THOUSANDS OF FREE BLOGGER TEMPLATES

23 Ağustos 2009 Pazar

NİYƏ????

20 Август 2009 г.

Yuxudan Qalxmış Əzrail



( Haqqında danışılan Fidora Menih )

İçəri zəng vuruldu.Dərs proqramının qutarmasına 2 dərs qalmışdı.Yenə səsli küylü keçən dərslərdən biri,hamı bilən və bilməyəndə müəllimin verdiyi suallara əl qaldırsada orta partada oturan bir şagird isə tamam fərqli hərəkət edirdi.Dərs nə olduğunu bilməyən ətrafında oturan şagirdlərə qəribə baxışlar.Bu 13 yaşlı Fidora Menihdi.Hamı bu oğlanı yaxşı tanıyırdı.Atası 3 il bundan qabaq hər hansı bir qızın ətəyinə yapışıb yoxa çıxan,anası isə xərçəng xəstəsi olan bədbəxt bir uşaq.O, oxumaqdan çox işləməyə üstünlük verirdi.Evlərindən aralı olan meyvə dükanında köməkçi kimi işləyirdi.Onun kimi çarəsiz uşaqlar çox idi.Ama oğurluq bilməyən,haram çörək dadmıyan qazandığı 5-6manatla 1otaqda olan xəstə amasını dolandırmaq ona çox çətin və yorucu idi.Məktəbi ata bilməzdi,çünki vrilən qanuna əsasən ölkədəki bütün uşaqlar təhsil almalı idi.Menih üçün bu günlərdə tətilin başlaması ona yaxşı oldu.Ama nə qədər çox işləsədə dəyişmiyən bir şey maaşı idi.Küçədə kənar gözlərlə alçalmış,söyülmüş,dilənçi geymində olan Menih evə girəndə çöldəki mimikadan əsər-əlamət yox olurdu.Bu başa düşülən idi.Çünki evdə anası var idi.Anasına nə qədərdə xoşbəxt olmasını,sanki özü belə həyatı istəməsini göstərsədə 1şeydə var idi,anasının gözündən heçnə qaçmırdı,yalancı mimikalar,yalancı jestlər,süni üzdü gülüşlər.Anasının qorxduğu tək şey isə oğlunu bu həyatla tək savaşmasına icazə verib həyatdan köçməsi idi.Şərin pis şey olan kimi görsənməsi burdada oldu.1 ay bundan qabaq həkimin anasına qoyduğu 1 ay müddət dolmuşdu.Bunu Menihdə bilirdi buna görə o anasını son bir ayda dünyanın ən xoşbəxt insanı kimi yaşatmağa özünə söz versədə alınmadı.Artıq anasının ölümündən ay yarım keçmişdi ama evdə hər yeri iyi ilə bürüyən meyid həminki yerdə idi.Bu 13 yaşlı uşağın evdə tək olmasının qorxusu idi.Otaqdakı anasının meyidinə isə öz fikrində"onsuz ruhu burda deyil tərpənmiyən cisminin nəyindən qorxum,həmdə bu mənim anamdı burda duranda elədiyim hərəkətləri ona danışıram ama basdıranda bunu edə bilməyəcəm" fikirləri ağıla batmıyan ama inanılmaz idi.O hər günün gəlin öz anasına danışırdı,onun üçün pis olan verdiyi suallarının cavabsız qalamsı idi.Gecə yarıdan keçirdi.Təzəcə yuxuya getmiş Menihin yerində dayanmadan 13 iyul deyə-deyə fırlanması isə qəribə idi.Gördüyü yuxudan yerindən tez qalxan Menih sübhə qədər yatmadı.Görsənir onu nəsə qorxuzurdu.Artıq işə getməyin vaxtı gəlmişdi,o dükanı səhərlər açırdı.Yolda hər gün salam verdiyi insanlara bu gün qəribə baxışlar əvəz edirdi.Birdən zəng gəldi bu dükan sahibinin mobil zəngi idi.2 dəqiqədən sonra sevinci yerə göyə siğmıyan sahibin övladı dünyaya gəlmişdi.bu gəliş isə Menihin maaşının 2 qat artmasına gətirib çıxartdı.Sevinirdi ama öz sevinci deyildi.Axşam.Yenə evdə Menih və ölmüş anasınn sümükləri.Öz gününü danışandan sora yatmağa getdi.....Gecə gün ərzində özünü aydın göstərən havadan hal qalmamışdı..Göydəki buludların bilə bilə bir birlərinə dəyməsi Menihi yatığı yerdən yıxdı.Bu anasız gördüyü ilk şimşəkli axşam idi.Çox qəribədi...Artıq yıxıldığı yerdən 1 saat idi durmamışdı....Çox qəribədi.Bu Menihin gördüyü yuxu idi.Menih ölmüşdü...Gördüyü yuxu isə tufanlı havada onu arxadan kiminsə itələməsi nəticəsində dünyasını dəyişir.Bəlkə onu kimsə itələdi???Qəribə bir şeydə var idi öldüyü gün iyul ayının 13-ü idi.

Bu hekayəmi 2004-cü ildə N.Nərimanovda yaşıyan və gördüyü yuxu nəticəsində ölən 13 yaşlı Vüsala həsr olunub.

Ярлыки:

18 Август 2009 г.

1 Suala 1 Ölüm

Yenə evdə qışqırığ səsləri.Neynirəm pulu,neynirəm aldığın maşını?Sənin fikrində ancaq evi dolandırmaqdı.Ama ona çörəkdən yeməkdən önəmli şeylərdə var.Bir dəfə də olsun onunla maraqlanmamısan.Fikir vermirsən ama oğlun gündən günə zəifliyir çəkib qırağa soruşmursan ki, danış görüm nəyin var niyə beləsən?nə fikirləşirsən?Soruşsam guya nə olacaq ki hə?Onda nəsə dəyişəcək?Onda qabağı atacaq addım olsaydı bu sualı ona 3 il 4 il bundan qabaq verərdim.Ama o yenə eyni zibildi.

Burda isə danışan Mənəm.Mənə görə başladı həmişəki söhbət.Yenə məni həmişəki kimi danlayırdılar.Mən isə həmişəki kimi Günəşi qısqanclığından üzünü göstərmiyən bulud kimi pəncərəni mənə göstərmiyən qara pərdəli qaranlıq otağıma qaçıb, 4 küncdən birini seçib əllərimi qulağıma aparırdım.Pərdə qara deyildi sadəcə həyat mənim gözümdə qara idi,qara görsənirdi.Hər dedikləri cümlələr də qulağımın pərdəsini deşən sözlərə tap gətirmiyb özümü dəniz qırağına atırdım.Hər kəsin burda kimin sevgilisindən ayrıldığını,kimin söyüldüyünü görüb ordan da qaçırdım bu səfər isə başqa yerə.Çünki gedəcəyim yerdə tək olmuyacağımı bilirdim və məni gözlüyən olduğunu da bilirdim.Bu nə sevgilim nə də qardaşım idi.Ordakı mənim dostum idi.O dost ki, dost sözündə ki, 4 hərifədə əməl edən insan.Biz ikimizdə eyni insan idik.Fərqimiz isə fərqli ailədə doğulmağımız idi.Bəlkə də belə olmağı daha da yaxşıydı.Çünki eyni ailədə olsaydıq qardaş sayılardıq.Bunu isə təsəvvür etmək istəmirdim.Bizi dost tanışlıq yox dərdlərimiz elədi.Fərqimiz ailə ilə tək deyil hamıdan da idi.Biz hər dost kimi yeri tapılmayan zarafat etmirdik,sadəcə adını bildiyimiz ata adını ortalığa qoyub gülüş obyektinə çevirmirdik.Özümdə tapılmayan suallara cavab tapmaq üçün ona verirdim.O da mənə.Bununla da biz saymasaqda etdiyimiz söhbətlər günlərimizi sayırdı.Yenə həmişəki eyni günlərdən biri ama fərqli olan suallar idi.Bir gün dostuma verdiyim suallardan biri"Dostum sənə həyatda ən yaxın kimdi?"və sonuncusuydu.Nəyə görə sonuncu?Çünki yenə hər günüm eyni idi və eyni olan başqa bir şeydə varıydı.Bu özümə verdiyim suallarıydı.Artıq görüşdüyümüz yerdə tək olurdum.Bəlkə özünə başqa bir yer tapıb? fikirləşirdim.Fikirlər isə məni öldürürdü.Mənimsə heç ağlıma gəlməzdi ki,axrıncı verdiyim sual ona belə pis təsir edəcək və onun yolu yaşıl işıqda keçməsinə və heç vaxt da düşünmək istəmədiyim dostumun ölümünə gətirib çıxardacaq.Ağlamadım.Və sonda bir şey.Bilmiyə-bilmiyə sualın cavabını orta sətirlərdə yazmışam.Üstündən 2 ildə keçməsinə baxmayaraq cavabı indi tapdım.Ama artıq cavabı tapmağım GEC İDİ...

Ярлыки:

16 Август 2009 г.

NİYƏ????


Niyə salam? Hələ insanam onu göstərmək üçün

niyə sağol? Bir insanın o birinden bezməməsi üçün

niyə ev? Gecə küçələrin boş qalması üçün

niyə küçə,niyə məhlə? Panyatqasızlığımızı göstərmək üçün

niyə marşut? Telefonumun yeni zəngini göstərmək üçün

niyə metro? Bluetoothumun işləməsini yoxlamaq üçün

niyə MƏSCİD? Peyğəmbərimiz Məhəmməddi(s.ə.s)sübut üçün

niyə Dəstəmaz? Onsuz mundarsan bildirmək üçün

niyə xarici maşın? Pulumu ölçmək üçün

niyə 3 mərtəbə villa? Qarnımın yekəliyini göstərmək üçün

niyə polis? Havaya pulumu atmaq üçün

niyə bar? Arada tərbiyəmizi pozmaq üçün

niyə kafe? Evdə çay dəmlənmiyib bildirmək üçün

niyə restoran? Pulum aşıb daşır zibil qabıda yer olmadığı üçün

niyə hər marşutda 1 nömrə? Adamların azması üçün

niyə kənd? Qohum neynirəm pulsuz istirahətim üçün

niyə qohum? Sənə hədiyə alan olması üçün

niyə dəniz? Protein atmışam qızlara sübut üçün

niyə gəmi? Gələcəyimizi mənimsəmək üçün

niyə mahnı? 13 günlük konsert yola vermək üçün

niyə RAP,niyə ROCK? Cəmiyyəti gecə yarısı yuxudan durquzmaq üçün

niyə H.O.S.T? Dərsimizin boş keçməməsi üçün

Niyə Sagopa Kajmer? Düşüncəsizliyivi sübut etmək üçün

Niyə Sagom? Sadece atam olduğu üçün

Niyə host? Söz atanların boş oturmaması üçün

Niyə əsgərlik? Onsuz səni kişi saymirlar utanmağın üçün(vaaaaay :)

Niyə bayraq? Olmuyan mütəqilliyimizi gözümüzə soxmaq üçün(vay gözüm çıxdı :)

Niyə M.Rəsulzadə? S.Vurğunun 1 medalı çatmır onu söyməsi üçün

Niyə Prezident? Yaltaqları saymaq üçün

niyə Milli Məclis? Uşağımda 07 di dəyişdirmək üçün

niyə qanunlar? Nazirlərin döyülməməsi üçün

Niyə cinayət? Səbir kasası dolduğu üçün

niyə Tv-lər? Gözümüzün üstündə oturmaq üçün

Niyə jurnalist?1-inin mənə əl atması üçün

Niyə kanallar? Oxuyanlar xalqa dava öyrətməsi üçün

Niyə tüpürcək? Padoşların ona ehtiyac duyması üçün

Niyə Partiyalar? Seçkilərdə polislərə gücümüzü göstərmək üçün

Niyə qəzet? Aranı qızışdırmaq üçün

Niyə qonşular? Binada tək yaşamamaq üçün

Niyə KANKAM? Eminin iki canı var sübut üçün

Niyə Aynur niyə Emin? Hər kəsdən fərqləndiyimiz üçün

Niyə Ziya? Ziyalı sözünnən"lı"nı atdığım üçün

Niyə uzun saç? Qısa saçların güc obyekti olduğu üçün

Niyə qumar? Şeytanın varlığını göstərmək üçün

Niyə Gamelər? Gözlərimin açki ilə dostluğu üçün

Niyə sürət? Polisin uşağına paltar alması üçün

Niyə qəpiklər? Cinayətə səbəb olması üçün

Niyə spirtli içkilər? Uşaq dərdi olmaması üçün

Niyə siqaret? Kəşf edənin oğlu ölüb,qalanlardan qisas alması üçün

Niyə Enşteyn? 1 kəşfdə ömrü boyu söyüş qazanması üçün

Niyə gothiclər? Sadecə mən olduğum üçün

Niyə sevgi? Göndərdiyim sms.in obyekti olması üçün

Niyə ağlamaq? Göz yaşlarıvın hava alması üçün

Niyə geyimlər? Dilənciyə forsuvu göstərmək üçün

Niyə şəhərlər? 1 kəndçiyə yuxardan baxmaq üçün

Niyə insanlar? Olmadığın şeyi öyrənmən üçün

Niyə Mən kimilər? Sizlərə ağıl vermək üçün

Niyə hər şey? 2 sözlə dünyada nə varsa qutarmaq üçün

Niyə və.s-lər? Yaza bilərəm ama dayanmağım üçün

0 yorum: