THOUSANDS OF FREE BLOGGER TEMPLATES

2 Eylül 2009 Çarşamba

H.O.S.T (Söhbət)


                 H.O.S.T-la ilk tanışlığım

And içirəm bilmiyənlər üçün yox bilənlərə görə bəlkə təkrar sayılacaq ama mən bu haqda çoxdan yazmışdım yerləşdirmək qalmışdı.

Başlanğıc söhbət İstəmirəm mahnısının sayta qoyulduğu gündən 5-6gün sora olub.Blokda özün üçün oturmuşdum birdən Xaker dediyim bir oğlan gəldi hal-əhval soruşulandan sonra telefonunu çıxardıb mahnı qoydu.Sakit danışırdıq tel.dən isə İstəmirəm,İstəmirəm deyə səs gəlirdi(Qaraqanın oxuduğu yerlər idi).Xakerdən telini mənə verməyini xahiş elədim ki,o mahnıya versin qulaq asım sağ olsun verdi də hətda neçə dəfə təzədən qulaq asmağıma belə icazə verdi.Çox ləzzət etmişdi mahnı,çoxdan gözlədiyim vulkan püskürmüşdü sanki,axşam olduğu üçün evə gedəndə ilk hərəkətim əlimə qələm dəftər götürmək idi.Təzə başlamışdım yazmağa ama Qaraqanın etdiyi kimi bir sözlə təkrar alınırdı,nə qədər etsəmdə alınmadı indiki kimi ağıllı yazmaq.Daha sonra yeni-yeni  mahnıları sadəcə super idi.Bu H.O.S.T həvəsini tək içimdə saxlamaq istəmədim bunu iki snif yoldaşımlada bölüdüm və onların ilk reaksiyası isə "Oydaa Super" sözündən yəqin başa düşdüz.Artıq Emin həminki Emin deyildi.Müsbətə doğru çox dəyişmişdim.H.O.S.T-dan qabaq bilmək istəyirsizsə nəyə qulaq asırdım bir az Rocka,bir az Cezaya,bir azda Sagopa Kajmerə.Məktəbdə oxumaqdan sonra dəcəlliyi ilə tanınan Emin  artıq susmuşdu,indi isə müəllimlər məndən onlara söz  atmağımı xahiş edər kimi abu-hava yaranmışdı.

            H.O.S.T-un düzləri və səhvləri

2009-cu ilin Qış aylarından biri Fevral idi.İlk dəfə H.OS.T-un köynək paylanma görüşünə getdim sinif yoldaşımla Kankamda ora gələcəkdi və gəldidə mənim fikrim ona baxmaq idi az qala köynəklər qutarsın.Ordan dağılışandan sonra pis olduğum şey isə Kankama yaxınlaşa bilməməyim idi.Hər nə isə mən köynəyi 3dəfədən artıq geymədim bu vaxtlarda kitabda var idi məşhur "A" kitabı.Ama inanmıyassız bəlkə mən o kitabın bir vərəqini belə çevirmədim,çünki bilirdim Qaraqan beynimdə fikirləşdiyim mövzuları yazacaq.Oxumasamda uşaqların,Kankamın mənə danışdıqlarından belə idi.Əlbətki bu aralarda tık bunla deyildi məktəbdə mənə qarşı təzyiq böyük idi.Və bir gün mən H.O.S.T-u satdım.Satdım ona görə ki, Az-dilində bilmiyən ruslar H.o.s.T- a qulaq asırdı,satdım çünki HOST-u Allahlaşdırmışdılar.satdım ona görə ki,HOST-çu özünü sayanlar HOST-la bağlı dava söhbətlərində aradan qaçırdılar,hətda məktəbdə Polislər HOST-çuları tutanda parta altına soxulan HOST-çu kimdi verilən suala mən olmasamda adını batırmamaq üçün mən qalxırdım.Satdım ona görə ki,HOST-çu sayılanlar özləri olmasada Qaraqan dediyinə görə Sevgi Yoxdur mahnsına gğrə guya sevgiyə nifrət edirdilər,halbuki beyinlərdə qızları dolamaq idi,qızlarda isə oğlanları seçmək idi.Satdım ona görə ki, dünən HOST-u söyənlər bu gün artıq HOST-çu idi.Mən heç vaxt özümə HOST-çu deməmişəm demiyəcəmdə ama bu onlarla bağlı sərgüzəştlər idi.Artıq HOST özüdə dəyişib mənə onların kef çağların göstərəndə  ürək ağrısı ilə baxıram başlıqlarda düşünürdüm axı onlarda buna layiqdilər heyatın bunlar qanunudu ama sonra  bir şeydə varki axı Masson maskasınn altındakıda insandı onlarda da sevgi yoxdu demək dərdlərlədə yaşamaq olar(demirəm HOST Massonlarladı sadəcə başa düşənlər bildi mən nə demık istəyirəm).HOST-a görə özünü həlak edənlər bilsin artıq onlarda Fərqsizlərdən Fərqlənmir buna əmin ola bilərsiz!

1 yorum:

Alman dedi ki...

Məncə yaxşıdı sizcə?