hər cəhətdən pis təsir edirdi və daskada yazılan misalların çoxsunu köçürdə bilmirdim, məllim niyə yazmamısan deyəndə başqa söhbətlər tapırdım, çünkü deyə bilməzdim onları görmürəm yenə uşaqlar güləcəkdilər və hamsı çönüb mənə baxacaqdılar.Yanımda Ayşən adlı qız otururdu onun gözləri isə çəp idi həmdə zəif görürdü.Bəzən məllim bizim yerlərimiz dəyişəndə məni başqa uşaqlarla otuzduranda mən misalları onların dəftərinə baxıb yazırdım çox vaxt onlar dəftərlərini özlərinə çəkirdi mən isə deyə bilmirdim qoy məndə yazım axı mənə gülə bilərdi.Evə isə pulnan alınan çörəyləri artıq nənəmin hər gün bişirdiyi çörəklər və əziyət çəkib bizə gətirməyi əvəz edirdi.Məktəbdə isə xalam oğlu özünə və mənə bulku alırdı.Etiraf edirəmsə açıq danışım o vaxt sinifdə kimisi yumurta gətirirdi,kimi kaklet çörək mən çox vaxt olmasada arada yumurta aparırdım.Bəziləri isə dönər alanda mən olara baxardım və bəzən çantamda olan yumurtanı utandığımdan gizlədərdim.Dərslərimi pis oxumurdum pis qiymət alanda isə qorxurdum çünki anam evdə döyürdü.Yadıma gəlir məni ilk dəfə məllim yanına aparanda anam mənim haqda məllimə bu sözləri demişdi"Məllimə sizdən xaiş edirəm bu uşağı vurmayın,bu tupoydu, heçnəi yadında saxlıya bilmir"...Məllimsə öz növbəsində anama "Yox elə deməyin uşağa tupoy demiyin, yaxşı olacaq"...Mən isə indidə deyildiyi kimi gözlənilənləri doğrultmadım, mən yaxşı oxuyurdum aldğım 10 dənə beşi arada ya 3 yada 4 əvəz edirdi.Evdə isə çox vaxt anama yaltaqlanmağımla keçirdi çünki hər dəfə anam əsəbləşəndə qorxurdum və evdə bir küncə qaçırdım.Yadıma gəlir bir dəfə qardaşım 3 qiyməti almışdı və bunu gizlədirdi anam isə bu yalanı tapanda qardaşımın başında daraq sındırmağı və qonşunun qardaşımın ağlamasına bizə gəlməyi yadımdan çıxmır və mən bunu görüb daha da anama yaxınlaşmağa çalışırdım.Çox vaxt anam qardaşımı vuranda isə mən balkona çıxıb ağlayırdım.Bəzən isə anam qardaşımla bizim dalaşmağımızı görüb bizi çubuqla döyürdü.Bəzən aldığım pis qiyməti isə həmin pis qiymət olan səhifəmi cırmağımla yalanımı üst-basdır edirdim.Məktəbdə isə aparılan tədbirlərə mən getmirdim, çox vaxt olardan uzaq qaçırdım...Bir gün evdə xəbər çıxdı ki, biz Rusiyaya atamın yanına getməliyik.Məndə çox qardaşım sevinirdi və biz yola düşdük.Qatar çox maraqlı idi.Çünki birinci dəfə ölkədən xaricə çıxırdıq.Rusiyaya çatdıq, çatanaca isə mənim fikirləşdiyim şeylər bu idi"onu necə qucaqlayım?Onu çox sevdiyimi deyim yoxsa mənə gülərlər?Ya təkcə əl verim üzünnən öpüm?" söhbət isə atamın qabağına necə çıxmağımdan gedirdi.Və atam artıq görünəndə qardaşım qaça-qaça onun qucağına tullandı, qucağında qardaşımı öpə-öpə əyilib məni təkcə üzümnən öpəndə pis olmuşdum,axı mən bayaqdan belə şeyləri düşünməmişdim...Nəysəə...Təzə-təzə tanışlığı yəqin məndən də yaxşı bilirsiz...Artıq hamı bizi tanıyırdı, qaldığımız binada isə qonşular bizim Azərbaycandan gəldiyimiz bilirdi buna görə yarsıı pis yarsı isə yaxşı münasibət göstərirdi.Burda da başımıza çox şey gəlirdi, çox vaxt dava dalaşda olurduq.Yadıma gəlir qardaşım bir oğlanla dalaşanda bir Erməni oğlan bizim tərəfimizdə olurdu və həmişə bizi təkləməyə gələndə qoymurdu.Mən orda olanda isə öz-özümə yenidən xoşbəxtliyimi tapmışam deyirdim.Bir dəfə isə qardaşımla mənim pis danladığımız vaxt yadıma düşdü onda bizə qadağa da qoydular.Səbəb isə-qardaşımla mənim hər dəfə çörək almağa gedəndə tramvaydan istifadə etməyimiz oldu, bizi başqa yerdə qoohumumuz görmüşdü və bizimkilərə xəbər vermişdi.Artıq atam bizimlə olduğu üçün çox vaxt döyülmürdük.3 ayı mənasız olduğunu indi dərk  etsəmdə ama yola verə bildik.Yenə Bakı və bu səfər düşünürdük atamda bizimlə gələcək ama gəlmədi buna görə çox ağlamışdım.Məktəb açılmağna bir neçə gün qalmış biz artıq Azərbaycana gəldik.Yenə ağır zamanlarım başlamışdı söhbət isə məktəb vaxtlarından gedirdi, uşaqlar özləri qruplaşma kimi olmuşdu, bizi özləri kimi görmürdülər snif-snifə komandalarda isə məni oyuna buraxmırdılar səbə isə mənim guya qaça bilməməyimdə idi.Və ilk dəfə onların üzündən pis döyülmüşdüm.Snifdə bir dənə də otaq var idi məlllimimiz çox əsəbləşmişdi uşaqlar səs saldılar ama mən sakit oturmuşdum çünki məllim bizə xəbərdarlıq etmişdiki kim səs salsa həmin uşağı çubuqla döyəcəyini demişdi.Və səs küyə gələn məllim ikinci məni çubuqla göz damar hissəsindən vurmuşdu evə gələndə mən ancaq qusurdum və gözlərimin pis zəiflədiyni hiss edirdim.Evdən gozlədirdim ama artıq dözə bilmirdim, çünki pis günə qalmışdım. ama gzlətmədim evdə dedim anam isə məllimin yanına getdi və nə günə düşdüyümü ona dedi...Məni isə çox vaxt sinifdə atasız kimi bilirdilər və yenə xəbər gəlmişdiki atam artıq qayıdır qayıtdıda.Artı azalan şeylər sırasında isə bizim döyülməyimiz idi.Atam həmişə danlayırdı, anam isə ona bizi vurmadığna görə danışırdı.Məktəbdə isə həmişə davadan qaçırdım çünki döyülməyimdən qorxurdum.Və yenə xəbər çıxdı ki, atam işlə əlaqədər Dubaya gedir mən yenə ağlamışdım ama ağlamağmı hər dəfə gizlədirdim.6 aydan sonra yenə bütöv ailə üzvləri bir arada idik və artıq döyülməkdən çox danlanırdıq bu isə məni yığırdı bəzən isə atama, anama nifrət edirdim bu özümdən aslı deyildi, mən açıq aşkar ölü idim.Bir gün, bir gün məktəbdə döyüləndə dəniz qırağna qaçdım çünki paltarım pis günə düşmüşdü evə gələndə anamın əsəbləşəcəyni bilirdim bloka çatanda məni A saxladı.Üst başımı təmizlədi və necə elədisə üstüm tər-təmiz olmuşdu...Evdə mənə heçnə demədilər...İndi də qardaşmın dediyi kimi mən evə gec gələndə, kiminləsə dalaşanda anama gəlib yalataqlanırdım.Namaz qılırdım ama qılmağıma peşman etmişdilər.Hər səhər Sübh namazına durquzulanda isə döyülürdüm çünki dura bilmirdim ama döyülməyim məni namazdan uzqlaşdırırdı.Mən instituta getmək üçün hazırlıqlara başalayacağdım ama namazımı dayandırmırdım bəziləri kimi "vaxtım olmuyacaq namaz qılmağa demirdim".Bəzən valideyinlərimə nifrətimin səbəbin axtarırdım, sonradan bilirdim olar ancaq başa düşdükləri dildə danışanda övladlarına can dediklərini başa düşürdüm.Çox şeylər olurdu mənim onları bir bir anlatmağıma məncə rüzumda  yoxdu mən onla tanış oldum.Sonraları isə məncə artıq bilirsiz...Onun yanında olanda qorxduğlarımın arxasıyca onları necə qorxuzduğumdan danışırdım, ana atanı müqəddəs sayanların isə necə axmaq olduğlarını danışırdım,bəzən üzünə söyə bilmədikərimin üzünə onun yanında söyürdüm,zəhləm gedən məllimlərin isə nəslini saxlamırdım onun yanında.Gözüm hər şeyə açılmışdı, mənə kimin ikinci üzdə olduğunu, kimin kimi aldatdığını, kimin kimə nifrətini başa saldı, qonşulardan kimin nə olduğunu danışdı ümumiyətlə çox şeyi başa saldı.Artıq evdə mənə danışanda ya atam ya anam mənimlə qırışanda ona qaçırdım.o , olmuanda isə onu bəzən dəniz, bəzən dostlarım aldatdığım ikinci üzlər əvəz edirdi.və bir gün mənə bi oğlanın adını dedi və mənə onunla dost olmağımı dedim mən o oğlanı tanıyırdım, sadəcə onunla necə ünsiyyət yaradacağmı bilmirdim, o isə hər şeyin özünün baş verəcəyini mənə başa saldı.Mənə çatmıyan şey isə onun adını mənə tərsinə yazıb verməyi idi və dörd hərifli tersina yazılmış ad verdi baş hərfi isə "A . . z !və mən ondan niyə adı mənə tərsinə verdiyini soruşanda isə o mənə bunu dedi"Həyatda bəzən elə şeylər olur onun tərsinəsin istəyirsən,bəzən yaxşılıqlar olur və o yaxşılıqların tərsinə olmasını istəyirsən,bəzən nifrətlər olur onu tərsinə hörmətlə əvəz olunmasını istəyirsən, ama çox vaxt tərsinə olan şeylədən qorxursan, bəzən isə olan şeylərin tərsinəsindən qorxursan!"Mən həmin oğlanla dost oldum başlanğıc isə belə başlamışdı"Rockun, emoluğun qəsəbədə yayılmasada ətrafla əlaqədə olaların xəbərləri var idi və o məndən gecə grafiti yazmağımı xaiş etdi.Mən isə evimizin arxasında onun dediklərini yazdım daha sonra biz parka tərəf getdik və hər daşa ya Rock, yada Emo yazırdıq.Daha sonra mən evmizin arxaına onun xaişi ilə yazdığma gözəllik verdim və çox vaxt onun üstündə otururduq onunla.Getdikcə A yoxca çıxırdı mənə o yaxın olurdu və bizim həyatımızda fəsillərdən yayın çox böyük rolu oldu.Biz hər gün bir gəzirdik, bəzən isə danışanda isə bir birimizi necə yaxşı başa düşdüyümüzü görürdük.Mən artıq onla yaxın münasibətdə olanda isə əvvəlkilərin hamsına xətt çəkmişdim.A mənə demişdi"sizin dostluğuvuzda çox çətinliklər olacaq ama döz mən onun dözə biləcəyini soruşanda isə mənə dediyi"Ondan narahat olma" sən onun həmişə yanında ol!Doğurdan da bizim gündən-günə probləmlərimiz artırdı salam verdiklərimiz yoxa çıxırdı, teatırın baş rejisorları kimi bizim üzümüzə sifət pərdələri açılırdı, bəzən bu pərdələr 2 dəfə yox 5, 6 ,7 dəfə açılırdı.Dostum artıq saçını uzatmışdı mən isə stilimi təmiz dəyişmişdim və bununlada dünyada ikimizin olduğunu dərk edirdik.Gündə məni dostuma görə söhbətə çəkirdilər məni çoxsu tanıyırdı və məndən istədikləri"Emin o yanunda gzədiyin oğlana deki saçını kəsdirsin, səndə yekə oğlansan geyimivi dəyiş ala bu nədi əə" mən onlara verdiyim cavablarda bəzən döyülürdüm bəzən söyülürdüm ama mən onların düşdükləri səviyə və panyatqa dünyasına enmirdim.Bəzən dabanına tüpürmək üçün balağlarını kəsdirənlər məni söhbətə çəkirdi mənə haqdan danışanda mən onlara dindən elədiyim söhbətlərlə sndırırdım.Mənim hazırlığa gedən vaxtlarım idi.Hər gün evdə isə söhbət səbəb olucaq şeylər etməsəmdə atamın üstümə qışqırmağı özünə xoş gəlirdi, bəzən isə anamın,atamın başqalarının yanında məni alçaltmağları özlərinə xoş gəlirdi.Bəzən gecələr çox gec yatırdım nəsə öyrənmək üçün ama yenə danlanılan mən olurdum.Artıq onlara nifrətim sonsuz olurdu.Oxuyurdum bəlkə zəhrimara qalmış instituta girsəm əl çəkərlər ümidləri ilə oxuyurdum.Evdə hazırlıq vaxtlarında atamın qardaşımın necə tərəfini saxladığnı anamın isə artıq ona söz deyə bilmədiyini görüb pis olurdum mən cavab qaytaranda isə mənə"bəsdi zeynalı təkrarladın"deyirdilər.Bir gün mənə verdikləri bu qədər əzablarından bezmişdim və onların mənə belə etdikləri üçün intiqam kimi instituta girməməymə fkirləşdim və fikrimin üstündə qəti dayandım.Əvvəl fkirləşirdim bu qədər əzab çəkiblər pul veriblər  xərc töküblər ama incidildiyimi qürurumun alçaldığmı görəndə instituta girməməyimi dəqiqləşdirdim.Mən sınaqlardan 530-526-494 yığmışdım.İmtahan vaxtı sualları əvvəlcədən dəqiqləşdirmişdim nə qədər yazsam 250-yə yaxın yığacam və kəsiləcəm həmin vaxtı isə instituta girmək üçün 250 balı keçməliydin.İmtahanda mən əvvəlcədən fkirləşdiyim kimi 245-ballıq yazdım.Və içdə düşündüm ki, kəsilmişəm ama yuxumda"A" gördüm o mənə instituta girəcəysən dedi,çünki mənə bildirdiki əgər girməsən gözləmədiyin əzablar olacağ".Balım çıxanda 245 hamı demək olar qəsəbənin yarsı şokda idi evə zəng zəng dalınca "Emin doğurdan o qədər toplayıb" ama xəbər çıxdı ki, balları aşağı endriblər və mən instituta girdim.Çox xoşuma gəlmişdi məndən gözləniənləri sındırmaq çünki mənə verdikləri əzabların yanında bular heçnə idi.Mənə inistut lazım deyildi oxuyub axmaq olmaq istəmirdim mənə başqa şeylər lazım idi, başqa kitablar Kafkanın,Nitşenin,Turqenevin və.s yazarların oxumadığım əsərləri maraqlı idi.Sonradan instituta girəndə isə onların yenə məni başa düşmədiklərini gördüm və həyatımı boş-boşuna yaşadığmı bildim və sizlərəd bunu demək istərdim  İnanın hər şey boşdu, gördüyün hər şey hamsı içi boş qazandı!!!

0 yorum: