THOUSANDS OF FREE BLOGGER TEMPLATES

29 Ağustos 2009 Cumartesi

Kağıza düşən qan damlası!


Başlıq sətirlərə fəlsəfə yazmaqdı gücüm,

Çəx istədiyim arzuların içində yoxdu dözüm.

Alçaldıqca başa düşürəm ki, bağlanır gözüm,

Balaca dünyalarda isə artıq keçmir sözüm.

Özündə hiss dəyişib,günahı başqasına atır,

Ağılsız mətinləri yazıb insanlıqdan batır.

Nökər şahı olmağa mənliyini pula satır,

Kağıza düşən qan damlasını göz yaşına 1 qatır.

Eh yenəəəəəəə

Mənası bağlı sözlərə yenə səhivə açır,

Gücsüz insanlar bax yenəəəəəəə

Öləndən sonra özünü başqa dünyada tapır.

Cismi ilə sağollaşmaq artıq çox gec oldu,

Sağol deyəndə ruh dünyası ağırlıqla doldu.

Balıqların göz yaşı ilə göldən dənizdə boldu,

Gümrah görsənən qızım Günəşdə saralıb-soldu.

Ağlamaq istəyəndə buludlar tək qoymadı,

Dünən qurtaran günahım bu gün yenə başladı.

Qocalıq etmək üçün otaqda işıqda qalmadı

Əsirlər illərcə illərin nazıyla oynadı

Kifayət etmir boşu boşuna günlərini saysada

Əcəldən qaçanda rahat gün tapmadı.

Yazıram gücümün qaynağı hardan bilmirəm

Şeytan azdırır,Allah vergi verib bilmirəm.

Gecənin aysız qaranlığında yenə qələm əldə olacaq,

Söz olmuyanda göz yaşlarım yox özü yazacaq.

Qutarmış vərəqlərdə boş səhivə tapacaq

O qutaranda doğulmuş növbə mənə çatacaq.

Gözəl sözlərimdə isə əlimdə sakit yatacaq.

Düşünürəm məndən bəlkə insaf istəyir,

Tək durub yol ortasında gedənləri səsliyir.

Ay Allah qışqırığım boşa çıxır

Sözlərim sahiblərini tapmır

Harda itib batıblar artıq

Günəşdə qara geyib sarı şüalarını saçmır.

Xoşbəxtlər çoxaldıqca bədbəxtlərə növbə çatmır

Uydurulmuş lətifələrə səbəbsiz gülməyim 

Heç biri ağlımın dərinliyinə batmır.

0 yorum: